Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Şou-biznes "donuz qripi"ndən necə qorunur?
Şou-biznes "donuz qripi"ndən necə qorunur?
Kimisi maska taxır, kimisi "ölüm haqdır" deyir
Şənbə, 14.11.2009

Xatun mətn ölçüsü  

Əhalinin qorxulu röyasına çevrilən "donuz qripi" şou-biznes və incəsənət adamlarına təsir etməyib. Lent.az-ın kiçik araşdırmasında da bu qənaət öz əksini tapıb. Qeyd edək ki, şou dünyasını qlobal xəstəliklə yanaşı günahsız heyvanların adının hallandırılması da çox narahat edir. Eyni zamanda, kimisi fürsətdən istifadə edərək həmkarlarına ismarıc yollayıb, kimi də xalqı intizama dəvət edib. Görünən həqiqət budur ki, sabit və dəyişməz şou dünyasına heç nə təsir etmək iqtidarında deyil, hətta qorxulu xəstəlik belə. Xalq artisti Faiq Ağayev ötən quş qripi xəstəliyindən narahat olduğu qədər bu il narahat deyil: "Ötən il "quş qripi" yayılan zaman hətta təyyarədə belə maska taxmışdım. Amma bu il, açığı, bir o qədər də əhəmiyyət vermirəm. Buna baxmayaraq, metroda, ictimai nəqliyyat vasitələrində insanların maska taxmalarını tövsiyə edirəm". Nadir Qafarzadə həyəcanlı çağırışları ilə yadda qalıb: "Heç yadıma belə düşmür. Mən belə şeylərə çox fikir vermirəm. "Quş qripi", "at qripi", "donuz qripi", nə bilim... Sabahdan, yəqin, qarışqa qripi yayarlar. Bu nə deməkdir? Özümə gəlincə, hələ ki vitamin qəbul edirəm. Mikrofonu spirtlə silirəm. Sarımsaq yeyirəm.

REKLAM

Lakin maska taxmıram. Tanınmış olduğum üçün bir az ehtiyat edirəm". Xalq artisti İlhamə Quliyeva qripdən həkim məsləhəti ilə qorunur. Lakin ekrana çıxdığı və cəmiyyət arasında olduğu üçün maskadan istifadə etmir. İradə İbrahimova Bakı və Türkiyəyə sıx-sıx səfərlər etdiyindən səhhətinin qayğısına qalmağı unutmur: "Ümumiyyətlə, gigiyenaya çox diqqət yetirirəm. Adi günlərdə belə tez-tez əllərimi yuyur, oturduğum mühitin təmiz olmasına nəzarət edirəm. Qrip xəstəlikləri yayılandan sonra bu diqqəti daha da artırmışam. Artıq bundan sonrakı səfərlərimdə maskadan istifadə etməyi də düşünürəm".

Özünün şəxsi mikrofonu olmayan Elariz Məmmədoğlu qripin yayılmasından dolayı narahat olub. Bu səbəbdən yaxın günlərdə şəxsi mikrofon almağı düşünür. Həmkarlarına da mikrofonlarını ayırmağı tövsiyə edir. Nura Suri isə "ehtiyat igidin yaraşığıdır" prinsipinə əməl edib, profilaktik tədbirlər görür. Bütün Azərbaycan xalqına təmiz su içməyi məsləhət görür. Rəhim Rəhimli profilaktik tədbir üçün Türkiyəyə getməyi qərarlaşdırır. Dostları ilə birlikdə peyvənd vurdurmaqla xəstəlikdən özlərini sığortalamaq niyyətindədir. Rəhim səfər zamanı maska ilə gəzməyi düşünür.

"Eurovision-2008" təmsilçisi Elnur Hüseynov isə xəstəlikdən ehtiyat etdiyi qədər həkim diaqnozundan da ehtiyatlanır. Müğənni yoluxucu xəstəliklərə qarşı vurulacaq qoruyucu peyvəndlərlə özünü qorumaq niyyətindədir. Eyni zamanda deyir ki, əgər xəstəlik kütləvi hal alarsa, o zaman maska taxacaq. Röya Ayxan isə hadisəyə "müsəlman sayağı" yanaşır. Müğənni "ölüm haqdır" deyərək, nə qorunur, nə də şəxsi mikrofonunu başqasına verməkdən çəkinir. Səidə Sultan da taleyin qismətinə inananlardandır. Öz qədəri ilə barışmış müğənni maskadansa alnıaçıq, üzüağ gəzməyə çalışır: "Onsuz da bir gün hamı öləcək..." Nüşabə Ələsgərli, sən demə, xəstəlik yayılmazdan dörd-beş ay öncə maska alıb, xarici ölkələrdə istifadə edirmiş. Müğənni artıq məclislərdə həmkarları və tanımadığı şəxslərlə qucaqlaşmamağa çalışır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Son iki ay yarımda 95 nəfər şübhəli qrip virusuna görə müayinədən keçirilib

Virusu qarşılamağa ciddi hazırlıq görülüb

Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir

Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"

"Donuz qripi"nin dalğası planeti bürüyüb

Bölmənin digər xəbərləri
 
Brüsseldə Azərbaycan Mədəniyyət Günləri
Milli mətbəximiz də təqdim olunmuşdur

Nazpəri piratlarla mücadilədə
Onun ikiillik zəhməti hədər getməz

Özgü Namal Sezen Aksunun oğlu ilə birlikdədir
Mətbuat onların ilişgisindən yazıb

Kapitalizm və kommunizm bir evin içində
"Köhnə ev" Gürcüstanda səhnəyə qoyulub

Gövhər Həsənzadənin protejesi tapılıb
Bəstəkar söz verib ki, həmin insanı ulduza çevirəcək

Nadir Qafarzadə və Elmira Rəhimova duet oxuyacaq
Lakin hələlik Elmira xanımın səhhəti buna imkan vermir

Nobellərin Bakı günləri London auditoriyasında
Fotosənədli, bədii və rəqəmsal sərgi keçmişə işıq tutur

Ruhi ən bahalı kameranın görüntülərində
Onun yeni işi dönüş nöqtəsini tapdı

Azərbaycanda ilk toy saytı
Azərbaycanda ilk toy saytı istifadəyə verilib.

Türkmənistanda dostluq və qardaşlıq bayramı
Mədəniyyət günlərimiz başa çatdı

Maykl Ceksonun atası oğlunun mirasından pay istəyir
Bu istəklə məhkəməyə üz tutub

Bazeldə "Baku Unlimited" sərgisi
Bu həftədən başlayaraq noyabrın 29-dək Bazel şəhərində İsveçrədə Azərbaycan Mədəniyyət İli "Culture-2009 Azerbaiyan" layihəsi çərçivəsində "Baku Unlimited" adlı sərgi keçirilir.

III beynəlxalq karikatura müsabiqəsi başlandı
"Molla Nəsrəddin-Azərbaycan" III beynəlxalq karikatura müsabiqəsinə start verilib.

Qəşəm Nəcəfzadə 50 illiyini qeyd etdi
Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatı laureatı, "Azərbaycan" jurnalı poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadənin 50 illik yubileyi qeyd edilib.

Əli bəy Hüseynzadə haqqında kitabın təqdimatı keçirilib
"Əli bəy Hüseynzadə Turan" adlı kitabın təqdimat mərasimi keçirilib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər