Londonda "Asia Nouse" sərgi salonunda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş fotosənədli, bədii və rəqəmsal sərginin açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, açılış mərasimində Azərbaycan Respublikasının Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova, "Statoil Nydro-Abseron" neft şirkətinin ictimai əlaqələr şöbəsinin müdiri Baiba Anda Rubesa və Dövlət Neft Şirkətinin London nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, Londonun Viktoriya və Albert muzeyinin rəhbərliyi iştirak ediblər. Dəvətlilər sırasında Londondakı səfirliklərin, neft şirkətlərinin, muzey ictimaiyyətinin, beynəlxalq təşkilatların nümayəndələri vardı.
Layihənin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, "Statoil Nydro-Abseron" şirkəti və Dövlət Neft Şirkətidir. Layihənin müəllifləri isə Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır.
|