Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Gövhər Həsənzadənin protejesi tapılıb
Gövhər Həsənzadənin protejesi tapılıb
Bəstəkar söz verib ki, həmin insanı ulduza çevirəcək
Şənbə, 14.11.2009

Zəminə mətn ölçüsü  

Türkiyədə tanınmış rok ifaçısı Mişa ilə işbirliyinə başlayan bizim əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə iş qrafikini bir qədər sıxlaşdırıb. Əsas məqsədi Azərbaycan və türk sənətçiləri arasında tutarlı körpü yaratmaq olan bəstəkarın yenilikləri haqqında "Ayna"ya danışan mətbuat əlaqələndiricisi Ceyran Nəriman oldu.

"Bilindiyi kimi, Gövhər xanım türk rokçusu Mişa ilə yaradıcı əməkdaşlığa başlayıb. Amma əslində onun Türkiyə şou-biznesinə bir bəstəkar kimi qoşulmasında türkiyəli şairə Ayşe Yılmaz Birgülün çox böyük zəhməti olub. Təvazökarlıqdan uzaq səslənsə də, Gövhər Həsənzadə yeganə Azərbaycan bəstəkarıdır ki, Türkiyədə müəllif hüquqları qanun çərçivəsində qorunur. Məşhur sənətçilər onun bəstələrini ifa edəndə mütləq şəkildə vurğulayırlar ki, Azərbaycan bəstəkarının əsərini ifa edirlər. Gövhər xanımın türk sənətçiləri ilə əməkdaşlığı təkcə Mişa ilə yekunlaşmır. Belə ki, populyar türk müğənnisi Pınar Aylin onun "Sevgi yolu" mahnısına türkcə sözlər yazdırıb ifa edib. Populyar Azərbaycan estrada müğənnisi Ayaz Qasımovun repertuarından olan bu mahnı Pınar Aylinin ifasında "Masal ya bu" (Nağıldırmı bu) kimi dinləyicilərə təqdim olunub. Hətta Pınar xanım bu mahnını yeni buraxdırdığı alboma daxil edib və musiqi toplusuna həmin mahnının adını verib".

Mətbuat katibinin sözlərinə görə, bəstəkar bir neçə Azərbaycan müğənnisi üçün də hit olacaq mahnılar yazmağa davam edir. "Türk rokçu Mişa Gövhər xanımın müğənni İzzət Bağırov üçün yazdığı "Yar aman, yar" mahnısını ifa edib. Gövhər xanımla İzzətin yaradıcılıq əməkdaşlığı uzun illəri əhatə edir. İndi isə onlar daha bir hiti dinləyicilərə təqdim ediblər. Hazırda "Mən indi neyləyim" adlı yeni mahnının klip çəkilişləri üçün hazırlıq prosesi gedir. Ekzotik məkanlarda çəkiləcək klipdə İzzət növbəti dəfə adət etmədiyimiz ampluada tamaşaçıların görüşünə gələcək.

Bəstəkarın daha bir yaradıcı işbirliyi isə estrada müğənnisi İradə İbrahimova ilə gerçəkləşəcək. Gövhər xanım İradə üçün "Saf sevgi" adlanan yeni bir mahnı yazıb. Bəlli olduğu kimi, İradə İbrahimova sənətdə ilk addımlarını atdığı vaxtdan Gövhər Həsənzadə yaradıcılığına vaxtaşırı müraciət edib. İstanbula gəlin köçən müğənni sözügedən mahnını özü ilə bərabər Türkiyəyə aparıb. Mətbuat katibi deyir ki, İradə orada musiqini lentə aldırıb, ifa etmək niyyətindədir.

Gövhər xanımın növbəti yaradıcılıq əməkdaşlığı, daha çox muğam ifaçısı kimi tanınan müğənni Bahar Lətifqızının adı ilə bağlıdır. Muğam oxumaqla yanaşı, həm də estrada ifaçısı kimi addımlamaq istəyən Bahar bəstəkarın müəllifi olduğu "Alıb başımı hara gedim" mahnısını ifa edib. Azərbaycan və türk dillərində oxunan mahnı, həm yerli radio dalğalarımızda, həm də Türkiyədə fəaliyyət göstərən FM dalğalarda səslənir. Gövhər xanımın hələlik sonuncu layihəsi isə gənc müğənni Orxan Babazadəylə nəzərdə tutulub. Burada diqqət çəkən məqam odur ki, sənətdə iri adımlarla irəliləməyi qarşısına məqsəd qoyan Orxan israrla Gövhər xanımın protejesi olmaq niyyətini dilə gətirib: "Yəni söz verib ki, o, yaradıcılığı boyu ancaq Gövhər Həsənzadə ilə işləmək arzusundadır. Bir sözlə, Gövhər xanımdan sözün yaxşı mənasında əl çəkmək kimi niyyəti yoxdur. Həmişə gənclərə diqqət göstərən bəstəkar, Orxan üçün "Dərdini çəkim" adlı mahnı yazıb və söz verib ki, yaxın üç ildə gənc müğənnini ulduza çevirəcək. İndi isə Orxan ona yazılan mahnıya klip çəkdirməklə məşğuldur. Mahnıya rejissor kimi də tanınan teleaparıcılar - "Xəzər TV"də "Eldən-elə" proqramının aparıcıları Azər və Vüsalə cütlüyü quruluş verəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan-Türkiyə" mahnısı - ortaq iş

Gövhər Həsənzadədən sürpriz

Bölmənin digər xəbərləri
 
Brüsseldə Azərbaycan Mədəniyyət Günləri
Milli mətbəximiz də təqdim olunmuşdur

Nazpəri piratlarla mücadilədə
Onun ikiillik zəhməti hədər getməz

Özgü Namal Sezen Aksunun oğlu ilə birlikdədir
Mətbuat onların ilişgisindən yazıb

Kapitalizm və kommunizm bir evin içində
"Köhnə ev" Gürcüstanda səhnəyə qoyulub

Nadir Qafarzadə və Elmira Rəhimova duet oxuyacaq
Lakin hələlik Elmira xanımın səhhəti buna imkan vermir

Nobellərin Bakı günləri London auditoriyasında
Fotosənədli, bədii və rəqəmsal sərgi keçmişə işıq tutur

Şou-biznes "donuz qripi"ndən necə qorunur?
Kimisi maska taxır, kimisi "ölüm haqdır" deyir

Ruhi ən bahalı kameranın görüntülərində
Onun yeni işi dönüş nöqtəsini tapdı

Azərbaycanda ilk toy saytı
Azərbaycanda ilk toy saytı istifadəyə verilib.

Türkmənistanda dostluq və qardaşlıq bayramı
Mədəniyyət günlərimiz başa çatdı

Maykl Ceksonun atası oğlunun mirasından pay istəyir
Bu istəklə məhkəməyə üz tutub

Bazeldə "Baku Unlimited" sərgisi
Bu həftədən başlayaraq noyabrın 29-dək Bazel şəhərində İsveçrədə Azərbaycan Mədəniyyət İli "Culture-2009 Azerbaiyan" layihəsi çərçivəsində "Baku Unlimited" adlı sərgi keçirilir.

III beynəlxalq karikatura müsabiqəsi başlandı
"Molla Nəsrəddin-Azərbaycan" III beynəlxalq karikatura müsabiqəsinə start verilib.

Qəşəm Nəcəfzadə 50 illiyini qeyd etdi
Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatı laureatı, "Azərbaycan" jurnalı poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadənin 50 illik yubileyi qeyd edilib.

Əli bəy Hüseynzadə haqqında kitabın təqdimatı keçirilib
"Əli bəy Hüseynzadə Turan" adlı kitabın təqdimat mərasimi keçirilib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər