çap et  
Özgü Namal Sezen Aksunun oğlu ilə birlikdədir
Özgü Namal Sezen Aksunun oğlu ilə birlikdədir
Mətbuat onların ilişgisindən yazıb
Şənbə, 14.11.2009

Xatun

"Kurtlar vadisi" serialı qəhrəmanlarından Elif rolunu canlandıran aktrisa Özgü Namalın yeni sevgilisi üzə çıxıb. Türkiyə mətbuatında yer almış xəbərdə bildirilir ki, bu ilin əvvəlində yaşca özündən xeyli böyük olan aktyor Oqtay Kaynarcadan ("Kurtlar vadisi"nin Çakırı) ayrılan Özgü Namal bir müddət həmkarı Murad Xanla birlikdə olub. Ötən günlərin birində isə aktrisanı Sezen Aksunun oğlu Mithat Can Özərlə birlikdə görüblər. Belə ki, Namal hazırda rol aldığı "Xanımın ciftliyi" serialının çəkilişləri üçün Adanada qalır. Mithat Can ötən şənbə günü onu görmək üçün İstanbuldan Adanaya gəlib. Cütlüyün Adanada bir barda səmimi görüntüləri ətrafdakıları təəccübləndirib.