Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Nazpəri piratlarla mücadilədə
Nazpəri piratlarla mücadilədə
Onun ikiillik zəhməti hədər getməz
Şənbə, 14.11.2009

Z.Rəhimqızı mətn ölçüsü  

Söhbət xalq artisti Nazpəri Dostəliyevanın ötən gün satışa çıxarılan "Sehr" adlı albomundan gedir. Bundan əvvəl mətbuatla görüşən müğənni piratlarla mübarizədə onların dəstəyini almaq istədi: "Bu gün mən xalq mahnısı "Getdi yar" mahnısına "Next" qrupu ilə birlikdə çəkdirdiyim klipimin və eyni zamanda "Sehr" adlı albomumu sizlərin ixtiyarına verirəm. Albom haqqında danışarkən öncə deyim ki, bu, iki illik zəhmətin bəhrəsidir. STS şirkətində işıq üzü görən albomun tərtibatı onun surətini çıxarmağa imkan vermir. Buna baxmayaraq, piratların təsir gücünün yetərli olduğunu nəzərə alıb, biz mübarizə vasitələrimizi daha da genişləndirməyi düşünürük. Belə ki, albom satışa çıxarılan gündən mənim ətrafımda olan insanlar satış mərkəzlərində reydlər aparacaqlar. Əgər albomun saxta nüsxəsi aşkarlanarsa, bu cəhd müxtəlif üsullarla zərərsizləşdiriləcək. Yəni albom satışdan çıxarılacaq və pirat tərəf isə qanuni yollarla cəzasını alacaq. Bu işlə artıq vəkilim də məşğuldur".

Klipi yayımlanan müğənni burada qrupla ifasına aydınlıq gətirdi. Dedi ki, "Next" qrupu ilə birlikdə oxuması özünün təşəbbüsüdür. Hazırda, Mədəniyyət və İncəsənət Universitetində pedaqoji işlə məşğul olan sənətçi xanım, nədənsə, seçim apararkən tələbələrinin üzərində dayanmayıb: "Mənim tələblərimə məhz sözügedən qrupun ifa imkanları uyğun gəlirdi. Lakin biz dueti səsləndirməzdən öncə onlara lazımi dərslər keçdim. Mahnının milliliyini itirməmək şərti ilə ona müasir elementlər daxil etdik. Mənim ifamda bu, özünü qabarıq şəkildə göstərmir. Qrup iştiraçıları ifanı əsasən müasir improvizələr üzərində qurmuşdu. İzlədiyiniz kimi, orada mən muğam parçası da səsləndirmişəm".

Qeyd edək ki, mahnıda müasir elementləri kənara qoysaq, "Next" qrupunun ifasında "Qaya" qrupunun klassikası hiss olunurdu. Nazpəri xanım bu işdə özünün əməyinin az olmadığını bildirdi.

Söhbəti yeni albomu üzərinə qaytaran müğənni qeyd etdi ki, bura bir neçə köhnə və yeni mahnıları daxil edilib. 5 manata satışa çıxarılan albomda mahnı müəlliflərinin sırasında müğənninin də adı hallandırılıb. Nazpəri xanım albomun adını daşıyan "Sehr" mahnısının söz müəllifidir. Tədbirin irəliləyən dəqiqələrində N.Dostəliyevanın yenilənmiş nazperi.az saytı da mətbuat işçilərinə təqdim edildi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Nazpəri Dostəliyeva məhkəmədə qalib gəldi

Nazpəri Dostəliyeva "Eurovision" namizədləri ilə eyni səhnədə

Bölmənin digər xəbərləri
 
Brüsseldə Azərbaycan Mədəniyyət Günləri
Milli mətbəximiz də təqdim olunmuşdur

Özgü Namal Sezen Aksunun oğlu ilə birlikdədir
Mətbuat onların ilişgisindən yazıb

Kapitalizm və kommunizm bir evin içində
"Köhnə ev" Gürcüstanda səhnəyə qoyulub

Gövhər Həsənzadənin protejesi tapılıb
Bəstəkar söz verib ki, həmin insanı ulduza çevirəcək

Nadir Qafarzadə və Elmira Rəhimova duet oxuyacaq
Lakin hələlik Elmira xanımın səhhəti buna imkan vermir

Nobellərin Bakı günləri London auditoriyasında
Fotosənədli, bədii və rəqəmsal sərgi keçmişə işıq tutur

Şou-biznes "donuz qripi"ndən necə qorunur?
Kimisi maska taxır, kimisi "ölüm haqdır" deyir

Ruhi ən bahalı kameranın görüntülərində
Onun yeni işi dönüş nöqtəsini tapdı

Azərbaycanda ilk toy saytı
Azərbaycanda ilk toy saytı istifadəyə verilib.

Türkmənistanda dostluq və qardaşlıq bayramı
Mədəniyyət günlərimiz başa çatdı

Maykl Ceksonun atası oğlunun mirasından pay istəyir
Bu istəklə məhkəməyə üz tutub

Bazeldə "Baku Unlimited" sərgisi
Bu həftədən başlayaraq noyabrın 29-dək Bazel şəhərində İsveçrədə Azərbaycan Mədəniyyət İli "Culture-2009 Azerbaiyan" layihəsi çərçivəsində "Baku Unlimited" adlı sərgi keçirilir.

III beynəlxalq karikatura müsabiqəsi başlandı
"Molla Nəsrəddin-Azərbaycan" III beynəlxalq karikatura müsabiqəsinə start verilib.

Qəşəm Nəcəfzadə 50 illiyini qeyd etdi
Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatı laureatı, "Azərbaycan" jurnalı poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadənin 50 illik yubileyi qeyd edilib.

Əli bəy Hüseynzadə haqqında kitabın təqdimatı keçirilib
"Əli bəy Hüseynzadə Turan" adlı kitabın təqdimat mərasimi keçirilib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər