Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Qızını öldürən ata peşman deyil
Qızını öldürən ata peşman deyil
"O mənim başımı yerə soxub. Mən də onun meyitini nəcisə atdım"
Şənbə, 14.11.2009

mətn ölçüsü  

Namus üstündə qızını qətlə yetirməkdə təqsirli bilinən Siyəzən sakini Vaqif Mahmudov müttəhimlər kürsüsündə əyləşib. Bu işə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır.

İttihama görə, 2005-ci il dekabrın 28-də rayonun Qara Siyəzən kəndində 24 yaşlı Dilguşə Mahmudova əxlaqsızlıqla məşğul olduğu üçün atası Vaqif Mahmudov tərəfindən qətlə yetirilib. Belə ki, Dilguşə Mahmudova nişanlı ola-ola başqa bir kişi ilə bir yerdə yaşayıb. Nəticədə nişanı qaytarılan Dilguşədən ailə üzvləri üz döndəriblər. Dilguşə bir müddət Naftalanda bacısının evində yaşasa da, əməlindən qalmayıb. Bacısının davranışlarından narazı qalan böyük bacı onu Naxçıvanda yaşayan qardaşının yanına göndərib. Lakin qardaş da bacısının davranışlarına dözə bilməyib.

Naxçıvandan qayıdarkən Dilguşəni Bakıda atası, 1945-ci il doğumlu Vaqif Mahmudov qarşılayıb. Ata qızını birbaşa Qara Siyəzəndəki atası Əlisoltana məxsus evə aparıb. Qızın əl-ayağını bağlayan ata onu boğaraq öldürüb. Meyiti isə həyətdəki ayaqyolu quyusuna atıb.

Bu işin üstünü Siyəzən polisi açıb. Vaqif Mahmudovu məsuliyyətə cəlb ediblər. Lakin ata qızını öldürməsindən peşman deyil: "O mənim başımı yerə soxub. Mən də onun meyitini nəcisə atdım..."



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Natəvan Həbibi konsert verməyəcək

Ölkənin radiasiya fonu normaldır

Xəyyam Zamiqlə Natəvanı təkrarlamayacaq

Natəvan Həbibi qumsal adaya üz tutur

Elnur Maldiv adasında klip çəkdirəcək

Bölmənin digər xəbərləri
 
Cənub narkotrafikində hərəkətlilik
Üç qrupa cəza kəsildi

Məkr və məhəbbət
Qadın sevgilisini yuxuya verərək bıçağı götürüb...

Transmilli dələduzluq
"Quest net" firmasının işçiləri məhkəmə qarşısında. Aralarında AzTV redaktoru da var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər