Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Transmilli dələduzluq
Transmilli dələduzluq
"Quest net" firmasının işçiləri məhkəmə qarşısında. Aralarında AzTV redaktoru da var
Şənbə, 14.11.2009

Hacı Zeynalov mətn ölçüsü  

Paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında "Quest net" firması adı altında fəaliyyət göstərən bu şəbəkə, işə götürəcəkləri barədə yalan vədlər verməklə, əsasən gəncləri zərgərlik məmulatlarının satışına cəlb edib. Dəstə üzvləri on minlərcə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə - 800-1500 ABŞ dollarına sataraq külli miqdarda qazanc götürüblər.

"Quest net" firmasının rəhbəri Valeh Ağayev, Azərbaycan Dövlət Televiziyasının (AzTV) redaktoru (!) Arif Babayev, firmanın işçiləri Yalçın Səmədov, Tərlan Baxışəliyev, Mübariz Quliyev, Elşən Əliyev, Zaur Babayev, Arif Hüseynov, Natiq Şirinov, Şakir Ağayev, Azərbaycan İslam Unversitetinin tələbəsi (!) Vüqar Məmmədov, İran vətəndaşları Bəhram Deyləmi və Bağbani Mahmudzadə indi məhkəmə qarşısında dayanıblar. Onlar CM 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə ittiham olunurlar.

...Firmanın rəhbərləri, mal almış hər bir şəxsin sonradan iki nəfərin, sonuncuların isə daha dörd nəfərin pulunu almaqla və bu işi həndəsi silsilə şəklində davam etdirməklə şəbəkə üzvlərinin artımına nail olublar. Eyni zamanda, fəallıq göstərəni "lider" adlandıraraq satış rəhbəri qismində müstəqil fəaliyyətə həvəsləndiriblər. İnsanları inandırmaq və kriminal şəbəkəyə daha çox vətəndaş cəlb etmək üçün ofislərində seminar və praktiki məşğələlər təşkil ediblər. Piramida üsulu ilə qurduqları bu şəbəkəyə cəlb olunmuş vətəndaşlardan aldıqları pullar hesabına özlərinə yüksək əməkhaqqı götürüb, eləcə də ofis xərclərini ödəyiblər.

"Quest net"in mərkəzi ofisi Honq-Konq şəhərində offşor zonada yerləşir. Firmanın Azərbaycan agentliyinin rəhbəri Saatlıda doğulmuş, 42 yaşlı Valeh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilmiş 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıb.

Dəyəri 5 dollardan 96 dollaradək olan qızıl əşyalar Valeh Ağayevin vasitəsi ilə mütəmadi şəkildə Bakıya gətirilərək əvvəlcədən pulu alınmaqla vətəndaşlara paylanıb. Yığılan pulların cüzi bir qismi Honq-Konqdakı bank hesabına köçürülərək, Almaniyadan ucuz zərgərlik məmulatlarının alınmasına yönəldilib, əksər hissəsi isə şəbəkədaxili elektron kart vasitəsi ilə nağdlaşdırılaraq talanıb.

Mütəşəkkil dəstənin Binəqədidə yerləşən ofisinə baxış zamanı 859 ədəd müxtəlif zərgərlik məmulatı, hədiyyələr, kompüterlər, habelə hesabatlar və digər sənədlər aşkar edilərək götürülüb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunan bu şəxslər zamindədir. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bilməyiblər. Bildiriblər ki, etdikləri əməllərdə cinayət tərkibi yoxdur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dələduzların məhkəməsi başladı

Bakıda fırıldaqçı erməni qadın tutuldu

Bölmənin digər xəbərləri
 
Cənub narkotrafikində hərəkətlilik
Üç qrupa cəza kəsildi

Məkr və məhəbbət
Qadın sevgilisini yuxuya verərək bıçağı götürüb...

Qızını öldürən ata peşman deyil
"O mənim başımı yerə soxub. Mən də onun meyitini nəcisə atdım"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər