 |
Qadın sevgilisini yuxuya verərək bıçağı götürüb...
Şənbə, 14.11.2009
|
|
mətn ölçüsü |
|
|
|
Sevda Məmmədova iş adamı Nəriman Ələsgərovun sevgilisi imiş. Aralarında bir sevgi macərası yaşanıb. Lakin sonradan Nərimn Sevdadan soyuyub, işin bu şəkil alması Sevdanı qəzəbləndirib və qanlı intiqama qərar verib. Onu öz əlləri ilə öldürməliydi. Bu məqsədlə məkrini işə salıb Nərimanı sonuncu dəfə birlikdə olmağa dəvət edib. Nəriman təklifdən imtina etməyib. Onlar birlikdə keçirdikləri sevgi anları dramatik sonluqla nəticələnib. Nəriman yataqda yuxuya gedəndən sonra Sevda əvvəlcədən hazır saxladığı bıçağı götürüb, onu atmaq fikrinə düşmüş sevgilisinə amansız və ölümcül zərbələr endirməyə başlayıb...
...Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamını qətlə yetirməkdə təqsirli bilinən Gədəbəy sakini Sevda Məmmədovaya hökm oxundu. İttihama görə, 19 avqust 2002-ci ildə Gəncə şəhəri, Dədə Qorqud küçəsindəki 7 "A" saylı binanın 5-ci mənzilində "Xəyal" mebel mağazasının müdiri Nəriman Müstəcəb oğlu Ələsgərov Gədəbəy şəhəri, Nizami küçəsi ev 33 ünvanda pasport qeydiyyatında olan Sevda İsmayıl qızı Məmmədova tərəfindən qətlə yetirilib. Məmmədova həmin vaxtdan istintaqdan yayınaraq gizlənib. Məmmədova 17 iyun 2009-cu ildə tapılaraq istintaqa təhvil verilib. Tam yeddi il bu qadını yaxalamaq mümkün olmamışdı.
CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Sevda Məmmədova 10 il azadlıqdan məhrum edildi.
|
|
|
Oxşar xəbərlər:
Sevgilisinin üstündə biznesmeni öldürdü
Sevda Ələkbərzadə İsveçrədə master-klass keçəcək
Sevda Məmmədli: "Sənətə daha çox vaxt ayırsaydım, ..."
|
|
|