FİFA "Neftçi"yə 100 min dollar cərimə kəsdi
|
Şənbə, 14.11.2009
|
|
mətn ölçüsü |
|
|
|
FİFA "Neftçi" klubuna 100 min dollar cərimə kəsib. Buna səbəb klubun braziliyalı futbolçusu Markus Fereyranın "flaqman"dan ali futbol qurumuna şikayət etməsi olub.
Yanvar ayında "Neftçi"yə transfer olunan M.Fereyranın komanda ilə əməkdaşlığı çox çəkməyib. Futbolçu ilə ilyarımlıq müqavilə imzalansa da, klub rəhbərliyi 6 aydan sonra futbolçunun xidmətindən istifadə etməmək qərarına gəlib. Hüquqlarının pozulmasına görə FİFA-ya məktub ünvanlayan 27 yaşlı yarımmüdafiəçi "Neftçi"nin cəzalandırılmasına nail olub. Futbolçunun hüquqları kobud şəkildə pozulduğundan 100 min dollar cərimə ödənməlidir. Lakin "Neftçi" bu qərarla razılaşmayaraq, FİFA-nı apellyasiyaya vermək fikrindədir.
|
|
|
|
|
|
|