Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Yığmamız bu gün İraqla görüşür
Yığmamız bu gün İraqla görüşür
Berti Foqts zədəli kapitan Rəşad Sadıqovu da Dubaya aparır
Şənbə, 14.11.2009

Kərim Nəsrullah mətn ölçüsü  

Futbol üzrə milli yığma komandamız Birləşmiş Ərəb Əmirliklərindədir (BƏƏ). Berti Foqtsun başçılıq etdiyi yığmamız bu ölkədə təşkil olunacaq mini turnirdə iştirak edəcək.

Komandamız BƏƏ-yə Türkiyədən yola düşüb. Belə ki, hələ ötən həftə Türkiyəyə yola düşən əsas komandamız bu ölkədə qısa hazırlıq keçib. "Hilton Otel"də məskunlaşan millimizin üzvləri məşqlərini "Kayserispor" klubunun bazasında keçiblər. Daha sonra BƏƏ-yə yola düşən heyət bu ölkənin Əl-Ayn şəhərində, "Al-Ayn Srorts & Cultural Club" stadionunda hazırlığını davam etdirib.

Turnirdə yığmamızla yanaşı, BƏƏ, İraq və Çexiya milliləri də mübarizə aparacaq. Komandamız ilk oyununu sabah Bakı vaxtı ilə saat 16:45-də, "Tahnoun Bin Mohammed" stadionunda İraq millisinə qarşı keçirəcək. Bu oyunun qalibi noyabrın 18-də BƏƏ-Çexiya matçının qalibi ilə, eyni zamanda hər iki cütlüyün məğlub komandaları bir-biri ilə qarşılaşacaq.

Yeri gəlmişkən, Dubay turniri ərəfəsində AFFA futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqtsla yeni müqavilə bağlayıb. AFFA prezidenti Rövnəq Abdullayev 63 yaşlı mütəxəssislə görüşərək onun ötən dövr ərzindəki fəaliyyəti barədə hesabatını və gələcək üçün planlarını dinləyib. Müzakirələrdən sonra qərara alınıb ki, Berti Foqtsla müqavilənin müddəti daha 2 illiyə uzadılsın. Başqa sözlə, almaniyalı məşqçi 2011-ci ilin dekabrınadək milli komandamızın baş məşqçisi işləyəcək.

Berti Foqts 2008-ci ilin aprelində yığmanın baş məşqçisi təyin olunub. Onunla əvvəlki müqavilənin müddəti bu ilin dekabrında başa çatmalı idi.

Yığma ilə bağlı daha bir xəbər isə Rəşad Sadıqovun yenidən millinin heyətinə çağırılmasıdır. AFFA saytında verilən məlumata görə, neçə vaxtdır zədədən əziyyət çəkən və bu səbəbdən ölkənin əsas komandasından uzaq düşən 27 yaşlı müdafiəçi yenidən yığmaya cəlb edilib.

Ağdamın "Qarabağ" klubunun futbolçusu millinin düşərgəsinə sabah yola düşəcək. Zədəli olduğu üçün millinin həkimləri tərəfindən müayinə olunacaq. Rəşad fərdi qaydada məşq edəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"

Ərizələr UEFA-ya göndərildi

Azərbaycan - Almaniya matçı canlı yayımda

"Kocaelispor" Rəşad Sadıqovdan əl çəkmir

Almaniya yığması Bakıya gəlir

Bölmənin digər xəbərləri
 
Son şans uğrunda
Bu gün Avropa zonasından 8 komanda son 4 vəsiqə uğrunda mübarizəyə başlayır

1/4 finalçılar məlum oldu
Ötən həftə futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların 1/8 final mərhələsinin cavab oyunları keçirildi.

FİFA "Neftçi"yə 100 min dollar cərimə kəsdi
FİFA "Neftçi" klubuna 100 min dollar cərimə kəsib.

Vüqarla Şəhriyar dünya çempionatında!
Noyabrın 16-dan 18-dək Moskvada blits şahmat üzrə dünya çempionatı keçiriləcək.

Futbolda daha bir yenilik
Noyabrın 29-da dünya futbolunda daha bir yenilik baş verəcək.

Dünya çempionatının püşkü atıldı
İsveçrənin paytaxtı Berndə futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb və Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq yarışın təqvimi məlum olub.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər