Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İranda 11 milyon narkoman var
İranda 11 milyon narkoman var
Azı 80 min nəfərsə QİÇS-ə yoluxub
Şənbə, 14.11.2009

S.Sədrəddin mətn ölçüsü  

Hələ bir neçə ay öncə İranda 200-dən çox ölkə vətəndaşının "donuz qripi" virusuna yoluxduğu barədə xəbərlər yayılmışdı. Amma noyabrın əvvəllərində onların sayının 4 mini ötdüyü haqda bu ölkənin rəsmi mənbələri məlumat yaydı. Nəzərə almaq lazımdır ki, bu xəstəliyə immuniteti zəif olanlar daha tez yoluxur. Bu baxımdan qeyd etmək lazımdır ki, bu ölkədə QİÇS-ə yoluxanların sayı günü-gündən çoxalmaqdadır. İran Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə bu virusa yoluxan 80 min xəstə var.

İRNA xəbər agentliyi və "PressTV"nin məlumatına əsasən, onların 19 mini üzərində təcrübə keçirilib. Ölkə Səhiyyə Nazirliyinin QİÇS-ə qarşı mübarizə şöbəsinin rəhbəri Abbas Sədaqət deyib ki, bu xəstələrin 64 faizi narkomandır. Onlar "çirkli iynə"lərdən istifadə edərək, QİÇS-ə yoluxublar.

Məlumatlara əsasən, İranda 11 milyon narkoman var. Deməli, bu ölkədə 11 milyon "ölü canlar" mövcuddur. Ölkənin Tehran, Məşhəd, Şiraz, Kirmanşah və Loristan bölgələrində QİÇS-ə yoluxanlara və onların ailələrinə yardım məqsədi ilə mərkəzlər açılıb.

Bir il öncə Tehran rəsmi şəkildə xəstələrin sayını açıqladı. O vaxt bu xəstələrin sayı 18.320 nəfərlik rəqəmlə ifadə olunmuşdu. Səhiyyə naziri Kamran Bağiri-Lənkərani ötən il bildirmişdi ki, epidemiyanın yayılmasına səbəb "qanunsuz cinsi əlaqədir". Bura homoseksualistlər, nikahdankənar cinsi əlaqə və fahişəlik daxildir. Elə o vaxt mütəxəssislər QİÇS-ə yoluxanların sayının əslində 70-100 min nəfər olduğunu iddia etdilər.

Xatırladaq ki, hazırda dünyada bu xəstəlikdən 65 milyon insan əziyyət çəkir.

Məqsədimiz heç də İranda QİÇS və ya digər viruslara yoluxanların sayını dəqiqləşdirmək deyil. Məsələ burasındadır ki, İranın ölkəmizdəki səfirliyi bizim vətəndaşlara viza verərkən, onların bir sıra yoluxucu xəstəliyə, o cümlədən QİÇS-ə yoluxmadığı barədə arayış tələb edir. Respublika tibb müəssisələrinin bu haqda verdiyi arayışı isə məqbul saymır. Səfirlik vətəndaşlarımızdan tələb edir ki, İranın Bakıda fəaliyyət göstərən "Qızıl ay cəmiyyəti"ndən uyğun arayış gətirsinlər. Həmin arayışlara görə, vətəndaşlarımız pul ödəyir. Ancaq respublikmıza səfər edən İran vətəndaşlarına məsələyə dair arayışı İranın tibb müəssisələri verir. Bu onu göstərir ki, Tehran hakimiyyəti ölkəmizin səhiyyə ocaqlarına etibar etmədiyi halda, Azərbaycan səhiyyə orqanları buna adekvat reaksiya vermir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Əcnəbilərin infeksion daşıyıcısı olub-olmadığı yoxlanılmır

Açıq su satışı davam etdirilir

İlhamə Quliyeva əməliyyat olunacaq

Bölmənin digər xəbərləri
 
Xatəmiyə Danimarkadan "dialoq mükafatı"
Ödülü verənlərin onun irqçi düşüncəsindən xəbərləri yoxmu?

Quruyan göl, dağıdılan qala və titan yatağı...
Dərd birdirmi, beşdirmi?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər