Xeyli vaxtdır toyunu mətbuat və televiziyadan gizli saxlayan müğənni Ayaz, nəhayət, etiraf etmək qərarına gəlib. Müğənni düşünüb ki, vaxt yaxınlaşdıqca tarix onsuz da bəlli olacaq. Sənətçi bildirib ki, onun şad günü dekabrın 2-də "Sarı gəlin" şadlıq sarayında keçiriləcək.
Öz xalası qızı ilə evlənən müğənni şəxsi həyatını toy günündə də mətbuatdan gizli saxlamaq niyyətindədir. Müğənni toyunda kameraların olmasını və KİV-in iştirakını istəmədiyini bildirib.
|