Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Musiqiçilərimiz dumanlı Albionda
"Elizabet holl"dakı konsert ən uğurlu çıxış olub
Şənbə, 14.11.2009

Zəminə mətn ölçüsü  

Bu həftənin ilk günü İngiltərəyə səfər edən bir qrup azərbaycanlı musiqiçi müxtəlif şəhərlərdə silsilə konsertlərlə çıxış edirlər. İfaçılardan biri, Milli Konservatoriyanın məzunu, Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçısı Qoçaq Əsgərov Londondan telefon açaraq səfər təəssüratlarını "Ayna" ilə bölüşüb. Xanəndə bu günə kimi İngiltərənin bir neçə şəhərində çıxış etdiklərini bildirib. Onların ən uğurlu çıxışlarından biri Londonun "Elizabet holl" konsert məkanında gerçəkləşib.

Qeyd edək ki, böyük nüfuzu ilə seçilən bu konsert məkanında mötəbər konsertlər təşkil edilir. Həmin konsert məkanında bu günə kimi azərbaycanlı musiqiçilərdən dünyaca məşhur Əzizə Mustafazadə və Alim Qasımov çıxış ediblər. Onların rekordunu isə muğam və aşıq musiqisinin ifaçıları təzələyiblər. Qoçaq Əsgərovun əlavəsinə görə, böyük tamaşaçı tutumu olan konsert zalında onun ifasında "Bayatı-şiraz" muğamı dəsgah şəklində səslənib. Xanəndə eyni zamanda "Sarı gəlin", "Qaragilə" xalq mahnılarını ifa edib. Onu tarda əməkdar artist Malik Mansurov və kamançada Elnur Mikayılov müşayiət ediblər. Xanəndənin çıxışından sonra səhnəni 4 aşığımız paylaşıb. Musiqiçilərin ifası böyük maraqla qarşılanıb. Lakin "Elizabet holl" sarayının şərtlərinə görə, həmin çıxışları geniş şəkildə lentə köçürmək mümkün olmayıb.

Qeyd edək ki, Azərbaycan musiqiçiləri ilə yanaşı səfərdə YUNESKO-nun eksperti Sənubər Bağırova da iştirak edir. Musiqiçilərə böyük dəstək göstərən Sənubər xanım onlarla birlikdə İngiltərənin bir sıra şəhərlərinə səfər edib. Musiqiçi xanım konsert proqramının noyabrın 13-də də davam edəcəyini bildirdi. Musiqiçilər səfərləri haqqında mətbuata gələn həftə geniş açıqlama verəcəyini bildirdilər.

Xatırladaq ki, konsertlərin təşkilində BBS radiosunun İngiltərə bölməsi də yaxından dəstək göstərib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

"Mən nişanlı deyiləm"

Röya tarixə düşəcək?

Gülbən Ərgən səhnəyə dönür

Anastasiya Bakıda oxuyacaq

Bölmənin digər xəbərləri
 
O illərə qayıdanda
Yaddaqalan anlardan ştrixlər

"Azərbaycan haqqında nə bilirsiniz?"
Daşkənddə bu adda müsabiqənin yekun turu keçirilib

Daun sindromlu uşaqların uğurları
Onların özünütəsdiqinə imkan yaradan xeyirxah insanlar var

Ayazın toyu dekabrın 2-də olacaq
Bu tarixi gizli saxlaya bilmədi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər