Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
O illərə qayıdanda
O illərə qayıdanda
Yaddaqalan anlardan ştrixlər
Şənbə, 14.11.2009


Akif Əliyev, ADPU-nun dosenti
mətn ölçüsü  

Xalq yazıçısı və xalq müəllimi, ictimai xadim, millət vəkili İsmayıl Şıxlı şərəfli, mənalı bir ömür yaşadı. Kişi ömrü. Bunu deməmək, xatırlamamaq olmaz. Qürur hissi ilə deyirəm ki, Xalq yazıçısı fəxri adına layiq görüləndə onun ayrı-ayrı yaradıcılıq məqamlarını, xarakterlər sənətkarı olmasını "Kommunist", "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi" qəzetlərində dərc olunmuş üç məqaləmdə şərh etməyə çalışmışdım.

Dünyasını dəyişəndən sonra "Azərbaycan məktəbi" jurnalının baş redaktoru Zəhra xanım Əliyevanın sifarişi ilə İsmayıl müəllim haqqında böyük bir yazı ilə çıxış etdim. Bu il isə dostum, tənqidçi-publisist Allahverdi Eminovun "İsmayıl Şıxlının poetikası" monoqrafiyasının elmi redaktoru oldum. Əlbəttə, İsmayıl müəllimin əvəzsiz xidmətləri qarşısında bunlar bəsit bir hesabatdır.

Keçmiş V.İ.Lenin adına APİ-də uzun illər baş müəllim, dosent, rus və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri olmuş İ.Şıxlı tələbə və müəllim kollektivinin dərin hörmətini qazanmışdı. Təmkinli danışıq tərzi, tələbələrlə xoş rəftarı, nəzakətli davranışı, uşaqla-uşaq, böyüklə-böyük olması, gözəl səs tembri, cəsarəti, vüqarlı görkəmi ilə çoxlarından seçilirdi.

Tale elə gətirdi ki, tələbəlik illərindən aramızda yaranmış xoş münasibətlər 60-cı illərdə Milli Ensiklopediyada işlədiyim, Nizami adına Ədəbiyyat İnstitutunda dissertant olduğum və APİ-nin elmi katibi vəzifəsində çalışdığım illərdə daha da genişləndi. Yazıçıya 1970-ci illərdə böyük şöhrət gətirən "Dəli Kür" romanı və onun əsasında çəkilmiş eyniadlı bədii film İsmayıl müəllimin maskalanmış bədxahlarını da üzə çıxarmışdı.

Bunlar nələr etmədi? Azərbaycan rəhbərliyinə yazıçı haqqında böhtan yazmaqdan doymayıb. Moskvaya, Kremlə, Leonid Brejnevə yazdılar ki, hardasan, ay Sovet Azərbaycanının atası? Yazıçı İsmayıl Şıxlı iki illik elmi-yaradıcılıq məzuniyyət götürərək, doktorluq dissertasiyası yazmaq əvəzinə "Dəli Kür" romanı yazmış, dövlətdən iki illik havayı maaş almışdır!

Həmin vaxtlar APİ tarixində bu günədək ən mədəni rektor kimi xatırlanan mərhum professor Haşım Ağayev yazıçı İsmayıl Şıxlının elmi-pedaqoji fəaliyyətini nəzərə alıb, institutun elmi şurasının qərarına əsasən ona professor elmi adı verilməsi barədə Ali Attestasiya Komissiyasında vəsatət qaldırdı.

İsmayıl Şıxlı 1976-cı ildə "Azərbaycan" jurnalına baş redaktor getdi. Rektor Haşım Ağayevin İsmayıl müəllimə sonsuz məhəbbəti var idi. İsmayıl müəllim jurnalda işlədiyi vaxtlarda APİ-də yarımştat dosent vəzifəsində və filologiya elmləri üzrə ixtisaslaşdırılmış müdafiə şurasının tərkibində qalırdı.

Yaxşı yadımdadır, o illərdə "Sov.İKP MK-nın ədəbiyyat və incəsənətə dair qərarları və Azərbaycan sovet ədəbiyyatının inkişafı (1946-48)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edəndə şura üzvləri ilə yanaşı, xeyirxahlarım olan geologiya və mineralogiya elmləri doktoru, professor Xudu Məmmədov, akademik Firidun Köçərli, yazıçı Manaf Süleymanov, tarixçi Nəzər Paşayev və b. iştirak edirdi. Şurada İsmayıl Şıxlının çıxışını olduğu kimi xatırlatmaq istərdim:

"...Bu gün tələbəm Akif Əliyevin müdafiə şurasına təqdim etdiyi tədqiqat işi maraqlı bir mövzuya həsr olunub: "1946-48-ci illər Sov.İKP MK-nın ədəbiyyat və incəsənətə dair qərarları və Azərbaycan ədəbiyyatının inkişafı". Bu, hamımızın gözləri qarşısında baş verib. ...Lakin bu gün hamıya çox adi görünən bu qərarlar Azərbaycan KP MK-da M.C.Bağırovun sədrliyi ilə keçirilən müşavirədə nə az, nə çox 3 gün müzakirə edildi.

REKLAM

Poeziya, nəsr, dramaturgiya, tənqid ayrıca mövzuların predmeti oldu. Akif bu cəhətləri qələmə almağı, ona yeni baxışla qiymət verməyi bacarır. Tədqiqatçı kimi Akif Əliyev hələlik məqsədinə nail olub. Amma bu barədə tədqiqatları davam etdirməsi məqsədəuyğundur!"

Yazıçının bu qeydi həmişə qulaqlarımda səslənirdi. M.C.Bağırovun dövründə MK-da mətbuat sektorunun müdiri, sonralar M.Əzizbəyov adına ANKİ-də dosent işləyən qaynatam Əli İsmayılovun köməyi ilə "Bakı" və "Baku" axşam qəzetinin baş redaktoru Nəsir İmanquliyevdən həmin yığıncağın stenoqramını əldə etdim.

1980-ci illərin şaxtalı-qarlı bir günündə Yazıçılar İttifaqına İsmayıl müəllimin yanına gəldim. Stenoqramı ona göstərəndə İsmayıl müəllimi heyrət götürdü. "Səni buradan buraxan deyiləm", - deyib gülümsədi.

Oturub həmin müşavirənin gedişi ilə tanış olurdu. Sanki onu 1948-ci ilə qaytarmışdım. Materialları oxuduqca şahidi olduğu ədəbi proseslə bağlı fikirlər söyləyir, məndə daha yeni təsəvvürlər yaradırdı.

Yazıçı Əli Vəliyevin çıxışının "Yoldaş Bağırov, bayaq siz qeyrət məsələsindən danışdınız. Biz Sovet hökumətinə, sizə borcluyuq. Marietta Şaginyanın Sovet Azərbaycanına böhtanı haqqında siz bizə demədinizmi?" cümləsini oxuyanda İsmayıl müəllim leksikonuna uyğun olmayan bir ifadə işlətdi: "İfritə". Və sözünə davam etdi:

- Marietta Şaginyan həyasız erməni ifritəsidir. O, mərhum Şıxəli Qurbanovun "İcazə verin, öz tariximizi özümüz yazaq" sözünə demişdir ki, "heç sizin tarixiniz var, tarix yazasınız?". Deməli, rəhmətlik Əli Vəliyev bu məsələni Bağırovun qarşısında qaldırıb. Amma Bağırov onun üstündən sükutla keçib - deyə alnını ovuşdurdu. Bunu Mehdi Hüseyn də İmam Mustafayevə, Vəli Axundova, Rəsul Rza isə Heydər Əliyevə demişdi. Bəs, görəsən Marietta kimə arxayın idi? Hətta 1970-ci illərdə SSRİ Yazıçılar İttifaqında keçirilən müşavirədə R.Rzadan soruşdular ki, baş redaktoru olduğun Azərbaycan Sovet Ensiklopediyasın I cildi nəyə görə qadağan edilib yığışdırıldı? R.Rza təmkinini pozmadan cəsarətlə bildirdi ki, ASE-nin I cildi Bakıda yox, burada Marietta Şaginyan və bizim sevimli Stepan Şaumyanın oğlu Levon şaumyanlar tərəfindən yığışdırıldı.

Müşavirə materiallarından aydın olur ki, M.C.Bağırov yeganə olaraq Əli Vəliyevlə hesablaşırdı. Ədəbiyyatşünas Mikayıl Rəfilini kəskin tənqid edən yazıçı çıxışını belə qurtarır: "Yoldaş Rəfili bilməlidir ki, onu doktor edən, onu professor edən, ona maaşı verən Sovet hökuməti olmuşdur. Kommunist Partiyası olmuşdur".

M.C.Bağırov: "Bu barədə mən səninlə razıyam (Mikayıl Rəfiliyə müraciət edir). Yadındadırmı, Leninqradda mən olmasaydım, sənin dərini diri-diri boğazından çıxarırdılar".

İsmayıl müəllim yenə fikrə getdi. Görəsən niyə? Elə bu müşavirədən sonra M.Rəfili M.C.Bağırovdan icazə alıb iki il Moskvada, Leninqradda "Ədəbiyyatşünaslığa giriş" (1958) dərsliyini yazdı - dedi.

Sonra yenə ötən günlərə qayıtdı. Bu müşavirə çağırılanda B.Vahabzadə ilə mən YB-yə təzəcə qəbul olunmuşduq. Həmin vaxt atam rəhmətə getdi. S.Vurğun mənə pul verib rayona yola saldı. Bunu eşidən Əli Vəliyevin mənə münasibəti tamam dəyişdi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Bakıya oxşayan İsmayıllı

Gələn il minimal əməkhaqqı arta bilər

Bölmənin digər xəbərləri
 
Musiqiçilərimiz dumanlı Albionda
"Elizabet holl"dakı konsert ən uğurlu çıxış olub

"Azərbaycan haqqında nə bilirsiniz?"
Daşkənddə bu adda müsabiqənin yekun turu keçirilib

Daun sindromlu uşaqların uğurları
Onların özünütəsdiqinə imkan yaradan xeyirxah insanlar var

Ayazın toyu dekabrın 2-də olacaq
Bu tarixi gizli saxlaya bilmədi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər