![]() |
çap et |
|
|||
Rusiyanın iki böyük ali məktəbi - Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinə xüsusi status verildi. Prezident Dmitri Medvedyev bu barədə fərman imzaladı. Xatırladaq ki, hər iki universitetdə azərbaycanlı tələbələr də təhsil alırlar və MDU-nun bu il Azərbaycanda filialı açılmışdır.
Rusiyanın bu iki universiteti bu yaxınlarda açıqlanan dünya reytinqində planetin 200 ən yaxşı universiteti sırasında yer almışdılar (MDU - 155, SPbDU -168-ci yer). MDB məkanında bu kateqoriyaya yalnız bu iki universitet düşməyi bacarmışdı. Qeyd edək ki, məsələn, Azərbaycanın 40-a yaxın ali məktəbindən heç biri nəinki 200-lükdə, heç 2000-likdə də görünmürdülər. Amerika, Britaniya, Yaponiya, Çin və Almaniya universitetləri ilə müqayisədə Rusiya bu iki universitetinin tutduğu yerdən narazı qalmışdı. İndi MDU və SPbDU üçün müəyyən edilən xüsusi statusda nəzərdə tutulur ki, onların rektorlarını ölkə prezidenti təyin edəcək (bunadək seçkili idi). Bu iki ali məktəb üçün yeni maliyyələşdirmə qaydaları müəyyən edilir, xüsusi diplom formaları nəzərdə tutulur və s. Bundan əvvəl Bauman ad. Moskva Dövlət Texniki Universiteti də belə bir status almışdı. Rusiya rəhbərliyinin məqsədi öz ali məktəblərinin rəqabət qabiliyyətini artırmaqdır. Bizdə isə vəziyyət qəribə şəkil alıb. Bəlli olur ki, bu ilin yazında qəbul edilmiş "Təhsil haqqında" qanunda ölkə universitetlərinin dünya retinqində iştirakı nəzərdə tutulmur... Bunun mənası odur ki, məsələn, 90 illiyini bu yaxınlarda qeyd etdiyimiz BDU-nun dünya universitetləri sırasındakı yeri naməlumdur. Ekspertlər hesab edirlər ki, Azərbaycanın təhsil haqqında çərçivə qanunu Rusiya və Qazaxıstanın müvafiq qanunlarının hibridi olmaqla, qeyri-kamil sənəddir. Qanuna əlavədə bir sıra "yaddan çıxmış" mühüm məqamlar kimi, ali məktəblərimizin dünya reytinqində iştirakları da yer almalıdır ki, bilək nəyimiz var. |