Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
MDU və SPbDU xüsusi status aldı
MDU və SPbDU xüsusi status aldı
Rusiya rəhbərliyi onları dünya reytinqində irəli çıxarmaq istəyir
Şənbə, 14.11.2009

İsmayıl mətn ölçüsü  

Rusiyanın iki böyük ali məktəbi - Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinə xüsusi status verildi. Prezident Dmitri Medvedyev bu barədə fərman imzaladı. Xatırladaq ki, hər iki universitetdə azərbaycanlı tələbələr də təhsil alırlar və MDU-nun bu il Azərbaycanda filialı açılmışdır.

Rusiyanın bu iki universiteti bu yaxınlarda açıqlanan dünya reytinqində planetin 200 ən yaxşı universiteti sırasında yer almışdılar (MDU - 155, SPbDU -168-ci yer). MDB məkanında bu kateqoriyaya yalnız bu iki universitet düşməyi bacarmışdı. Qeyd edək ki, məsələn, Azərbaycanın 40-a yaxın ali məktəbindən heç biri nəinki 200-lükdə, heç 2000-likdə də görünmürdülər.

Amerika, Britaniya, Yaponiya, Çin və Almaniya universitetləri ilə müqayisədə Rusiya bu iki universitetinin tutduğu yerdən narazı qalmışdı. İndi MDU və SPbDU üçün müəyyən edilən xüsusi statusda nəzərdə tutulur ki, onların rektorlarını ölkə prezidenti təyin edəcək (bunadək seçkili idi). Bu iki ali məktəb üçün yeni maliyyələşdirmə qaydaları müəyyən edilir, xüsusi diplom formaları nəzərdə tutulur və s. Bundan əvvəl Bauman ad. Moskva Dövlət Texniki Universiteti də belə bir status almışdı. Rusiya rəhbərliyinin məqsədi öz ali məktəblərinin rəqabət qabiliyyətini artırmaqdır.

Bizdə isə vəziyyət qəribə şəkil alıb. Bəlli olur ki, bu ilin yazında qəbul edilmiş "Təhsil haqqında" qanunda ölkə universitetlərinin dünya retinqində iştirakı nəzərdə tutulmur... Bunun mənası odur ki, məsələn, 90 illiyini bu yaxınlarda qeyd etdiyimiz BDU-nun dünya universitetləri sırasındakı yeri naməlumdur. Ekspertlər hesab edirlər ki, Azərbaycanın təhsil haqqında çərçivə qanunu Rusiya və Qazaxıstanın müvafiq qanunlarının hibridi olmaqla, qeyri-kamil sənəddir. Qanuna əlavədə bir sıra "yaddan çıxmış" mühüm məqamlar kimi, ali məktəblərimizin dünya reytinqində iştirakları da yer almalıdır ki, bilək nəyimiz var.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!

Bakı İslam Universiteti lisenziya aldı

İnternetə qoşulan məktəblərin sayı 500-ə çatacaq

Yarım milyon türk balası birinci sinfə gedir

Bölmənin digər xəbərləri
 
Evlənmək istəyənlər həkimdən keçməli olacaq
Ailə Məcəlləsinə dəyişiklik layihəsində bu tələb var

"Juliksiniz, oğrusunuz, camaatın pulunu basıb yeyirsiniz..."
Pənah Hüseyn nazirliyi oğurluqda ittiham etdi. Nazir müavini bu ittihamları rədd etdi

"Donuz qripi" - apteklərin qazanc yeri
Qoruyucu maskaların qiymətini artıran apteklərə verilmiş lisenziyalar dayandırılacaq

Elm adamlarının məvacibini artırmaq olar
Amma büdcədənkənar vəsait hesabına

Qərbçilik, islam mədəniyyəti, müasirləşmə...
Təhsin Görgün bunların mahiyyətini izah edirdi

Toponimlərə dair kitabda ciddi səhvlər
AMEA-nın nəşr etdiyi kitabda Dağlıq Qarabağ "ölkə" kimi göstərilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər