Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Qərbçilik, islam mədəniyyəti, müasirləşmə...
Qərbçilik, islam mədəniyyəti, müasirləşmə...
Təhsin Görgün bunların mahiyyətini izah edirdi
Şənbə, 14.11.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Bu il Bakı islam mədəniyyətinin paytaxtı elan edilmişdi və şəhərimiz çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bu son günlərdə isə "Sivilizasiyaların dialoqu: Azərbaycandan baxış" adlı beynəlxalq tədbiri izlədik. Günümüzdə "Qərb mədəniyyəti", "islam mədəniyyəti", "mədəniyyətlərin toqquşması", "mədəniyyətlərin dialoqu", "plüralizm", "tolerantlıq" kimi söz və ifadələr işləkdir. Fəqət bunların hər biri çox geniş mövzulardır, bəlkə də çoxları bilmir ki, bunların hamısının arxasında fəlsəfi və siyasi baxışlar, sistemlər, böyük-böyük düşüncə adamları dayanır. Bunlar bizim toplumda heç də hər zaman gərəyincə anlaşılmır. Bunları bizim topluma gərəyincə anladan elm adamlarımız da meydanda görünmür. Biz - sovet ateist şinelindən çıxmış, Avropa ailəsinə aid edilən, türk kökənli və İslam sivilizasiyasının içərisində olan, lakin xristian dövlətlərin (Rusiya, Gürcüstan, Ermənistan) əhatəsində və qonşuluğunda avropasayağı yaşayan, mədəni kimlik arayışında olan azərbaycanlılar hansı mədəniyyətin daşıyıcılarıyıq? Bizdən ötrü islam mədəniyyəti nə kimi məna kəsb edir? Bu suallar hamımızı düşündürür və bu baxımdan Təhsin Görgün xocanın Bakıya dəvət üzrə Xəzər Universitetində keçirdiyi İslam və Qərb mədəniyyətlərinin müqayisəsinə, İslam və müasirləşmə məsələsinə həsr etdiyi ikigünlük konfransı şəxsən mənim üçün yox, elm məclisində əyləşmiş alimlər üçün də çox maraqlı idi. Bu, diskussiyalardan qızğınlığından açıq görünürdü.

Qeyd edək ki, Təhsin Görgün (1961, Sivas doğumlu) bu məsələlərə dair Türkiyədə və Avropada işıq üzü görmüş bir sıra kitabların, məqalələrin müəllifidir. Ankara Universiteti ilahiyyat fakültəsindən məzun olduqdan sonra doktorluq işini Berlin Azad Universitetində (Berlin Freie Universite) tamamlamışdır. Hazırda Türkiyə Diyanət Vəqfi İslam Araşdırmaları Mərkəzində (İSAM) araşdırmaçı və idarə heyəti üzvü olaraq çalışmalarını sürdürməklə bərabər, Frankfurt Göte Universitetində (Frankfurt Goethe Universite) dəvətli professor olaraq tədris fəaliyyəti ilə məşğuldur. Fiqh üsulu, Osmanlı dönəmi və Mavərünnəhr ağırlıqlı olmaqla islam düşüncəsi tarixi, fəlsəfənin dil, bilgi, əxlaq, tarix, siyasət, elm, toplum kimi mövzuları, Osmanlı-Qərb əlaqələri və Osmanlının Qərbə təsiri, bu çərçivədə Qərb fəlsəfəsi tarixi, alman idealist fəlsəfəsi, AB-də yaşayan müsəlmanların məsələləri, çağdaş türk və islam düşüncəsi, İbn-Haldun və İmam Şafeinin düşüncə sisteminə müasir baxış və s. onun araşdırma sahələridir.

Təhsin Görgün problemin tarixi aspektini belə təqdim edir ki, Birinci və ikinci dünya müharibələrinin nəticəsi olaraq Avropa bir mədəni mərkəz olmaqdan çıxdı, iki mərkəz yarandı - SSRİ və ABŞ. Fəlsəfədə postmodernizm və plüralizm ortaya çıxdı. 1990-cı ildə isə ABŞ yeganə güc olaraq ortada idi. Tarixə universal baxışa gəldikdə, XVIII yüzilin sonlarında dünya tarixi iki yerə bölünürdü: antik dövr və modern dövr.

REKLAM

Modern dövr Məhəmmədin və islam dininin yaranması ilə başlanır və bu tarixi proses indi də davam edir. XIX yüzilə qədər Avropada Məhəmmədə və islama normal baxış var, Yohann Volfqanq Göte Məhəmmədə odalar yazır. Modern Fransanın qurucusu olan kardinal Rişelyenin şəxsi kitabxanasında ərəbcə, türkcə və farsca tarix və fəlsəfə kitabları üstünlük təşkil edir. Şərqə münasibətin dəyişməsi "düşünürəm, demək varam" deyən Dekartın fəlsəfəsi ilə başlanır. Özlərinə tarix uydurmaq istəyən Qərb dünyası "Renessansı" uydurdu, halbuki belə bir şey olmamışdı, İslamı, Şərqi görməzliyə vurdular. Birinci Dünya müharibəsinin səbəbi - Fransa, Almaniya və Britaniya liderlərinin təsəvvür edilən dünyanı iradələri ilə yenidən şəkilləndirməyə ilk cəhdləri idi. "Qərb mədəniyyəti" ifadəsi XIX-XX yüzillərin işidir.

Qərb düşüncə tərzi deyir ki, hansı ölkəyə getdin, o cəmiyyətə inteqrasiya olunmalı, onun dilini və dinini götürməlisən. İslam düşüncə tərzinə görə, Tanrı insanları və dilləri fərqli yaradıb, onları zorla dəyişdirmək Tanrının işinə qarışmaqdır, olmaz. İslam mədəniyyət fərqliliklərinin dinc yanaşı yaşamasını qoyur. Təbii ki, dinlər və mədəniyyətlər arasında, baxışlarda fərqlər olduğu kimi, ziddiyyətlər də yox deyil. Bir türk məsəlində deyildiyi kimi, "Heç kəs öz ayranına turş deməz". Lakin bənzər, bizi birləşdirən baxışlar üstünlük təşkil edir. İKT başqanı Ekmaləddin İhsanoğlunun bu günlərdə Bakıda dediyi kimi, xristianlıq və yəhudilik arasında ziddiyyətlər daha çoxdur, nəinki xristianlıq və islam arasında. Bizləri birləşdirən məqamlardan yapışmalıyıq.

Təhsin Görgün deyir ki, Avropa türklüyü islamdan ayırmır. Bizim özümüzə keçmiş uydurmağımıza ehtiyac yoxdur, özümüzün özümüzü dərk etməyimiz lazımdır. Avropanın tarix və fəlsəfəsi İslam tarixi və fəlsəfəsinin bir parçasıdır. Avropanın mahiyyəti bizim öz içimizdədir. Klassik fəlsəfənin qayəsini bu günə çıxarmalıyıq. Amma biz qərbli deyilik, qərbli olmaqdan bir qədər də artığıq. Bunun fərqində olmaq gərəkdir.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"

Kubada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycanın etnomədəniyyəti Moldovada sərgilənib

Ülviyyə Könül böyük ekran əsəri çəkir

Bölmənin digər xəbərləri
 
Evlənmək istəyənlər həkimdən keçməli olacaq
Ailə Məcəlləsinə dəyişiklik layihəsində bu tələb var

"Juliksiniz, oğrusunuz, camaatın pulunu basıb yeyirsiniz..."
Pənah Hüseyn nazirliyi oğurluqda ittiham etdi. Nazir müavini bu ittihamları rədd etdi

"Donuz qripi" - apteklərin qazanc yeri
Qoruyucu maskaların qiymətini artıran apteklərə verilmiş lisenziyalar dayandırılacaq

Elm adamlarının məvacibini artırmaq olar
Amma büdcədənkənar vəsait hesabına

Toponimlərə dair kitabda ciddi səhvlər
AMEA-nın nəşr etdiyi kitabda Dağlıq Qarabağ "ölkə" kimi göstərilib

MDU və SPbDU xüsusi status aldı
Rusiya rəhbərliyi onları dünya reytinqində irəli çıxarmaq istəyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər