Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Elm adamlarının məvacibini artırmaq olar
Elm adamlarının məvacibini artırmaq olar
Amma büdcədənkənar vəsait hesabına
Şənbə, 14.11.2009

A.Əhmədova mətn ölçüsü  

Parlamentdə "Ali təhsil haqqında" qanun layihəsi üzərində iş gedir. MM Elm və təhsil məsələləri daimi komitəsinin sədri Şəmsəddin Hacıyev deyir ki, dekabrın sonlarında sənədin ilkin variantı ən azı komitənin iclasına çıxarılacaq. "Əlavə (yaşlıların) təhsil haqqında" qanun layihəsinə gəldikdə, həmin qanun layihəsi çoxdan hazırdır. Ona görə bu qanun layihəsi ali təhsillə bağlı qanun layihəsi müzakirəyə çıxarılandan sonra, gələn ilin yaz sessiyasında deputatların müzakirəsinə təqdim edilə bilər. Şəmsəddin Hacıyev: "Payız sessiyasında əsas məqsədimiz odur ki, "Elm və dövlət elmi-texniki siyasəti haqqında" qanun layihəsini (ikinci oxunuş), o cümlədən "Ali təhsil haqqında" qanun layihəsini komitəmizin və parlamentin plenar iclasının müzakirəsinə çıxaraq".

Ş.Hacıyev bildirir ki, "Təhsil haqqında" qanun təhsillə bağlı çərçivə qanunudur. Burada təhsillə bağlı ümumi müddəalar öz əksini tapıb. Amma "Ali təhsil haqqında" qanun layihəsində bütün məsələlər tamlığı, bütünlüyü ilə açıqlanacaq. Həmin sənəddə ali təhsilin bütün sahələrinin, ali təhsilin özündə baş verən bütün proseslərin tənzimi üçün konkret müddəalar öz əksini tapacaq. Bir sözlə, ali təhsilin elə bir məsələsi olmayacaq ki, orada öz əksini tapmamış olsun.

Söhbət əsnasında millət vəkili onu da dilə gətirdi ki, təhsil qanununda alimlərin, elm adamlarının, təhsil işçilərinin sosial müdafiəsi ilə bağlı ümumi müddəalar nəzərdə tutula bilər və bu, belədir: "Amma dövlətin vahid əməkhaqqı siyasəti var. Bu baxımdan, istər çərçivə qanunumuz olan "Təhsil haqqında", istərsə üzərində işlədiyimiz "Ali təhsil haqqında" qanunda əməkhaqqının artırılması ilə bağlı heç nə yazılmayıb. Biz, sadəcə, qanunvericilik bazası, hüquqi təminat yaradırıq. Əməkhaqlarının artırılması məsələsi dövlətin sosial-iqtisadi siyasəti ilə bilavasitə bağlıdır".

"Təhsil haqqında" qanunda ümumi müddəalar nəzərdə tutulur, göstərilir ki, əməkhaqqı necə olmalıdır. Buna uyğun olaraq hər bir ali təhsil müəssisəsi öz büdcədənkənar vəsaiti hesabına həm əməkhaqlarını artıra, həm mükafatlar verə bilər və sair. Bu, artıq hər bir ali təhsil müəssisəsinin öz sərəncamında, öz səlahiyyəti daxilində olan məsələdir.

Ş.Hacıyev: "Əlbəttə, arzu edərdik ki, alimlərin, elm adamlarının, təhsil işçilərinin də məvacibləri, əməkhaqları indikinə nisbətən bir az yüksək olsun. Əməkhaqlarının artırılması üçün büdcədənkənar vəsait hesabına böyük potensial imkanlar var. Yeri gəlmişkən, mən komitəmizin büdcə ilə bağlı iclasında əməkhaqqı fondundan ödəmələr məsələsini qaldırdım. Əgər müəyyən güzəştlər olsa, heç şübhəsiz, əməkhaqlarını artırmaq üçün potensial imkanlar mövcuddur. Elə etmək olar ki, yaxın gələcəkdə ali təhsil müəssisələrində əməkhaqqı haradasa 1000 manata yaxın olsun".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Ərizələr UEFA-ya göndərildi

"Bakı" Sofiya səddi qarşısında

Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!

İnternetə qoşulan məktəblərin sayı 500-ə çatacaq

Bölmənin digər xəbərləri
 
Evlənmək istəyənlər həkimdən keçməli olacaq
Ailə Məcəlləsinə dəyişiklik layihəsində bu tələb var

"Juliksiniz, oğrusunuz, camaatın pulunu basıb yeyirsiniz..."
Pənah Hüseyn nazirliyi oğurluqda ittiham etdi. Nazir müavini bu ittihamları rədd etdi

"Donuz qripi" - apteklərin qazanc yeri
Qoruyucu maskaların qiymətini artıran apteklərə verilmiş lisenziyalar dayandırılacaq

Qərbçilik, islam mədəniyyəti, müasirləşmə...
Təhsin Görgün bunların mahiyyətini izah edirdi

Toponimlərə dair kitabda ciddi səhvlər
AMEA-nın nəşr etdiyi kitabda Dağlıq Qarabağ "ölkə" kimi göstərilib

MDU və SPbDU xüsusi status aldı
Rusiya rəhbərliyi onları dünya reytinqində irəli çıxarmaq istəyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər