çap et  
Evlənmək istəyənlər həkimdən keçməli olacaq
Evlənmək istəyənlər həkimdən keçməli olacaq
Ailə Məcəlləsinə dəyişiklik layihəsində bu tələb var
Şənbə, 14.11.2009


Fərəh

Necə illərdir ki, MM sosial siyasət komitəsi Ailə Məcəlləsinin monitorinqini aparır. Məqsəd də məcəlləyə günün tələbinə uyğun gələn dəyişikliklər layihəsi hazırlamaqdır. Komitə üzvü Elmira Axundova artıq bu layihənin hazır olduğunu deyir.

Onun sözlərinə görə, məcəlləyə ediləcək dəyişikliklər əsasən nikah müqaviləsi və yeni evlənənlərin tibbi müayinədən keçərək arayış təqdim etməsini nəzərdə tutur: "Amma bu məcburi olmayacaq. İki tərəfi nikah müqaviləsi bağlamağa, tibbi arayış gətirməyə necə məcbur etmək olar? Bəlkə tərəflər bunu istəmir? Bunu məcburi etmək insan huquqlarını məhdudlaşdırmaq olardı və dünyanın heç bir yerində yoxdur. Baxmayaraq ki, mən bunların məcburi olmasına tərəfdaram".

Xanım deputat hesab edir ki, bu məsələ daha çox maarifləndirmə vasitəsilə həyata keçirilməlidir və gənclər məlumatlandırılmalıdır: "Amma qan qohumu olan yeni ailə quran gənclər mütləq tibbi müayinədən keçməli və arayış təqdim etməlidir. Bununla bağlı müzakirələr davam edir".