Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Donuz qripi" ilə bağlı vətəndaşlara xəbərdarlıq
Gəncədə xüsusi palatalar hazırlanıb
Şənbə, 07.11.2009


Elçin
mətn ölçüsü  

Xarici İşlər Nazirliyi Ukraynaya getməyi planlaşdıran vətəndaşlarımıza xəbərdarlıq edib. XİN mətbuat katibi Elxan Poluxovun bildirdiyinə görə, Ukraynada A/H1N1 ("donuz qripi") virusu pandemiya forması alıb və insan tələfatı ilə müşahidə olunur: "Bununla bağlı biz Ukraynaya getməyi planlaşdıran vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırıq. Problem yarandığı halda səfirliyə müraciət etsinlər, tələb olunan halda Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlasınlar".

KTN yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov isə bildirib ki, Azərbaycanda "donuz qripi"nin qeydə alınması ilə əlaqədar ölkədəki bütün donuzlar qapalı şəraitdə saxlanır. Onun sözlərinə görə, hazırda ölkədə 6500-7000 baş donuz var: "Onların hamısı nəzarət altındadır".

İ.Həsənov qeyd edib ki, azərbaycanlı alimlər infeksion xəstəliklərin müalicəsi istiqamətdə laborator araşdırmaları davam etdirirlər. Artıq alimlərimiz heyvanlarda brusellyoz xəstəliyini tam müalicə edən bioloji aktiv maddə kəşf ediblər.Onun sözlərinə görə, azərbaycanlı alimlər brusellyoz xəstəliyinin müalicəsi sahəsində 2006-cı ildən tədqiqatlar aparıblar: "Bütün dünyada brusellyozun müalicəsi ilə bağlı aparılan çoxsaylı eksperimentlər uğursuzluqla nəticələnmişdi. İndi isə brusellyozun müalicəsi ilə bağlı olan narahatlığa son qoyulub. Bu bioaktiv maddə quruluşuna görə dünyada bənzəri olmayan maddədir". Bu bioloji aktiv maddəyə 2008-ci ildə patent alınıb. Onun müsbət nəticəsi 100 faiz təşkil edir.

İ.Həsənov qeyd edib ki, hazırda Azərbaycanda "quş qripi" ilə bağlı vəziyyət sabit olsa da, müvafiq tədbirlər bu il də davam etdiriləcək. Monitorinq Abşeron yarımadası, Salyan, Dəvəçi, Ağcabədi və Lənkəran rayonlarının park və qoruqlarındakı çöl və köçəri quşlar arasında, eləcə də bütün təsərrüfatlardakı ev quşları arasında aparılacaq. Quşlardan götürülən qan və patoloji materialların müayinələrinin nəticələri noyabrın 27-də açıqlanacaq.

Gəncədə isə "donuz qripi"nə yoluxa biləcək xəstələr üçün önləyici tədbirlər görülür. Belə ki, Gəncə şəhər Səhiyyə İdarəsi A/H1N1 virusuna qarşı profilaktik tədbirləri sürətləndirib. Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyevin sözlərinə görə, tədbirlər çərçivəsində Gəncə şəhər Yoluxucu Xəstəliklər Dispanserində "donuz qripi"nə yoluxa biləcək xəstələr üçün xüsusi palatalar hazırlanıb. Bu palatalar bütün ilkin tibbi preparatlar, dezinfeksiya vasitələri ilə təmin edilib. Həmçinin bu palatalara antivirus preparatları olan "Oseltamivir" və "Tamiflu" və süni tənəffüs aparatı gətirilib.

A.Zərbəliyevin sözlərinə görə, Gəncə şəhərində yerləşən bütün səhiyyə müəssisələri ilkin tibbi preparatlarla və dezinfeksiyaedici vasitələrlə təmin edilib: "Gəncə şəhər Səhiyyə İdarəsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin göstərişi ilə oktyabrın 30-u və noyabr 1-də Gəncədə fəaliyyət göstərən bütün orta məktəblərdə dezinfeksiya işləri aparıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi göstəriş verərsə, biz digər təhsil müəssisələrində və uşaq bağçalarında da dezinfeksiya işləri aparacağıq". Qeyd edək ki, Gəncə şəhər Səhiyyə İdarəsi əhaliyə virusdan necə qorunmaq və gigiyena qaydaları barədə məlumatların əks olunduğu vərəqələr paylayır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ali məktəblərdə dezinfeksiya işlərinə başlamaq üçün sərəncam gözləyir. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, sərəncam verilən kimi ali məktəblərin dezinfeksiyası həyata keçiriləcək. Ümumiyyətlə, son günlər mərkəzə fərdi qaydada müəssisələrində virus əleyhinə dezinfeksiya aparılması üçün müraciətlər daxil olur. Z.Kazımov bildirib ki, bu müraciətlərin hamısı qanuniləşdirilməli, müəssisələrini dezinfeksiya etdirmək istəyən şəxslərlə müqavilələr bağlanmalıdır.

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə bildirib ki, nazirlik virusun yayılması təhlükəsinin qarşısını almaq üçün kütləvi yerlərdə, xüsusilə də metropolitendə və marşrut avtobuslarda hərəkət zamanı maskalardan istifadə etməyi tövsiyə edir. Qeyd edək ki, "donuz qripi"nin yayılması faktından sonra apteklərdə 5 qəpiyə satılan maskaların qiyməti bahalaşaraq 20 qəpik olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Oğuzda arxeoloqlar qizil maska tapiblar

"Donuz qripi" artıq aramızdadır...

Bölmənin digər xəbərləri
 
Bakıda dinlərarası dialoq konfransı keçirilir
Qonşu ölkələrin din başçıları şeyxülislamın 60 illik yubileyində iştirak edirlər

Məsud Əlioğlunun "Darıxan adamlar" kitabının təqdimatı
Ədiblər toplunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər