Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Məsud Əlioğlunun "Darıxan adamlar" kitabının təqdimatı
Ədiblər toplunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar
Şənbə, 07.11.2009

Zəminə mətn ölçüsü  

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində ədəbiyyatşünas-tədqiqatç Məsud Əlioğlunun "Darıxan adamlar" kitabının təqdimat mərasimi keçirilib.

ADU-nun rektoru, MM Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, AŞPA-nın vitse-prezidenti Səməd Seyidov, millət vəkili, tarix elmləri doktoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, xalq şairi Nəriman Həsənzadə və Azərbaycan ədəbiyyatının tanınmış isimləri tədbirdə iştirak ediblər.

Rektor Səməd Seyidov toplantını giriş sözü ilə açaraq Azərbaycan ədəbiyyatının dünya ölkələrinin öndə gedən ədəbiyyatları siyahısında olduğunu qeyd edib:

"Tarix boyu Azərbaycan müxtəlif dövlətlərin işğalına məruz qalmış, lakin xalqımız hər zaman öz dilini, mədəniyyətini və ədəbiyyatını qoruyub saxlayıb və inkişaf etdirib.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Şəfiyeva isə Məsud Əlioğlunun həyat və fəaliyyətindən bəhs edib. Bildirib ki, sosialist realizminin ədəbiyyatımızda hökm sürdüyü bir dövrdə romantizmdən yazan ədiblərin yaradıcılığını araşdırıb və onları önə çəkməyə çalışıb.

Daha sonra Cəmil Həsənli, Nəriman Həsənzadə, şair Seyran Səxavət öz çıxışlarında Məsud Əlioğlu ilə bağlı xatirələrini bölüşüblər. Onlar Nizami Gəncəvidən Səməd Vurğuna qədər Milli ədəbiyyatımızın keçdiyi yol, müxtəlif ədəbi seçmələrin bədii təhlil və tənqidi Məsud Əlioğlu yaradıcılığının əsas istiqaməti olduğunu bildiriblər. Bu baxımdan "Darıxan adamlar" kitabının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

DUH davamlı aksiyalara qərar verdi

AŞ PA payız sessiyası başlayır

Bölmənin digər xəbərləri
 
Bakıda dinlərarası dialoq konfransı keçirilir
Qonşu ölkələrin din başçıları şeyxülislamın 60 illik yubileyində iştirak edirlər

"Donuz qripi" ilə bağlı vətəndaşlara xəbərdarlıq
Gəncədə xüsusi palatalar hazırlanıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər