Faxralı məscidi ətrafında baş verənlər
 |
Müəmmalı "pravoslavlar" İslamı "tanımırlar"
Şənbə, 07.11.2009
Elçin Eldəniz |
mətn ölçüsü |
|
|
|
Son vaxtlar Gürcüstanda baş verən ağlasığmaz dini ayrı-seçkilik faktları bizim toplumda heyrət və təəccüblə qarşılanıb. Özünü "gürcü pravoslav din adamları" kimi təqdim edən naməlum şəxslər azərbaycanlılar yaşayan kənddə məscidin təmirinə mane olmağa çalışırlar... Azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonu Faxralı kənd məscidinin bərpasına mane olan bu naməlum şəxslər xristian dinindən başqa heç bir dini tanımadıqlarını və Gürcüstan torpaqlarının yalnız xristianlara məxsus olduğunu iddia edərək, ölkə ərazisində məscidlərin sayının artmasına imkan verməyəcəklərini deyirlər. Hazırda Faxralı kəndi ərazisində 1901-ci ildə inşa olunmuş məscidin bərpası bu şəxslər tərəfindən dayandırılıb. İnzibati orqanlar onları intizama dəvət etmir...
Əslən Borçalıdan olan Azərbaycan ziyalıları isə bu məsələnin təsadüfi olmadığını iddia edirlər. Məscidin bərpası ətrafında yaranmış qalmaqalla bağlı bir araya gələn ziyalıların bir qismi hesab edir ki, bu tarixi abidələri qəsdən sıradan çıxarırlar ki, sonra soydaşlarımızı asanlıqla assimilyasiya etsinlər. Saakaşvili hakimiyyətini qınayanlar da var. Onlar hesab edirlər ki, Gürcüstanı idarə edənlər həmişə Borçalıya soyuq münasibət bəsləyiblər.
Xaçlaşan Borçalı
Məsələ ilə yerində tanış olmaq üçün "Ayna" qəzeti olaraq, Gürcüstana səfərə çıxdıq. Yolumuzu öncə azərbaycanlıların kompakt yaşadığı Marneulidən saldıq. Rayondakı bütün gürcü kəndlərinin girişində, hətta dağların, təpələrin zirvəsində iri xaçlar quraşdırılıb. Bu xaçlar gecələr işıq saçır. Lakin bu xaçlar milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşlarını heç də narahat etmir. Marneuli sakini olan soydaşımız Abbas bildirdi ki, gürcülər xristian olduqları üçün xaçlar onların inanc simvoludur: "Gürcüstanın bayrağında da xaçlar var. Biz bu bayrağı dövlət rəmzi kimi qəbul edirik. Biz Məhəmməd peyğəmbərlə yanaşı İsa və Musa peyğəmbəri də qəbul edirik.
Ona görə burada elə bir qəbahət görmürəm. Amma bu xaçlar müsəlmanların kəndlərinə qoyulmamalıdır. Əgər gürcülər bizim kəndlərə də xaç qoymaq istəsələr, onda problem ola bilər. Belə olsa deməli, İslam dinini təhqir etmiş olarlar. Biz buna imkan vermərik".
"O keçi saqqallar rusların adamıdır"
Faxralı məscidinin təmirinə mane olan keşişlərə gəldikdə, bəzi soydaşlarımız hesab edirlər ki, məsələ heç də Azərbaycanda düşünülən kimi deyil. Marneuli sakini Yusif Əliyev hesab edir ki, Azərbaycanda məscidlə bağlı problemə siyasi don geyindirilməsi düzgün deyil: "Azərbaycan telekanallarını izləyirik. Bakıda kriminal hadisələr baş alıb gedir. Hər gün qətl, ölüm, intihar, saysız-hesabsız oğurluqlar... Nə qədər dələduzlar tutulur, avtomobil qəzaları artıb. Bunlara baxanda adamı dəhşət bürüyür. Hökumətiniz hara baxır? Niyə bu cür özbaşınalıqdır? Bizdə vəziyyət Azərbaycandan çox yaxşıdır. Saakaşvili gələndən sonra Gürcüstanda vəziyyət çox dəyişib. Qanun qılıncdan itidir. Gürcüstanda oğurluq hadisəsi olmur. Cərimələri o qədər artırıblar ki, heç kim qorxusundan bir-birinə acı söz demir. Patrullar da sizdəki kimi rüşvət almır. Ona görə Gürcüstanın bütün oğru-quldurları üz tutub Azərbaycana. Hamı bilir ki, Saakaşvili gələndən sonra azərbaycanlıların güzəranı yaxşılaşıb. Buranı tərk edən azərbaycanlıların əksəriyyəti tənbəllər, təsərrüfatla məşğul olmaq istəməyənlərdir. Öz qapısında əkin-biçinlə məşğul olanlar isə yaxşı dolanır. Malımızı elə qapımızdaca satırıq. Bunun nəyi pisdir? Bir az yollarımız xarabdır, onu da bərpa edirlər. Bizim adımızdan danışıb hökumətimizi pisləmək lazım deyil. Faxralıdakı məscidi Saakaşvili niyə bağlamalıdır ki? İndi bütün kəndlərdə məscidlər tikilir. Onları niyə bağlamır? Bunu edənlər başqalarıdır - ruslardır, ruspərəst gürcülərdir...
|
|
|
Oxşar xəbərlər:
Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb
"Əbubəkr məscidini biz partlatmamışıq"
Qızıl və gümüşə bürünən Şah Abbas məscidi
"Fatimeyi-Zəhra" məscidinin sökülməməsi üçün müraciət edilib
Gürcü keşişləri unutqan olublar
|
|
|