Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Türkiyə birdev" Azərinə mükafat verdi
"Türkiyə birdev" Azərinə mükafat verdi
Sənətçi Türk Dünyasına mədəni xidmətlərinə görə təltif olunub
Şənbə, 07.11.2009

Z.Rəhimqızı mətn ölçüsü  

Türk dövlətləri ilə mədəni əlaqələr quran "Türkiyə birdev" şirkəti azərbaycanlı sənətçi Azərinə mükafat təqdim edib. Ötən gün Türkiyədən qayıdan sənətçi bildirdi ki, bu mükafat ona Türk Dünyasına mədəni xidmətlərinə görə verilib:

"Mənim yaradıcılığımın bir qolu Türkiyə ilə bağlıdır. Orada "TRT-Avaz" telekanalında veriliş aparıram. Eyni zamanda bir çox türk kanallarında Azərbaycan musiqilərini təbliğ edir və ölkəmizin tarixi yaşantıları, adət-ənənələri haqqında tamaşaçıları məlumatlandırıram. Bu fəaliyyətimi nəzərə alan şirkət növbəti mükafatını və diplomunu mənə təqdim etdi. Bu, çox sevindirici haldır. Çünki mənim təbliğatım göz önündədir və Türkiyədə bunu qiymətləndirirlər".

Müğənni ilə söhbətdən bəlli oldu ki, onun növbəti Türkiyə səfəri yaxın günlərdə gerçəkləşəcək. "TRT-Avaz" kanalında teleaparıcı kimi çalışan sənətçi missiyasının başına dönəcək:

"Xatırladım ki, əvvəllər "Azərinlə əsintilər" adlanan veriliş hər gün mənim təqdimatımda Antalyadan canlı yayımlandı və İctimai Televiziya da bunu yerli tamaşaçılara sərgiləyirdi. Lakin Antalyadakı məkan yay studiyası olduğundan biz yer dəyişmək məcburiyyətində qaldıq. Hazırda veriliş həftədə bir dəfə efirə gedir. Yaxın aylarda isə bunun canlı və gündəlik olacağı gözlənilir. Telekanal rəhbərliyinin bildirdiyinə görə, veriliş üçün ayrıca qış studiyası tikilir".

Azərinin bildirdiyinə görə, verilişin ömrü əvvəlki aylarla müqayisədə qısaldılsa da, bu, Azərbaycan milli musiqilərinin təbliğinə mane olmayıb. Müğənni bildirdi ki, ayda bir dəfə Azərbaycandan milli musiqi ifaçılarından bir nəfər musiqi heyəti ilə Türkiyəyə dəvət alacaq və verilişdə iştirak edəcəklər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Adlar seçimin obyektivliyini dəqiq əks etdirdi

Azərbaycan filmi 5000 avro qazana bilər

Bölmənin digər xəbərləri
 
"Azərbaycan cazı muğamla daha gözəldir"
Fərhad Bədəlbəyli caz festivalına uzun ömür arzu edir

Coşqun Viləş və Gökhan Erol duet oxuyublar
Bu mahnı qardaşlıqdan bəhs edir

Nura kübar qadın obrazında
Müğənni nostalji hisslərdən ayrıla bilmədi

"Məni hər yerə peşəkar rəqqasə kimi dəvət edirlər"
Oksana Rəsulova restoranlarda çıxış edən həmkarlarını peşəkar səviyyədə dəyərləndirmədiyini deyir

Yalçın Rzazadə Elarizi sənətkar adlandırdı
Həmkarı onun üçün həmişə maraqlı olub

Dima Bilan "MTV Avropa Musiqi Mükafatı"nın birincisi ola bilmədi
Rusiyalı ikinci, türkiyəli həmkarları isə birinci oldu

Mel Gibson səkkizinci dəfə ata oldu
Ona bu sevinci rusiyalı sevgilisi yaşadıb

Necati Şaşmaz "donuz qripi"ndən qorxur
Aktyor insanlardan bir addım kənar gəzir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər