Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Yalçın Rzazadə Elarizi sənətkar adlandırdı
Yalçın Rzazadə Elarizi sənətkar adlandırdı
Həmkarı onun üçün həmişə maraqlı olub
Şənbə, 07.11.2009

Şəms mətn ölçüsü  

Bu günlərdə məclislərin birində qonaq qismində iştirak edən xalq artisti Yalçın Rzazadə müğənni Elarizin canlı ifasını dinlədikdən sonra onun haqqında yüksək fikirlər söyləyib: "Elariz bir müğənni kimi mənim üçün həmişə maraqlı olub. Onun özünəməxsus ifa tərzi, ampluası var. Ola bilər, kimlərsə onun ifasını bəyənməsin. Amma mən bir sənətkar kimi etiraf edirəm ki, Elariz gözəl oxuyur. Bundan başqa, bəzi sinəsinə döyən tanınmış müğənnilərdən fərqli olaraq, Elarizin canlı ifası da təmiz və səliqəlidir. Elə müğənnilər var ki, fonoqramla səsi gözəl səslənir. Ancaq canlı oxuyanda adamı dəhşət bürüyür. Sanki fonoqramdakı səs onlara məxsus deyil. Ancaq Elarizdə belə deyil. Buna görə də bir müğənni kimi mən onu dəstəkləyirəm. Üstəlik də Elariz bir çoxlarından fərqli olaraq saatlarla canlı oxuya bilir. Bu isə müğənni üçün əsas amillərdən biridir. Qoy bir çoxları məndən inciməsinlər, Elariz sözün həqiqi mənasında əsl sənətkardır. Kim buna şübhə edirsə, canlı oxumaq üçün onunla yarışa qatılsın!"

Xalq artisti tərəfindən haqqında bu cür yüksək fikirlər eşidən Elariz öz növbəsində sənətkar dostuna minnətdarlıq etdi: "Yalçın Rzazadə əvəzolunmazdır. Azərbaycan estradasının təməlini qoymuş sənətkarlarımızdandır. Belə bir şəxsiyyətin haqqımda bu cür yüksək fikirlər söyləməsi mənim üçün böyük şərəf və fəxrdir. Yaxşı ki, səhnəmizdə belə sənətkarlar var. Yalçın bəyin və eyni zamanda, digər xalq artistlərimiz İlhamə Quliyevanın, Flora Kərimovanın, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın və bir çox sənətkarlarımızın sayəsində bu sənətdən ilham alaraq ruhdan düşmürəm. Var olsunlar ki, həmişə məni dəstəkləyirlər. Belə sənətkarlar mənim sənətim haqda yüksək fikirlər söylədikdən sonra kimlərinsə haqqımda söylədikləri mənfi rəylər əsla əhvalımı pozmur. Mən musiqimizdə varam və bundan sonra da olacam".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yalçın Rzazadə "Acıbadem" klinikasına yerləşdirildi

Müğənnilərin avtomobili gözə gəlib

Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir

Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"

Sənətçilərin çoxu bu ay ac qala bilməyib

Bölmənin digər xəbərləri
 
"Azərbaycan cazı muğamla daha gözəldir"
Fərhad Bədəlbəyli caz festivalına uzun ömür arzu edir

Coşqun Viləş və Gökhan Erol duet oxuyublar
Bu mahnı qardaşlıqdan bəhs edir

Nura kübar qadın obrazında
Müğənni nostalji hisslərdən ayrıla bilmədi

"Məni hər yerə peşəkar rəqqasə kimi dəvət edirlər"
Oksana Rəsulova restoranlarda çıxış edən həmkarlarını peşəkar səviyyədə dəyərləndirmədiyini deyir

"Türkiyə birdev" Azərinə mükafat verdi
Sənətçi Türk Dünyasına mədəni xidmətlərinə görə təltif olunub

Dima Bilan "MTV Avropa Musiqi Mükafatı"nın birincisi ola bilmədi
Rusiyalı ikinci, türkiyəli həmkarları isə birinci oldu

Mel Gibson səkkizinci dəfə ata oldu
Ona bu sevinci rusiyalı sevgilisi yaşadıb

Necati Şaşmaz "donuz qripi"ndən qorxur
Aktyor insanlardan bir addım kənar gəzir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər