Brakonyerlər müfəttişi öldürmək istəyiblər
 |
Onlara hökm oxundu
Şənbə, 07.11.2009
|
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müfəttişini odlu silahdan açılan atəşlə öldürməyə cəhddə ittiham olunan brakonyerlərə hökm oxundu.
... Tovuzun Düz Qırıqlı kəndi ərazisində bu il mayın 17-də gecə saat 1.00 radələrində Kürdə qanunsuz balıq ovu ilə məşğul olan qonşu Kirzan kənd sakini 23 yaşlı Vüsal Mirzəyev və Bozalqanlı kənd sakini 31 yaşlı Ceyhun Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə müfəttişi Mahmud Axundov tərəfindən xəbərdarlıq alıblar.
Mirzəyev və Əliyev Axundovla mübahisəyə girişərək müfəttişə odlu silahdan atəş açıblar. Əliyev ov tüfəngindən açdığı atəşlə Axundovu gözündən və onunla gələn kənar şəxs Aydın Həsənovu sinəsindən yaralayıb. Axundov Bakıda xəstəxanalardan birinə, o biri yaralı isə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hər iki yaralının həyatını xilas etmək mümkün olub.
Əliyev və Mirzəyev həbs edilmişlər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Ceyhun Əliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edildi. Vüsal Mirzəyev isə 3 il şərti cəza alaraq, məhkəmə zalından azad edildi.
|
|
|
|
|
|
|