Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
İkiillik araşdırma başa çatdı
İkiillik araşdırma başa çatdı
Azyaşlı uşağın qatilinə 15 il verildi. Deyəsən, müstəntiq də cəzalanacaq
Şənbə, 07.11.2009

Hacı Zeynalov mətn ölçüsü  

Kürdəmir rayon sakinləri Elsevər Məmmədov, Səbuhi Dəmirov və İsmayıl Quliyevin cinayət işi üzrə məhkəmə iki ildən bəriydi davam edirdi. Təqsirləndirilənlər 2006-cı il fevralın 12-də Kürdəmirin Karrar kənd sakini 10 yaşlı Bəhruz Bağırzadəni tamah məqsədi ilə oğurlayaraq qətlə yetirməkdə ittiham olunurdular.

Bu cinayət işinin ibtidai istintaqını Kürdəmir rayon Prokurorluğu, Rayon Polis İdarəsi, Şirvan Şəhər Prokurorluğu, Ağsu rayon Prokurorluğu, Bakının Nizami Rayon Polis İdarəsi aparıb.

Məhkəmə prosesində Səbuhi Dəmirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində qeyd edib ki, Bəhruz Bağırzadəni dayısı Elsevər Məmmədov və İsmayıl Quliyev ilə birlikdə öldürüb. Onun sözlərinə görə, qətli tamah məqsədilə törədib. Elsevər Məmmədov və İsmayıl Quliyev elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Mərhumun atası Elşad Bağırzadə isə onlara ən ağır cəzanın verilməsini istəyirdi.

"Mənim cinayət işinin mahiyyətindən xəbərim yox idi"

Prosesdə şahid qismində Bakının Nizami Rayon Polis İdarəsinin təşkilat üzrə rəisi, mayor Azər Abdullayev ifadə verdi. O, ifadəsində göstərib ki, bu cinayət işinin ibtidai istintaqının aparılmasında iştirak etməyib, istintaq qrupu təqsirləndirilən şəxsi onun xidməti otağında dindirib: "Mənim cinayət işinin mahiyyətindən xəbərim yox idi. Mənə yalnız uşaq ölümü ilə bağlı istintaq aparıldığı məlum idi. Başqa heç nədən xəbərim yoxdur".

Şahidin sözlərinə görə, təqsirləndirilən şəxsdən Kürdəmir rayon Prokurorluğunun Dəyanət adlı müstəntiqi ifadə alıb. O deyib ki, bu istintaqın ona heç bir aidiyyəti yox idi, adının bu cinayət işində şahid kimi keçməsinə təəcüblənir.

Dövlət ittihamçısı Azər Osmanovun sullarını cavablandıran şahid bildirib ki, onun otağında dindirilən Səbuhi Dəmirov ifadəsində Karrar kənd sakini Bəhruzu öldürməsini etiraf edib: "Mən də bu barədə rəis müavini Rəhim Xəlilova bildirdim. Ona dedim ki, Səbuhi Dəmirov ifadəsində azyaşlını öldürməsini etiraf edib. Həmin vaxt Səbuhi Dəmirov ifadəsində həmin uşağın öldürülməsində yaxın adamlardan birinin iştirakını təsdiqləmişdi. Səbuhi özü və yaxın adamının uşağı öldürmələrini danmırdı. Amma deyirdi ki, bu barədə ad çəkə bilməz, çünki adını çəkəcəyi adamdan qorxur. "Səbuhi bir ifadəsində demişdi ki, ad çəksə, onu məhv edərlər.

REKLAM

Buna görə də ad çəkmək istəmirdi".

Qaranlıq cinayət işi, ziddiyyətli ifadələr

Təqsirləndirilən şəxsin vəkilləri şahidin ifadəsində ziddiyyətlər olduğunu bildirdilər və onun ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını xahiş etdilər. Hakim Əhməd Quliyev şahidin istintaqa verdiyi ifadələri elan etdi. Azər Abdullayevin istintaqa verdiyi ifadələrindən məlum olub ki, Səbuhi Dəmirov onun xidməti otağında dindirilərkən göstərib ki, dayısı Elsevər Məmmədovla birlikdə Karrar kənd sakini Bəhruz Bağırzadəni tamah məqsədi ilə oğurlayıblar. Onlar uşağı Elsevər Məmmədovun evində saxlayıblar və İsmayıl Quliyev onun atasının mobil telefonuna SMS yazır ki, uşağının qaytarılması üçün külli miqdarda pul verməlidir, əks halda uşağının üzünü görə bilməyəcək. Bəhruzun valideynlərindən pul ala bilmədikdə uşağı boğaraq, gölə atırlar.

Ziddiyyətlərə aydınlıq gətirən şahid bildirdi ki, həmin ifadəni üç il öncə verib və buna görə də heç nə xatırlamır.

"Müstəntiq şahidin ifadələrini təhrif edib"

Öz növbəsində, Elsevər Məmmədov bildirdi ki, Polis Şöbəsində təzyiqlərə məruz qalıb və buna görə də tez-tez ifadələrini dəyişib. Elsevər Məmmədovun vəkili Osman Kazımov isə bildirdi ki, Şirvan Prokurorluğunun müstəntiqi Vahid Əhmədov şahidlərin ifadələrini cinayət işinə təhrif olunmuş formada əlavə edib... Hakim bu faktın araşdırılacağını diqqətə çatdırdı.

Şahid azyaşlının öldürülməsindən danışanda...

Daha sonra Kürdəmir polisinin Cinayət Axtarış Bölməsinin rəisi Qafur Abbasov ifadə verdi. O, təqsirləndirilən şəxslərin azyaşlını necə öldürmələrini danışarkən, uşağın anası özünü saxlaya bilməyib Səbuhi Dəmirova hücum çəkdi. Ana və təqsirləndirilən şəxs əlbəyaxa oldular və bir-birlərinə söyüşlər yağdırmağa başladılar. Hakimin "sakit olun", "məhkəmə prosesini pozmayın" çağırışı tərəfləri sakitləşdirmədi. Onların sakitləşməyəcəyini görən hakim prosesdə fasilə elan etdi. Məhkəmə nəzarətçiləri tərəfləri məhkəmə zalından çıxardı.

Qısa fasilədən sonra şahid Qafur Abbasovun ifadəsi ilə məhkəmə prosesi davam etdirildi. Şahid bildirdi ki, Səbuhi Dəmirov ifadəsində qeyd edib ki, o, Bəhruzu dayısı Elsevər Məmmədovla birlikdə öldürüb: "Bununla bağlı onların arasında üzləşdirmə apardıq. Səbuhi qorxusundan dayısının cinayətdə iştirakını demirdi. Amma üzləşmə zamanı dedi".

Elsevər Məmmədov bildirdi ki, polis idarəsində təzyiqlərə məruz qalıb və məcburi şəkildə bu cinayəti onun boynuna qoyublar: "Maraqlıdır ki, şahid burada çəkinə-çəkinə ifadə verir. Hörmətli Qafur müəllim, burada düzgün ifadə verin, çünki burada insan taleyi həll olunur".

Təqsirləndirilən şəxs bildirdi ki, Kürdəmir polisində üç gün dindirilib: "Bu şahid məni üç gün dindirdi və hədə-qorxularla bu cinayəti boynuma almağa məcbur edib. İndi burada deyir ki, heç nə bilmir".

Daha sonra prosesdə Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müvini Rahim Xəlilov ifadə verib. Təqsirləndirilən şəxslər məhkəmə ifadələrində Rahim Xəlilov tərəfindən təzyiq və işgəncələrə məruz qaldıqlarını bildirmişdilər. Məhkəmədə ifadə verən əməliyyat işləri üzrə rəis müavini deyib ki, təqsirləndirilən şəxslər törətdikləri əməli etiraf ediblər. Şahid təqsirləndirilən şəxslərin azyaşlı uşağı oğurlayıb qətlə yetirmək etiraflarını eşitdiyini və bundan sonra cinayətin tam açıldığını diqqətə çatdırıb.

"Məcburiyyət qarşısında qalaraq, cinayəti dayımla birlikdə törətdiyimi etiraf etdim"

Sonra prosesdə çıxış edən Səbuhi Dəmirov əməliyyat işləri üzrə rəis müavini tərəfindən işgəncələrə və psixoloji təsirə məruz qaldığını bildirib: "Rəis müavini Rahim Xəlilovdan xahiş etdim ki, məni dayım Elsevərlə görüşdürsün, bundan sonra əsl həqiqəti danışaram. O da öz otağında məni dayımla görüşdürdü. Onun qapı arxasında bizə qulaq asdığını bilməmişdim. Həmin vaxt dayıma bildirdim ki, məni xilas etsin, yoxsa onun da bu cinayətdə əli olduğunu etiraf edəcəm. Rahim Xəlilov bizim söhbətimizi dinləyib, özünü içəri atdı, mənə psixoloji təsir göstərməyə başladı. Cinayəti dayımla birlikdə törətməyi boynuma qoydu.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Brakonyerlər müfəttişi öldürmək istəyiblər
Onlara hökm oxundu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər