Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Böhran ilində iqtisadiyyatımız inkişaf edib
Böhran ilində iqtisadiyyatımız inkişaf edib
Prezident son dərəcə nikbindir
Şənbə, 07.11.2009

S.Abbas mətn ölçüsü  

"Biz hətta böhranlı 2009-cu ildə maddi sıxıntılar yaşamırıq. Əksinə, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, 2009-cu ildə iqtisadiyyatı inkişaf edib və bu ilin 9 ayında iqtisadiyyat 6 faizdən çox artıb". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Neft Daşlarının 60 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Bütün bunların təməlində Azərbaycanın neft strategiyasının dayandığını qeyd edən dövlət başçısı Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici tərəfdaşlarla uğurlu əməkdaşlığının bugünkü reallıqları yaratdığını vurğulayıb: "Azərbaycan fəxr edir ki, biz dünyada müstəqil siyasət aparırıq. Bu, həqiqətən də belədir. Artıq bütün dünya bunu bilir və bu, hər bir ölkə üçün ən vacib məsələdir. Biz bu müstəqil siyasəti nəyin hesabına apara bilirik? İlk növbədə, ona görə ki, biz iqtisadi cəhətdən müstəqilik. Biz heç kimdən asılı deyilik. Biz öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının yaratdığı maddi imkanlar, dəyərlər hesabına yaşayırıq".

Prezident iqtisadi müstəqilliyin Azərbaycana siyasi müstəqillik verdiyini də vurğulayıb: "Biz öz sözümüzü qətiyyətlə deyir, bölgədə yaşanan proseslərə daim öz münasibətimizi bildiririk. Artıq bölgədə Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüs reallaşa bilməz. Bu, artıq reallıqdır və bu reallığı biz özümüz yaratmışıq. Nə iqtisadi, nə siyasi, nə enerji, nə nəqliyyat sahəsində heç bir layihə icra oluna bilməz. Azərbaycan bölgənin çox güclü ölkəsinə çevrilib və bu müstəqil siyasəti aparmaq üçün ilk növbədə iqtisadi imkanlar bizim üçün şərait yaradır. Əgər ancaq iqtisadi imkanlar olsaydı və başqa amillər olmasaydı, müstəqil siyasət aparmaq, Azərbaycan xalqının maraqlarını tam şəkildə qorumaq bizim üçün yenə də çətin olardı. Bizdə iqtisadi müstəqilliklə bərabər çox güclü siyasi iradə var. Biz məsələlərə prinsipial mövqedən yanaşırıq. Azərbaycan xalqının maraqlarını bütün sahələrdə və istənilən formada müdafiə edirik. Bu amillərin sintezi Azərbaycanın hərtərəfli inkişafı üçün şərait yaradır. Azərbaycanı dünya miqyasında böyük hörmətə malik olan ölkə kimi tanıdır və ən önəmlisi, Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət göstərir".

Prezident bir müddət əvvəl neftin qiymətində müşahidə olunan ucuzlaşmaya diqqət çəkib: "Neftin qiyməti qısa müddət ərzində 140 dollardan 37 dollara düşüb. Azərbaycanda bir adam bunu hiss elədi? Halbuki dövlət büdcəmizdə - bu ilin büdcəsində neftin qiyməti 70 dollardan hesablanıb. Bir adam bunu hiss etmədi. Nə üçün? Çünki birincisi, Azərbaycan dövlətinin güclü sosial siyasəti var və bu sosial məsələlərin həlli prioritetdir. İkincisi, Azərbaycanın iqtisadiyyatı artıq təkcə neft və qazdan asılı deyil. Neft sənayesindən əldə edilən gəlirlərin ağılla və böyük səmərə ilə qeyri-neft sektoruna yatırılması nəticəsində Azərbaycanda kənd təsərrüfatı, tikinti, emal sektoru sürətlə inkişaf edir. Bu gün biz artıq ərzaq təhlükəsizliyinin böyük hissəsini həll etmişik. Azərbaycan özünü əsas ərzaq məhsulları ilə, demək olar ki, maksimum dərəcədə təmin edir".

Dövlət başçısı 2009-cu il bütün ölkələr üçün sınaq ili olduğunu bildirib: "2009-cu ilə qədər mənzərə o qədər də aydın deyildi, kim nəyə qadirdir. Məhz ən ağır, ən çətin sınaq ili olan 2009-cu ildə Azərbaycan göstərdi ki, dünyada nadir ölkələrdəndir. Azərbaycanda iqtisadiyyat, sənaye istehsalı, kənd təsərrüfatı artır, milli valyuta sabitdir, inflyasiya iki faizdir. Bütün bunlar görülən işlərin nəticəsidir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakının regional inkişaf planı hazırlanır

Bölmənin digər xəbərləri
 
Maliyyə Nazirliyi əmanətləri qaytarmaqda maraqlı deyil
Baxmayaraq ki, indiki iqtisadi durum buna imkan verir

Yeni qaz marşrutları üzərində düşünülür
Hökumət ildə 15 milyard kubmetr qaz nəqlini mümkün sayır

Hökumət ehtiyatı əldən buraxmır
Dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər