Karate üzrə Azərbaycanın yığma komandası WKF (Dünya Karate Federasiyası) versiyası üzrə yeniyetmələr və gənclər arasında noyabrın 12-də Rabatda (Mərakeş) başlanan dünya çempionatında iştirak edəcək.
Milli federasiyadan aldığımız bilgiyə görə, idmançılarımız yarışlarda üç yaş qrupu üzrə mübarizə aparacaqlar. 14-15 yaşlılar arasında Elçin Ağayev (52 kq), Dəmirəl Vahabzadə (70 kq), Feyz İldırımzadə (+70 kq) və Fərid Əbiyev (54 kq) kumite, Ağabəy Mirzəyev isə kata yarışlarında qüvvələrini sınayacaqlar.
16-17 yaşlılar arasında Əli Hüseynov (55 kq), Tural Ələkbərli (61 kq), Ayxan Mamayev (68 kq), Səid Quliyev (76 kq), Asiman Qurbanlı (+76 kq), İlahə Qasımova (53 kq) və Sura Fərəcli (59 kq) kumite, Elvin Eyvazov, Tural Balcanlı və Musa Musayev isə kata yarışlarında güclərini göstərəcəklər.
18-20 yaşlılar arasında Məhəmməd Quliyev (68 kq), Sənan Əliyev (78 kq) və Novruz İsmayılov (+78 kq) kumite yarışlarında çıxış edəcəklər.
|