Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Barışmaz rəqiblərin turu
Şənbə, 07.11.2009

Kərim Nəsrullah mətn ölçüsü  

Azərbaycan Premyer Liqasının bu gün başlanan X turu 2 möhtəşəm oyunla yadda qalacaq. Amma əvvəlcə çempionatın IX turunun oyunlarına qısa nəzər salaq.

Turun ən maraqlı oyunlarından biri Salyanda baş tutub. Yerli "Muğan" Tovuzun "Turan" klubunu qəbul edib və meydanı xalsız tərk edib. Matç olduqca maraqlı keçib və qapılara 5 top vurulmaqla yanaşı, hakim futbolçulara 3 qırmızı vərəqə göstərib. Qonaqların heyətində isə Samir Musayev het-trikə imza atıb. Bu, cari mövsümdə qeydə alınan ilk het-trik olub.

"Neftçi" Tofiq Bəhramov adına Respublika stadionuna qayıdışını qələbə ilə qeyd edib. Böyükağa Ağayevin uzun fasilədən sonra ölkə çempionatında debütü isə uğursuz alınıb. Onun baş məşqçi olduğu "Standard" Sumqayıtda "Olimpik-Şüvəlan"a uduzub.

"Simurğ" - "İnter" matçında maraqlı hadisə baş verib. Belə ki, baş hakim Vüsal Əliyev zədələndiyindən görüşü davam etdirə bilməyib. Onu dördüncü hakim Rasim Məmmədov əvəzləyib. Turun digər matçlarında bu nəticələr qeydə alınıb: "Qarabağ"- "Xəzər-Lənkəran" - 1:0, "Qəbələ" - "Bakı" - 0:2, "Simurğ" - "İnter" - 1:1, "Muğan" - "Turan" - 2:3, "Standard" - "Olimpik-Şüvəlan" - 0:1, "Neftçi" - "Karvan" - 1:0.

X tura gəlincə, son 5 ilin barışmaz rəqibləri olan "Xəzər-Lənkəran" və "Neftçi" bu dəfə Lənkəranda üz-üzə gələcək.

2004-ci ilin yayında "Xəzər-Lənkəran" yaranandan sonra flaqmanın bu komanda ilə oyunları xüsusi prinsipiallıq kəsb edir. Özü də komandaların turnir cədvəlindəki vəziyyəti onların rəqabətinə təsir etmir. Budəfəki çempionat yeni sistemlə, yəni altılıq üzrə keçirildiyindən və burada "qızıl xallar" nəzərə alındığından, görüşü 3 yox, 6 xallıq oyun kimi dəyərləndirmək olar. "Xəzər-Lənkəran"la "Neftçi" isə mükafata iddialıdır və böyük ehtimalla altılığa düşəcəklər.

"İnter"lə "Qarabağ"ın qarşılaşması isə turnir cədvəli baxımından turun mərkəzi oyunudur. Hər halda, hazırda turnir cədvəlinə məhz bu komandalar başçılıq edirlər. "İnter" topların daha yaxşı fərqinə görə rəqibini qabaqlayır. Ancaq Premyer Liqada komandaların xalları bərabər olacağı halda, şəxsi görüşlər əsas götürüləcək. Sözsüz ki, bu amil "İnter"lə "Qarabağ"ın öz aralarındakı oyunun əhəmiyyətini artırır. Digər prinsipial məqam ondan ibarətdir ki, "Qarabağ" ötən mövsüm ölkə kubokuna məhz "İnter"i məğlub etməklə (1:0) sahib çıxdı.

7 noyabr: "Bakı" - "Karvan", "Qəbələ" - "Muğan", "İnter" - "Qarabağ"; 8 noyabr: "Olimpik-Şüvəlan" - "Simurğ", "Turan" - "Standard", "Xəzər-Lənkəran" - "Neftçi".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Cansun "flaqman"ı tərk etdi

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Bölmənin digər xəbərləri
 
Elitanın amansızlığı
Azərbaycan kuboku 1/8 finalının ilk oyunları bununla yadda qaldı

"Qalatasaray" növbəti mərhələdə
UEFA kubokunun son finalçıları - "Şaxtyor" və "Verder" də Avroliqanın 1/16 finalın vəsiqəni təmin etdilər

Mövlud Mirəliyev tatamiyə qayıdır
Cüdo üzrə noyabr ayına təsadüf edəcək ən əhəmiyyətli beynəlxalq yarışlardan biri noyabrın 20-dən 21-dək Abu-Dabidə təşkil olunacaq Qran-pri turniridir.

Karateçilər dünya çempionatına gedəcəklər
Karate üzrə Azərbaycanın yığma komandası WKF (Dünya Karate Federasiyası) versiyası üzrə yeniyetmələr və gənclər arasında noyabrın 12-də Rabatda (Mərakeş) başlanan dünya çempionatında iştirak edəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər