Avroliqada IV turun oyunları keçirilib. Türkiyənin turnirdə hər iki təmsilçisi - "Qalatasaray" və "Fənərbaxça" yenə Rumıniya klublarına qalib gəliblər. Bununla da İstanbul klubları Buxarest təmsilçilərindən ("Dinamo" və "Styaua") üstün olduqlarını bir daha nümayiş etdirdilər.
"Qalatasaray" Rumıniya paytaxtında qazandığı böyükhesablı qələbə (3:0) sayəsində 1/16 finala çıxmasını rəsmiləşdirib. "Fənərbaxça" hələ buna nail olmasa da, uğur qazanmağa çox yaxındır. Kristof Daumun komandası növbəti turda Hollandiyanın "Tvente" klubunu məğlub edərsə, həm "ev"dəki uğursuzluğun əvəzini çıxacaq, həm də pley-ofa vəsiqəni rəsmiləşdirəcək.
IV turdan sonra "Qalatasaray"la yanaşı, Belçikanın "Anderlext" klubu da və UEFA kubokunun son finalçıları - Ukrayna "Şaxtyor"u və Almaniya "Verder"i də 1/16 finala vəsiqəni artıq özləri üçün təmin ediblər.
"A" qrupu
"Anderlext" (Belçika) - "Timişiora" (Rumıniya) - 3:1
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ayaks" (Hollandiya)- 0:2
"B" qrupu
"Slaviya" (Çexiya) - "Valensiya" (İspaniya) - 2:2
"Cenoa" (İtaliya) - "Lill" (Fransa) - 3:2
"C" qrupu
"Hamburq" (Almaniya) - "Seltik" (Şotlandiya)- 0:0
"Rapid" (Avstriya) - "Hapoel" - (Tel-Əviv, İsrail) - 0:3
"D" qrupu
"Sportinq" (Portuqliya) - "Ventspils" (Latviya) - 1:1
"Herenven" (Hollandiya) - "Herta" (Almaniya) - 2:3
"E" qrupu
"Roma" (İtaliya) - "Fulhem" (İngiltərə) - 2:1
"Bazel" (İsveçrə) - MOİK (Sofiya, Bolqarıstan) - 3:1
"F" qrupu
"Dinamo" (Buxarest, Rumıniya) - "Qalatasaray" (Türkiyə) - 0:3
"Şturm" (Avstriya) - "Panatinaikos" (Yunanıstan) - 0:1
"G" qrupu
"Levski" (Bolqarıstan) - "Zalsburq" (Avstriya) - 0:1
"Vilyareal" (İspaniya) - "Latsio" (İtaliya) - 4:1
"H" qrupu
"Tvente" (Hollandiya) - "Şerif" (Moldova) - 2:1
"Fənərbaxça" (Türkiyə) - "Styaua" (Rumıniya) - 3:1
"İ" qrupu
AEK (Yunanıstan) - BATE (Belarus) - 2:2
"Everton" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 0:2
"J" qrupu
"Tuluza" (Fransa) - "Şaxtyor" (Ukrayna) - 0:2
"Partizan" (Serbiya) - "Brügge" (Belçika) - 2:4
"K" qrupu
"Kopenhagen" (Danimarka) - "PSV Eyndhoven" (Hollandiya) - 1:1
ÇFR (Rumıniya) - "Sparta" (Çexiya) - 2:3
"L" qrupu
"Verder" (Almaniya) - "Austriya" (Avstriya) - 2:0
"Nasional" (Portuqaliya) - "Atletiko" (İspaniya) - 1:1
|