Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Elitanın amansızlığı
Elitanın amansızlığı
Azərbaycan kuboku 1/8 finalının ilk oyunları bununla yadda qaldı
Şənbə, 07.11.2009

İ.Rəfiyev mətn ölçüsü  

Azərbaycan kuboku uğrunda yarışın 1/8 mərhələsinin ilk oyunları keçirilib. Bu mərhələdə Unibank Premyer Liqa təmsilçiləri də iştirak edib. Güclülər dəstəsinin 12 klubunun kubok uğrunda mübarizəyə qoşulması yarışa olan marağı artırıb. Əvəzində I divizionun 4 təmsilçisi - "Gəncə", "Şahdağ", "Bakılı" və "Neftçi İSM"nin yüksək liqa klubları ilə mübarizədə aşkar çətinlik çəkiblər. Oyun nəticələri də onların növbəti mərhələyə çıxmaq şanslarının yox dərəcəsində olduğunu göstərir. Qalan dörd matç isə Premyer Liqa təmsilçiləri arasında oynanılıb.

1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Bakı" - "Bakılı" qarşılaşmasında 2009/10 mövsümünün yeni rekordu qeydə alınıb. Rəqibini 6:0 hesabı ilə darmadağın edən Bülənt Korkmazın komandası cari mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Buna qədər Premyer Liqa və kubok oyunları üçün ən böyük nəticə "İnter"ə məxsus idi. Kaxaber Sxadadzenin başçılıq etdiyi komanda "Muğan"a çempionat matçında 6:1 hesabı ilə qalib gəlmişdi.

Sumqayıtda keçirilən "Standard" - "Turan" qarşılaşması (3:1) birdən-birə üç məqama görə əlamətdar olub. Belə ki, həm "Standard", həm klubun yeni baş məşqçisi Böyükağa Ağayev və nəhayət, sumqayıtlı azarkeşlərin qələbə həsrətinə son qoyulub. Belə ki, mövsümlərarası fasilədə Bakıdan Sumqayıta köçən bank təmsilçisi gənclik şəhərində məskunlaşdığı vaxtdan ilk qələbəsini qazanıb. Bu klub sonuncu qələbəsini ötən mövsümün sonuncu turunda - mayın 16-da qazanmışdı. я "Olimpik-Şüvəlan" "Şəfa" stadionunda "Qəbələ"ni moldovalı hücumçu Anatoli Doroşun dublu sayəsində məğlub edib. Bununla da Əsgər Abdullayev vaxtilə rəhbərliyi altında çıxış etmiş gənc həmkarı Ramiz Məmmədovdan ötən mövsümdəki uğursuzluğun əvəzini çıxıb.

"Neftçi" isə 179 gündən sonra böyük hesablı qələbə qazanıb. Cari mövsümdə ilk dəfə rəqibinə 3 və daha artıq top fərqi ilə qalib gələn flaqman bu həsrətə ölkə kubokunun 1/8 final matçında son qoyub.

Vaqif Sadıqovun komandası baş məşqçilərinə belə bir qələbə sevincini "Neftçi İSM" görüşündə bəxş ediblər.

1/8 finalın ilk oyununda inamlı qələbə qazanan "Qarabağ", "İnter" və "Xəzər-Lənkəran" da növbəti mərhələyə çıxmaq şansı qazanıblar.

Azərbaycan kuboku, 1/8 final mərhələsinin ilk oyunlarının nəticələri: "Olimpik-Şüvəlan" - "Qəbələ" - 2:0, "Qarabağ" - "Şahdağ" (Qusar) - 4:0, "Standard" - "Turan" - 3:1, "Neftçi" - "Neftçi İSM" - 5:0, "Bakı" - "Bakılı" - 6:0, "Xəzər-Lənkəran" - "Muğan" - 3:1, "Simurğ" - "Gəncə" - 2:0, "İnter" - "Karvan" - 4:0.

Bu mərhələnin cavab görüşləri noyabrın 11-də keçiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
"Qalatasaray" növbəti mərhələdə
UEFA kubokunun son finalçıları - "Şaxtyor" və "Verder" də Avroliqanın 1/16 finalın vəsiqəni təmin etdilər

Barışmaz rəqiblərin turu
Azərbaycan Premyer Liqasının bu gün başlanan X turu 2 möhtəşəm oyunla yadda qalacaq. Amma əvvəlcə çempionatın IX turunun oyunlarına qısa nəzər salaq.

Mövlud Mirəliyev tatamiyə qayıdır
Cüdo üzrə noyabr ayına təsadüf edəcək ən əhəmiyyətli beynəlxalq yarışlardan biri noyabrın 20-dən 21-dək Abu-Dabidə təşkil olunacaq Qran-pri turniridir.

Karateçilər dünya çempionatına gedəcəklər
Karate üzrə Azərbaycanın yığma komandası WKF (Dünya Karate Federasiyası) versiyası üzrə yeniyetmələr və gənclər arasında noyabrın 12-də Rabatda (Mərakeş) başlanan dünya çempionatında iştirak edəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər