Azərbaycanın xalq artisti Fəxrəddin Manafov 12 seriyalı filmdə çəkilmək üçün Hindistana səfər edəcək. Aktyorun məlumatına görə, Rusiya istehsalı olan bu filmdə plastik cərrah rolunu canlandıracaq. Filmdə cərrahın qızı rolunda Hindistanda "Miss-2008" seçilmiş aktrisa çəkiləcək.
Öyrəndik ki, yeni ekran əsərində rusiyalı məşhur aktyor Marat Basarov da rol alıb. Filmin Moskvadakı çəkilişləri isə artıq başa çatıb. Yaxın günlərdə Hindistanda serialın son çəkilişləri aparılacaq.
Fəxrəddin Manafov bildirdi ki, noyabrın 9-dan 23-dək Hindistanda olacaqdır.
Yeni kitab tapıntılarıKişvərinin əlyazması, Hüseyn Cavid və Abdulla Şaiqin isə kitablarının orijinal nüsxələri tapılıb
Kitab əski əlifbadan yeni qrafikaya köçürülür
Azdrama Konya festivalına dəvət alıbAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında yer alan "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə) tamaşası Türkiyənin Konya şəhərində "Bin nəfəs bir səs" Uluslararası Türkce Tiatro Yapan Ulkeler Festivalına dəvət alıb.