Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Sevda Məmmədli: "Sənətə daha çox vaxt ayırsaydım, ..."
Sevda Məmmədli: "Sənətə daha çox vaxt ayırsaydım, ..."
Bəstəkar xanım mahnılarını yalnız peşəkarlara etibar edir
Şənbə, 07.11.2009

Sevinc İsmayıl mətn ölçüsü  

Hər bir insanın həyatında elə bir an gələcək ki, o, keçmişinə nəzər salıb özünə suallar verməli olacaq: "Tanrı məni yaratdı, mənə can verdi, bolluca nemət bağışladı, bəs mən - Adəm övladı, məmləkətim, insanlar üçün, bu dünya üçün nə etdim? Özümdən sonra nələri qoyub gedəcəyəm? Özümlə hansı əməllərimi aparacağam?" Budəfəki həmsöhbətimin bu sualları cavabsız qoymayacağına əminəm. Düşünürəm ki, insanın daxili aləmi onun zahiri görünüşünə böyük təsir göstərir. Həm daxilən, həm zahirən gözəl olan xanımdır. Qayğıkeş anadır, iki övlad böyüdür. Müəllimədir, tələbələri gələcəyin peşəkar musiqiçiləridir. Bəstəkardır, əsasən mahnı janrında yazır və bu gün onun bəstələrinə müğənnilər tərəfindən tələbat var. Təvazökardır, bəzən bir çox media işçiləri bu xanımın hitə çevrilmiş mahnılarının ona məxsus olduqlarını biləndə çox təəccüblənirlər. "Niyə bu mahnıları siz yazdığınızı bilmirik?" deyirlər.

Onun "Ata", "Qayıdacaqsan", "Qəlbim küsüb səndən", "Yanır ürəyim" (Brilyant Dadaşova), "Demirəm", "Getdi" (Zülfiyyə Xanbabayeva), "Necə unudum səni" (Abbas Bağırov), "Apar məni" (Samira), "Sən gəlmədin" (Rəşad İlyasov), "Üşüyürəm bənövşətək" (Elnarə), "Yar bizə qonaq gələcək" (Lalə Məmmədova) , "Yaşayır Heydər ata!" kimi ürək nəğmələrinə qulaq asdıqca insan doymur və təsəlli tapır. Onunla ünsiyyətdə olanda insan sanki dincəlir, çünki bu insan həyatın yalnız yaxşı tərəfini görür, hər zaman yüksək əhval-ruhiyyəsini başqalara ötürür. Şükür etməyi sevir, qəlbi təmizdir, ürəyi yaşamaq və yaratmaq sevdası ilə doludur. Adı da Sevdadır. "Art klub"un qonağı bəstəkar Sevda Məmmədlidir.

- Eşitdiyimə görə, bu yaxınlarda "Zirvədəkilər" adlı mükafata layiq görülmüsünüz. Ümumiyyətlə, mükafata münasibətiniz necədir?

- Düz eşitmisiniz. Mən "Peşəkar bəstəkar fəaliyyəti" adlı nominasiya üzrə almışam bu mükafatı. Sözsüz ki, mükafatlar bizi həvəsləndirir və məsuliyyət hissini artırır.

REKLAM



- Kimin ifasında mahnılarınızı eşitməyi arzulayırdınız?

- Yadımdadır, ilk mahnımı A.Zeynallı adına musiqi texnikumunun birinci kursunda oxuyanda, 15 yaşlı Brilyant Dadaşova üçün bəstələmişdim. O vaxt Brilyant xanım heç efirə də çıxmamışdı və Dövlət Radiomuzda onun ifasında "Nəğmələr" mahnısı səslənəndə mən o qədər heyrətləndim ki, anama deyirdim: "Ana, o nələr edir, mahnılarda necə boğazlar edir o?". Bir sözlə, Brilyant xanımın sənətinin vurğunu idim və ilk "Qayıdacaqsan" adlı mahnımı məhz onun üçün yazmışdım. Brilyant xanım biləndə ki, mən həmin ilk mahnını onun üçün 15 yaşında yazmışam, inana bilmirdi və bunu məni öz "Gözəllik dünyanı xilas edəcək" verilişinə dəvət edəndə açıqladı. İllər ötdü və biz Brilyant xanımla bir silsilə mahnılar yazdırdıq: "Ata", "Ömrümüzün bu çağında", "Qəlbim küsüb səndən", "Yanır ürəyim"...

- Sevda xanımı tanıdan və ona daha çox uğur gətirən hansı bəstəsi olub?

- Bu, 1999-cu ildə şəhərimizdə bir "partlayış" yaradan "Demirəm" mahnısı olub. Bu mahnı nəinki mənə, Zülfiyyə Xanbabayevaya, Fuad Əlişova da böyük uğur gətirdi. Bu mahnıdan əvvəl Zülfiyyə bir çox mahnılar ifa etmişdi, amma ilk klipi məhz bu mahnıya çəkildi və Fuad Əlişov da özünü bir klipmeyker kimi təsdiqlədi. Və sözsüz ki, Brilyant Dadaşova ilə işlədiyim mahnılar mənə böyük uğur gətirdi.

- "Poeziya ruhun musiqisidir". Heç şeir yazmısınızmı? Ümumiyyətlə, nəğmələrinizdə öncə şeir yaranır, yoxsa musiqi?

- Heç vaxt əlimə qələm alıb şeir yazmamışam. Amma hərdən elə olub ki, royal arxasında əyləşib mahnı bəstələyəndə özümdən asılı olmayaraq çaldıqca sözlər də yaranıb. Hətta sonradan istəmişəm ki, sözlərim dəyişilsin, amma o qədər musiqiyə oturublar ki, ehtiyac olmayıb. Misal üçün, Abbas Bağırovun "Necə unudum səni" mahnısındaki kimi. İlqar Xəyal üçün bəstələdiyim "İlahə" mahnısının da sözlərini özüm yazmışam. Mahnının yaranmasına qalınca, mən həmişə şeirdən ilhamlanıb musiqi yazıram. Şeir o qədər məni tutmalıdır ki, əsas fikri məni çox uzaqlara aparsın.

- Hər bir fəaliyyətin başlanğıcına səbəb istək olur, bəstəkarlıq fəaliyyətinə başlayanda ən böyük istəyiniz nə olub?

- Mənəvi rahatlıq tapmaq...

- Müğənnilərlə işləməkdən zövq alırsınız, yoxsa bu bir məcburiyyətə çevrilir?

- Bilirsiniz, 3-4 dəqiqəlik mahnı bəzən aylarla onun üzərində çalışmağı tələb edir. Sözsüz ki, bəziləri ilə çalışmaqdan zövq alıram, bəzilərinin əlindən isə cana gəlib hərdən istəyirəm mahnını özüm oxuyum.

- Siz Ulu Öndərimiz Heydər Əliyevə həsr etdiyiniz mahnını özünüz ifa etmisiniz və həmin kompozisiyaya klip də çəkilib, çox uğurlu da alınıb. Yenidən hansısa bəstənizi ifa etmək arzunuz varmı?

- Demək olar, məni məcbur etdilər. Artıq aranjiman hazır olandan sonra şair Mirkazım Seyidov təkid etdi ki, Sevda xanım, bu mahnını yalnız siz ifa edə bilərsiniz. Həm də bu mahnını ifa etmək mənim üçün böyük şərəf idi, istədim məndən bir yadigar qalsın. Mənim ailəmdə oxumağıma həmişə qarşı çıxıblar. Sadəcə, bu, ciddi mövzu olduğuna görə etiraz edən olmadı. Bir də ki, çox arzulardım anama bir mahnı həsr edib oxuyum, ürəyimdə belə arzu var.

- Sadəlik - mənəvi gözəlliyin əsas şərtidir. Sadə qadınsınız, bizim günlərdə sənət aləmində sadə insan nadir bir tapıntıdır...

- Bəzən özünü çox dartan insan bununla özünü sığortalayır, çox insanları yaxına buraxmır ki, əslində nə qədər boş və maraqsız insan olması aşkarlanmasın. Hayıf bizim sənətdə belələri çoxdur. Ağıllı insan həm sadə, həm özündən həmişə narazıdır, çünki bilir ki, bu sənətin zirvəsi yoxdur.

- Deyirlər, gözəllik xoşbəxtlik vədidir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Elnur Məmmədli polisdə!

Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir

Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"

Sənətçilərin çoxu bu ay ac qala bilməyib

Səhnəmizin çəkidən ağır və yüngülləri

Bölmənin digər xəbərləri
 
Yeni kitab tapıntıları
Kişvərinin əlyazması, Hüseyn Cavid və Abdulla Şaiqin isə kitablarının orijinal nüsxələri tapılıb
Kitab əski əlifbadan yeni qrafikaya köçürülür


"Bakı gecələri"nin final mərhələsi
Qaliblərin mükafatı gələn ay təqdim ediləcək

Gənc pianoçuların müsabiqəsi və beynəlxalq elmi konfrans
Tədbirlər Qara Qarayev irsini təbliğ məqsədi daşıyır

Naxçıvanda teatr studiyası yaradılıb
Burada gənclər aktyorluq dərsi alır

YUĞ Teatrının aktyoru Polşaya yollanır
Yuğ Teatrının gənc rejissoru Tural Mustafayev Polşanın Krakov Milli Teatrında təcrübə keçəcək.

Azərbaycan "Deboşir" film festivalında təmsil olunacaq
18-22 noyabrda Sankt-Peterburqda XII "Deboşir" Beynəlxalq Film Festivalı keçiriləcək.

BDU-nun tarixindən bəhs edən kitab çap olunub
Bu həftə 90 illik yubileyini qeyd edən ilk ali təhsil ocağımız - Bakı Dövlət Universiteti haqqında kitab nəşr edilib.

Sumqayıt Musiqili Dram Teatrı mövsümünü açıb
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ötən gün mövsümünü açıb.

Azdrama Konya festivalına dəvət alıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında yer alan "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə) tamaşası Türkiyənin Konya şəhərində "Bin nəfəs bir səs" Uluslararası Türkce Tiatro Yapan Ulkeler Festivalına dəvət alıb.

"Mərkəzi Asiya örtükləri" Bakıda
Sərgini Viktoriya və Albert muzeyi təqdim edir

Səttar Bəhlulzadənin yubileyinə müsabiqə
Gənc rəssamlar yarışa dəvət olunur

Fəxrəddin Manafov Hindistanda filmə çəkiləcək
Filmdə onun qızını "Miss-2008"in qalibi oynayacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər