çap et  
"Bakı gecələri"nin final mərhələsi
"Bakı gecələri"nin final mərhələsi
Qaliblərin mükafatı gələn ay təqdim ediləcək
Şənbə, 07.11.2009


Noyabrın 20-də R.Behbudov adına Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İH dəstəyi ilə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi "Bakı gecələri-2009" estrada mahnı müsabiqəsinin final mərhələsini tamaşaçılar və münsiflər heyətinə təqdim edəcək. Müsabiqədə iştirak etmək üçün müəlliflər tərəfindən qatılmış 2009-cu ildə bəstələnmiş 63 mahnıdan münsiflər heyətinin seçdiyi 25 mahnı final konsertinə vəsiqə qazanacaq. Müsabiqəyə təqdim edilmiş mahnılar arasında Tahir Əkbər, Murad Arif, Elçin İmanov, Yalçın Məlikov və b. bəstəkarların musiqi əsərləri yer alıb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumatda qeyd olunur ki, müsabiqənin qala-konserti və qaliblərin mükafatlandırma mərasimi dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək. Xatırladaq ki, "Bakı gecələri-2009" estrada mahnı müsabiqəsinə mahnıların qəbulu noyabrın 10-dək davam edir.