Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Yeni kitab tapıntıları
Kişvərinin əlyazması, Hüseyn Cavid və Abdulla Şaiqin isə kitablarının orijinal nüsxələri tapılıb Kitab əski əlifbadan yeni qrafikaya köçürülür
Şənbə, 07.11.2009

Zəminə mətn ölçüsü  

XI-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Nemətullah Kişvərinin Azərbaycan türkcəsi ilə yazdığı divanın avtoqraf nüsxəsi aşkar edilib. Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimovun bildirdiyinə görə, əsər Berlində yaşayan həmvətənimiz, tədqiqatçı Məhəmməd Əli Hüseyni tərəfindən tapılaraq Əlyazmalar İnstitutuna göndərilib:

"Məlum olduğu kimi, indiyədək çox az klassik şairimizin öz əli ilə yazdığı əsəri, yəni əsərlərin avtoqraf nüsxəsi əlimizə çatıb. Əvvəlcə Ağqoyunlular, sonra Səfəvilər sarayına yaxın olmuş Kişvəri həm də mahir xəttat olub, narın nəstəliq xətti ilə gözəl yazılar yazıb. Kişvəri divanının indiyədək üç nüsxəsi - Bakı, Daşkənd, Səmərqənd nüsxələri məlum idi. Tehran kitabxanasında saxlanan nüsxədəki 23 qəzəl digər nüsxələrdə yoxdur".

Onu da qeyd edək ki, bu günlərdə Hüseyn Cavid və Abdulla Şaiq tərəfindən 1919-cu ildə nəşr edilən "Qəvaidi ədəbiyyə" ("ədəbiyyat qaydaları") kitabının orijinal nüsxəsi tapılıb. AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nigar Sadıqzadənin məlumatına görə, sırf təsadüf nəticəsində ortaya çıxan kitab haqqında əvvəllər də ədəbiyyatşünas alimlər məlumat verib:

"Lakin bu məlumatlar dolğun və səhih olmayıb. Orijinal nüsxə tapıldıqdan sonra öyrəndik ki, kitabın nəşr olunmasında əsas məqsəd həmin dövrdə ədəbiyyatşünaslığa aid məlumatların bir topluda cəmlənməsindən ibarət olub". 134 səhifəlik "Qəvaidi ədəbiyyə" müəlliflərin "Bir-iki söz" adlı kiçik müqəddiməsi ilə başlayır. N.Sadıqzadənin bildirdiyinə görə, hazırda əski əlifbadan yeni əlifbaya köçürülən kitab yaxın günlərdə yenidən nəşr olunaraq oxucuların ixtiyarına veriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sumqayıtda Üzeyir bəyə abidə kompleksi

"Cavidlər ayı" qeyd olunur

Bölmənin digər xəbərləri
 
"Bakı gecələri"nin final mərhələsi
Qaliblərin mükafatı gələn ay təqdim ediləcək

Gənc pianoçuların müsabiqəsi və beynəlxalq elmi konfrans
Tədbirlər Qara Qarayev irsini təbliğ məqsədi daşıyır

Naxçıvanda teatr studiyası yaradılıb
Burada gənclər aktyorluq dərsi alır

YUĞ Teatrının aktyoru Polşaya yollanır
Yuğ Teatrının gənc rejissoru Tural Mustafayev Polşanın Krakov Milli Teatrında təcrübə keçəcək.

Azərbaycan "Deboşir" film festivalında təmsil olunacaq
18-22 noyabrda Sankt-Peterburqda XII "Deboşir" Beynəlxalq Film Festivalı keçiriləcək.

BDU-nun tarixindən bəhs edən kitab çap olunub
Bu həftə 90 illik yubileyini qeyd edən ilk ali təhsil ocağımız - Bakı Dövlət Universiteti haqqında kitab nəşr edilib.

Sumqayıt Musiqili Dram Teatrı mövsümünü açıb
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ötən gün mövsümünü açıb.

Azdrama Konya festivalına dəvət alıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında yer alan "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə) tamaşası Türkiyənin Konya şəhərində "Bin nəfəs bir səs" Uluslararası Türkce Tiatro Yapan Ulkeler Festivalına dəvət alıb.

"Mərkəzi Asiya örtükləri" Bakıda
Sərgini Viktoriya və Albert muzeyi təqdim edir

Səttar Bəhlulzadənin yubileyinə müsabiqə
Gənc rəssamlar yarışa dəvət olunur

Sevda Məmmədli: "Sənətə daha çox vaxt ayırsaydım, ..."
Bəstəkar xanım mahnılarını yalnız peşəkarlara etibar edir

Fəxrəddin Manafov Hindistanda filmə çəkiləcək
Filmdə onun qızını "Miss-2008"in qalibi oynayacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər