Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bakıda gizli böyrəkköçürmə əməliyyatları?
Niyə Azərbaycan bu məsələdə ən əlverişli ölkə sayılır?
Şənbə, 07.11.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Bakıda gizli şəkildə böyrəkköçürmə əməliyyatları icra olunduğu barədə söhbətlər gəzir. Tibbi qaynaqlardan əldə etdiyimiz bilgilərə görə, bu əməliyyatları İsraildən gəlmiş həkimlər icra edir. Donorlar kasıb ərəb ölkələrindən, xəstə isə Avropadan gəlir. Bakıda, sadəcə, onlara özəl klinikanın palatası verilir və yerli həkim cərrahiyyə əməliyyatını aparan həkimə assistentlik edir.

Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyində olan tibb ocaqlarının heç birində böyrəkköçürmə əməliyyatları aparılmır.

Bəs niyə Azərbaycan? Bu belə izah edilir ki, bizim ölkəmiz transplantasiya əməliyyatları üçün hüquqi nəzarətin olmadığı ölkələrdən biridir, digər ölkələrdə, özəlliklə Avropada bu məsələ çox ciddi şəkildə reqlamentləşdirilir və işin hüquqi tərəfləri çox ciddi şəkildə tənzimlənir. Digər tərəfdən, xarici həkimlər ölkəmizin özünəməxsus "qaydalarını" mənimsəmişlər: "Azərbaycanda hər şey mümkündür, təki pul olsun".

Yeri gəlmişkən, postsovet ölkələrində orqan köçürmələrinin hüquqi tərəfləri lazımi şəkildə tənzimlənmədiyindən bu məsələ onlarda da aktualdır. Məsələn, Rusiyada bu mövzu yeni çəkilən filmlərdə süjetlər təşkil edir, mətbuatda qalmaqallar, məhkəmə araşdırmaları ilə müşayiət olunur.

...Olduqca müəmmalı xəbər idi. Belə ki, sağlamlıq problemi olan ölkə vətəndaşları bu kimi əməliyyatlar üçün Rusiya, Avropa ölkələri və ya Türkiyəyə üz tuturlar. Yaxud ağır xəstələr özlərini vaxtaşırı olaraq Bakı xəstəxanalarına gələn türkiyəli, rusiyalı və ukraynalı peşəkar həkimlərə göstərirlər.

Təsəvvür edək: böyrəyinin bir tayını yaxşı qiymətə satmaq istəyən donor elektron yazışma ilə Bakıya gəlir. Onu mehmanxanada yerləşdirirlər, xəstə Avropadan gəlir, həkim-professional İsraildən. Donorun pulu onun istədiyi bankın hesabına oturdulur. Donor özəl klinikaya gəlir, burada onun böyrəyi çıxarılır və xəstə bir neçə gündən sonra ayağa durur və Azərbaycandan yola salınır. Pasiyent də bir müddətdən sonra ölkəsinə yola salınır. Bu tibbi biznes tərəfdaşlara yaxşı gəlir gətirir.

Əlimizdə olan bilgiyə görə, bu yaxınlarda gürcüstanlı soydaşımız olan bir pasiyentə Bakı klinikasında böyrəkköçürmə uğursuzluqla nəticələnib və pasiyent həyatını itirib.

Tanış həkim danışır: Bir yaxın adamım zəng vurub nə desə yaxşıdır? Onunla işləyən xidmətçi qadın ailəsinin ehtiyaclarını ödəmək üçün böyrəyinin birini satmaq istəyir və müştəri axtarır, ona varlı müştəri tapmaqda kömək etmək lazımdır.

Adam bu qəribə xahişə təəccüblənmiş həkimə deyib ki, bunda qeyri-adi heç nə yoxdur, Bakıda bu kimi əməliyyatların aparıldığı artıq sirr deyil.

Şəhərdə bu qeyri-leqal tibbi bizneslə əlaqəsi olan və yüksək texnoloji imkanlara malik iki özəl tibb mərkəzinin adı çəkilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yalçın Rzazadə "Acıbadem" klinikasına yerləşdirildi

İlkin Nəzərov: Səhiyyə xərclərində dövlətin payı çox aşağıdır - cəmi 25 faiz

Rəqsanə 7-ci plastik əməliyyata hazırlaşır

Rəqsanə Röyanı təkrarlayacaq

Elizabet Teylor ürəyindən əməliyyat olunub

Bölmənin digər xəbərləri
 
Fizika və riyaziyyatda gəldiyimiz nöqtə
Azərbaycanda bu elmlərin 1996-2007-ci illərdəki inkişaf dinamikası nəyi üzə çıxarır?

Veronika Afanasyeva qədim Şumerdən danışırdı
Rusiyalı alimin elmi konfransları bizim bəzi "şumerşünaslar" üçün çox yerində oldu

Hərbi pensiya sistemində dəyişiklik zəruridir
Ekspertlər qanundakı çatışmazlıqlardan danışırlar

"Binəqədiqaz" prezidentin fərmanını icra etmir
Qaz təchizatı fərdi deyil, yenə də ümumi dayandırılır

"Donuz qripi" artıq aramızdadır...
Bu virus bir nəfərdə aşkarlandı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər