Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
"Donuz qripi" artıq aramızdadır...
Bu virus bir nəfərdə aşkarlandı
Şənbə, 07.11.2009

A.Əhmədova mətn ölçüsü  

Azərbaycanda da bir nəfərdə "donuz qripi" virusu aşkarlandı. Beləliklə, "donuz qripi" artıq aramızdadır. Bunu gözləmək olardı, çünki bu qripin yayıldığı ölkələrin əhatəsindəyik. Qonşu Rusiya, Türkiyə və Gürcüstanda bu virusun daşıyıcıları var. Bakıda artıq maskalı gənclərə rast gəlinir.

Kürdəmirdə yaşayan qadın "donuz qripi"nin tüğyan etdiyi Ukraynadan gəlib. Xəstə hazırda Ağciyər Elmi-Tədqiqat İnstitutunda müalicə edilir və həkimlər onun vəziyyətini kafi qiymətləndiriblər.

Məlumat üçün: Rusiyada H1N1 virusundan ölənlərin sayı 10-a çatıb. Həlak olanların yaş həddi 20-53 arasındadır. Ölüm hallarının 8-i Trans-Baykal bölgəsində, 1-i Moskva, 1-i isə Krasnoyarskda qeydə alınıb. Bu səbəbdən Trans-Baykal bölgəsində əhalinin maska taxması vacib hesab olunub. Maska taxmayanlar 500-1000 rubl arasında cərimə olunacaqlar. RF SN-in yaydığı məlumatda 2 minə yaxın insanın xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Rusiya baş nazirinin müavini Viktor Zubkov bildirib ki, hökumət "donuz qripi"nə qarşı vaksin istehsalı məqsədilə 4 milyard rubl ayıracaq. Rusiya mətbuatının yazdığına görə, vaksin istehsalına dair qərar bir neçə gündən sonra təsdiqlənəcək. Aparılan sorğudan məlum olub ki, əhalinin 94 faizi virus haqda məlumatlıdır, vətəndaşların yarıdan çoxu isə virusa yoluxmaqdan ehtiyatlanır. "Donuz qripi"nə qarşı kütləvi vaksinasiyaya dekabrın 1-dən başlamaq qərara alınıb. İlk mərhələdə səhiyyə işçiləri və tibb fakültələrinin tələbələri vaksinasiya ediləcək.

REKLAM

İkinci mərhələdə vaksinasiya 30 milyon əhali - müəllimlər, məktəblilər, nəqliyyat və rabitə, DİN və FHN işçiləri, hamilə qadınlar arasında aparılacaq.

Gürcüstanda pandemiya gələn ilin yanvarında gözlənir. Bu barədə Gürcüstanın səhiyyə naziri Aleksandr Kvitaşvili deyir. Ölkədə 27 virusa yoluxma faktı laborator təsdiqini tapıb. Onlardan 25-i virusa xaricdə yoluxub. Virusa yoluxanların hamısı (2 nəfər istisna olmaqla) sağalaraq evə buraxılıb.

Türkiyəyə gələk: virusdan ölənlərin sayı getdikcə artır. Noyabrın 2-də İstanbul xəstəxanalarından birində müalicə olunan 13 yaşlı qız vəfat edib. "Donuz qripi" virusundan daha bir ölüm hadisəsi paytaxt Ankarada qeydə alınıb. 65 yaşlı qadının da "donuz qripi"ndən öldüyü bildirilir. Bununla da Türkiyədə virusdan ölənlərin sayı 15-ə çatıb. Vəziyyəti daha ağır olan 8 nəfərin isə müalicəsi davam etdirilir. Ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, virusa yoluxanların ümumi sayı 1800 nəfər təşkil edir. Lakin statistika həqiqəti əks etdirməyə də bilər. "Cumhuriyyət" qəzetinin yazdığına görə, noyabrın 3-dən ölkədə kütləvi vaksinasiyaya başlanıb. İlk mərhələdə tibb işçiləri və Həcc ziyarətinə yollananların peyvəndlənməsi həyata keçirilir. İkinci mərhələdə vaksinasiya məktəblilər və tələbələr arasında aparılacaq. Dekabr ayında ölkəyə daha 1 milyon vaksinin gətiriləcəyi bildirilir.

Türkiyədən virusun Naxçıvana adlama təhlükəsi var. Sərhəddə profilaktik tədbirləri gücləndirmək barədə müvafiq orqanlara tapşırıqlar verilib. MR-də İran və Türkiyə ilə gömrük-keçid məntəqələrində, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanında tibbi nəzarət gücləndirilir.

Peyvənd etdirək, etdirməyək?

ÜST isə AH1N1 pandemik qripi əleyhinə vaksin təchizatını artırmaq qərarına gəlib. Təşkilat Azərbaycana vaksinlərin göndəriləcəyini bəyan etsə də, həcmini açıqlamayıb. ÜST-nin Azərbaycan nümayəndəliyinin layihə koordinatoru Elxan Qasımov bildirib ki, təşkilat respublikamıza hansı miqdarda vaksin göndərəcəyini dəqiqləşdirməyib. Onun söylədiyinə görə, hazırda bununla bağlı Səhiyyə Nazirliyi ilə yazışmalar gedir.

SN sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə deyib ki, ÜST lazımi miqdarda vaksin istehsal edə bilmir, buna görə də vaksin Azərbaycana hissə-hissə gətiriləcək. V. Qasımov vaksinlərin ilk növbədə xəstələrlə daim təmasda olan həkimlərə, sərhəd, gömrük məntəqələrində işləyən şəxslər, beynəlxalq uçuşları həyata keçirən şirkətlərin nümayəndələrinə vurulacağını söyləyib. Bundan sonra, uşaqlar, orta məktəb şagirdləri vaksinasiya olunacaq. Vaksinlərin birinci hissəsi noyabrda paylanacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Son iki ay yarımda 95 nəfər şübhəli qrip virusuna görə müayinədən keçirilib

Virusu qarşılamağa ciddi hazırlıq görülüb

"Donuz qripi"nin dalğası planeti bürüyüb

"Donuz qripi"nə qarşı vaksin sınaqdan çıxmadı

ÜST öpüşməyi və qucaqlaşmağı tövsiyə etmir

Bölmənin digər xəbərləri
 
Fizika və riyaziyyatda gəldiyimiz nöqtə
Azərbaycanda bu elmlərin 1996-2007-ci illərdəki inkişaf dinamikası nəyi üzə çıxarır?

Veronika Afanasyeva qədim Şumerdən danışırdı
Rusiyalı alimin elmi konfransları bizim bəzi "şumerşünaslar" üçün çox yerində oldu

Hərbi pensiya sistemində dəyişiklik zəruridir
Ekspertlər qanundakı çatışmazlıqlardan danışırlar

"Binəqədiqaz" prezidentin fərmanını icra etmir
Qaz təchizatı fərdi deyil, yenə də ümumi dayandırılır

Bakıda gizli böyrəkköçürmə əməliyyatları?
Niyə Azərbaycan bu məsələdə ən əlverişli ölkə sayılır?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər