Hərbi pensiya sistemində dəyişiklik zəruridir
 |
Ekspertlər qanundakı çatışmazlıqlardan danışırlar
Şənbə, 07.11.2009
|
|
"Ayna" və "Zerkalo"nun "Ordunun Aynası" əlavəsinin son sayında dərc olunmuş "Ordu böyük dəyişikliklər ərəfəsində" məqaləsində hərbi pensiya sistemində ehtimali dəyişikliklər əksini tapmışdı və bu məsələ həftə ərzində ictimaiyyətin diqqət mərkəzində saxladığı mövzulardan biri oldu. Bu məqalədə qarşıdakı dönəmdə hərbi pensiya sistemində islahatlar aparıla biləcəyindən, yeni qaydaların tətbiqi mümkünlüyündən danışılmışdı.
Dövlət Sosial Müdafiə Fondu həftənin əvvəlində qeyd edilən mövzuya reaksiya verdi. Fondun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev redaksiyamıza göndərilən elektron məktubunda qeyd edilən yazıda hərbi təqaüdçülərə təqaüdlərin verilməsində yeni qaydaların tətbiqinə başlanacağı haqda fikirləri "həqiqətdən uzaq" adlandırdı: "Bəyan edirik ki, hərbi təqaüdlərin verilməsində yeni qaydaların tətbiqi nəzərdə tutulmur və bununla bağlı hər hansə araşdırma, müzakirə belə aparılmır".
"Ayna" əməkdaşının apardığı araşdırmalar maraqlı nəticələri üzə çıxardı. Bəlli oldu ki, həqiqətən də Azərbaycanın hərbi pensiya sistemində ciddi təkmilləşdirilmələrə ehtiyac var və hökumət gec-tez buna gedəcək. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin gəldiyi nəticələrə görə, ümumi pensiya islahatlarının aparıldığı bir vaxtda hərbi pensiya sistemində heç bir dəyişikliyin olmaması və ya gecikdirilməsi fəsadlar yaradır. Mərkəz hesab edir ki, son illər orduda baş vermiş problemlərin bir hissəsi məhz pensiya sisteminin düzgün işləmədiyi ilə bağlıdır.
"Doktrina" hesab edir ki, sosial ədalət prinsipinin bərqərar olunması baxımından hərbi sahədə pensiya islahatları zəruridir. "Zabitin yaşı, tutduğu vəzifə, xidmət dövrü, rütbəsi, xidmət şəraiti, xidmət fəallığı və s. nəzərə alınaraq, ona pensiya kəsilməlidir. Əgər Silahlı Qüvvələrin NATO standartlarına keçidi məqsəddirsə, onda sosial təminat məsələlərinə xüsusi diqqət yetirilməlidir". Mərkəz bildirir ki, zabitlərin təqaüdlərinin miqdarı sosial ədalətlilik prinsipi əsasında müəyyən olunmalıdır və hərbi rəhbərliyin bu prosesə müdaxiləsi yolverilməzdir.
Hərbi pensiya sistemində hansı dəyişikliklər olmalıdır?
Hərbi pensiya məsələləri ilə bağlı bir neçə məhkəmə çəkişməsində iştirak etmiş və hazırda bu problemlərin araşdırılması ilə məşğul olan "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərlinin fikrincə, hərbi qulluqçularən pensiya təminatı ilə əlaqədar qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. O deyir: "Buna zərurət çoxdan yaranıb. Çünki "Hərbi qulluqcularən pensiya təminatı haqqında" qanun sovet vaxtından qalma qanunun Azərbaycan dilinə tərcüməsidir. Orada əksini tapan bir çox məqamlar reallığa uyğun gəlmir".
Y.Cəfərli dəyişdirilməsi vacib olan bir neçə məqamı sadalayır:
- birincisi, xidmət müddəti ilə bağlı məsələləri konkretləşdirmək lazəmdır. Bir neçə il öncə bu istiqamətdə qanunvericilikdə dəyişiklik oldu. Əvvəllər 20 il xidmət müddətinə malik hərbi qulluqçular pensiya almaq hüququ qazanırdı.
Bu müddətin təqvim üzrə və ya güzəştlə (cəbhə xəttindəki hərbi hissələrdə xidmət zamanı 1 ilin 3 ilə bərabər tutulması) olması fərq etmirdi. Amma bir müddət öncə aparılan dəyişikliklərdən sonra sırf təqvim ili üzrə xidmət müddətinin nəzərə alınaraq pensiya təyin olunması qanuna salındı və maraqlı budur ki, bu qanun hamıya - həm yeni hərbi xidmətə başlayana, həm də uzun illər orduda xidmət edərək təqaüdə çıxmağa hazərlaşanlara şamil edildi. Bununla da Konstitusiyanın müvafiq maddələri - bərabərlik huququ pozulmağa başladı. Bu dəyişikliyin tətbiqi ciddi fəsadlar törətdi. Dəyişikliklər tətbiq olunana qədər 20 təqvim ilinə malik, güzəştli illərə malik olmayan hərbi qulluqçular pensiya almaq hüququ qazanırdılarsa, yeni dəyişikliklərdən sonra, misal ücün, 18 il xidmət müddətinə, 40 il güzəştli xidmətə malik hərbi qulluqçular pensiya ala bilmədi. Qeyri-bərabərlik məhz bundan ibarətdir. Hesab edirəm ki, həmin dəyişikliklərin tətbiqindən irəli gələn fəsadları aradan qaldırmalıyıq. Elə etməliyik ki, bərabərlik huququ pozulmasın;
- ikincisi, hərbi qulluqçuların pensiya almaq hüququnun tətbiqi zamanı xidmət illəri nəzərə alınanda son dəyişiklik düzgün tətbiq edilmədi və səhvlərə yol verildi. Səhvlərdən biri: qanunvericilikdə göstərilir ki, zabit 10 il həqiqi hərbi xidmət keçdikdən sonra öz arzusu ilə ehtiyata buraxıla bilər. Düşünürəm ki, bunu əsas götürərək elə etməliyik ki, 10 il həqiqi hərbi xidmət keçmiş zabitin pensiya almaq huququ olsun. İndiki halda təqvimlə 10 il xidmət edən və 10 il də güzəştli xidmətə malik hərbçilər pensiya ala bilmir, dövlət qulluqçuları isə 5 il müddətindən sonra pensiya almaq hüququna malik olur. Hesab edirəm ki, hərbi qulluqçu 10 il xidmət edibsə və səbəbindən asılı olmayaraq (hətta öz arzusu ilə) ehtiyata buraxılırsa, ona müəyyən miqdar, tutaq ki, 25 faiz həcmində pensiya verilməlidir;
- üçüncü çox vacib amil: "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanunda göstərilir ki, hərbi qulluqçunun 12,5 təqvim ili ilə Silahlı Qüvvələrin sıralarında, 12,5 il də mülki vəzifələrdə əmək stajı varsa və 50 yaşı tamam olursa, onda həmin şəxsə Müdafiə Nazirliyi xətti ilə hərbi pensiya təyin edilə bilər. Bunun özü də bir anormallıqdır. Tutaq ki, vətəndaş 18 yaşından əmək fəaliyyətinə başlayıbsa, o, qeyd etdiyim yolla 43 yaşında pensiya əldə etmək hüququna malikdirsə, onda qanunvericiliyə görə, 7 il gözləməlidir ki, ona pensiya təyin edilsin. Bəs vətəndaş 50 yaşına qədər nə etməlidir? Niyə 50 yaş? Bunun özü də çox ciddi fəsaddır və bu da aradan qaldırılmalıdır. Yaşı gözləmək lazım deyil və vətəndaşa pensiya verilməlidir. Biz təbii ki, orduda xidmətin 12,5 il müddətinə də qayıtmalıyıq və bu müddət 10 ilə endirilməlidir;
- dördüncüsü, son illərdə aparılmış dəyişikliklərə görə zabitlərin həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 3 il uzadılıb. Bunun da məntiqi anlaşılmır. Zabit çatışmazlığı əsas gətirilərək belə bir addım atılması düzgün deyildi;
- beşincisi, pensiyalar təyin olunarkən ciddi nöqsanlara yol verilir. Dünyanın bir çox ölkəsində pensiya hərbi qulluqçunun vəzifə maaşı üzərində hesablanır və pensiyanın faiz göstəriciləri də məhz bununla bağlı həyata keçirilir. Amma Azərbaycanda hərbçilərin tərxisi zamanı onların vəzifə məvacibləri ilə yanaşı, rütbə ödəmələrindən də çıxılır və hərbçi üçün pensiya məbləği yaradılır. Fikrimcə, bu məsələdə təkmilləşdirilmə aparılmalıdır. Yalnız vəzifə maaşı o hesablamalara aid edilə bilər, qalan digər ödənişlərə toxunulmamalıdır.
"Kimsə pensiya hesablamalarına müdaxilə etməməlidir"
Y.Cəfərli pensiya təyini məsələsində yuxarı rəhbərliyin tabeliyində olanlara qarşı şəxsi-qərəzliyi məsələsini problematik hesab edir. Onun sözlərinə görə, bilərəkdən həyata keçirilən bu addım çox zabitlərin başına gəlib. "Hər hansı vəzifəli şəxs öz səlahiyyətlərindən sui-istifadə edərək kiməsə qarşı qərəzli mövqedədirsə, həmin zabiti əvvəlcə aşağı vəzifəyə təyin edir..
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Orduda rotasiya problemi
Ermənistan ordusunun çağırışçı problemi
Mediaya "farağat" komandası?
|
|
|