Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Veronika Afanasyeva qədim Şumerdən danışırdı
Veronika Afanasyeva qədim Şumerdən danışırdı
Rusiyalı alimin elmi konfransları bizim bəzi "şumerşünaslar" üçün çox yerində oldu
Şənbə, 07.11.2009

mətn ölçüsü  

Yetmişinci illərdən bəri Azərbaycanda alim və ya qeyri-alim - bir silsilə müəllif qədim Şumer dilinə və tarixinə böyük həssasiyyət göstərir, qədim şumerləri prototürklərlə bağlamağa böyük həvəs var. Onlar ayrı-ayrı süjetlərdən, motivlərdən, adlardan və s. yapışaraq bu bağlantını sübut etməyə çalışırlar. Bu adamlar hardasa naməlum uçan obyektlərdən (NUO) yazanları xatırladır. Yəni qeyri-ciddilik, qeyri-inandırıcılıq çoxdur bu yazılarda, kitablarda. Amma dünya çapında qədim Şumer dilini öyrənmiş, buna bir ömür həsr etmiş pasionar alimlər var. Azərbaycanda biz biləni bir neçə mütəxəssis Rusiya təhsilləri çərçivəsində bu dili öyrənmişlər və İkiçayarasının (indiki İraq torpaqları) qədim mədəniyyəti sahəsində mütəxəssislər kimi qəbul olunurlar.

Rusiyada şumerologiyanın dünya elmində qəbul olunan isimlərindən biri Veronika Konstantinovna Afanasyeva (1933) sayılır və bu nüfuzlu alim bu həftə Xəzər Universitetində ənənəvi elm məclisi çərçivəsində "Şumer bəşəriyyətin ən qədim mədəniyyətidir" adlı iki elmi konfrans keçirdi. Söylədikləri rəngli slaydlarla müşayiət olunur və fikirlərini son dərəcə anlaşıqlı bir şəkildə təqdim edirdi. Bu konfransların gedişində maraqlı polemikaları izləməli olduq.

Veronika Afanasyeva Sankt-Peterburq Şəqşünaslıq İnstitutunda çalışır və Ermitajın elmi əməkdaşıdır. Şair, şumer və akkad dillərindən tərcüməçi, tarix elmləri doktorudur. "Qilqameş və Enkidu. Epik obrazlar incəsənətdə" (1979), "Qartal və ilan İkiçayarasının təsviri sənətində və ədəbiyyatında" (2007) kimi fundamental əsərlərin müəllifidir.

Bölgənin bu iki qədim xalqının dillərindən himnləri, duaları, ağıları, epik əsərləri ("Qilqameş və Aqqa", "Qilqameş və Xuvava", "İnannanın aşağı dünyaya enməsi", "Qilqameş, Enkidu və aşağı dünya", "Enki və Ninxursaq", "Laxar və Aşnan") tərcümə edib. "Başlanğıcın başlanğıcı. Şumer poeziyası antologiyası" (1997) əsərinə görə RF-in ədəbiyyat və incəsənət sahəsində Dövlət Mükafatına layiq görülüb.

Qısa desək, məsələ belədir: şumerlər bu bölgədə 5 min il öncə yaşayıblar. S.N.Kramer demiş, "tarix Şumerdə başlanır". Onlar Aralıq dənizi-Qafqaz irqinə aid idilər, mixi yazıları, dulus çarxını kəşf etmiş, inşaatı, kərpic bişirməyi, hüquq, məktəb təhsil sistemini yaratmışlar və s. Şumerlər ədəbiyyyatlarını yazıya alıblar. Mixi yazılı bu gil lövhəciklər əldədir və demək olar, oxunmuşdur. Bəlli olub ki, şumer dili öz quruluşuna görə dünyanın "ölü" və "diri" dillərindən heç birinə bənzəmir. Akkad dili isə semit dilləri ailəsinə mənsubdur. Sonralar şumerlər akkadlarla qaynayıb-qarışmış və onların dili aradan çıxmışdır. Şumer dilinin fonetikası tam aydınlaşdırılmayıb, deməli, leksika və morfologiyası da tam müəyyən edilə bilməz. Dünya alimləri hələ də bu məsələ üzərində baş sındırırlar və açılması gərəkən çoxlu məqamlar mövcuddur. Bizim bəzi müəlliflər Şumer mətnlərində bir sıra sözlərin arxaik türkcədəki bəzi sözlərlə üst-üstə düşməsini əsas götürüb iddia edirlər ki, şumerlər prototürklərin ulu babalarıdır. Lakin şumercədəki bu sözlərin fərqli fonetik oxunuşları da var. Onlardakı bir sıra obrazlar sonra bütün dünya xalqlarının mifologiyasına köç edib. Məsələn, təpəgöz obrazı. Yəni heç nədə birmənalı hökm vermək asan deyil. Bir çox qədim xalqların və irqlərin bugünkü varislərinin də şumerlərə iddiaları var.

...Bəlli olur ki, hər il İstanbulda dünyanın hər yerindən gəlmiş şumeroloqların simpoziumu keçirilir və Türkiyə şumeroloqları Azərbaycanda bir sıra müəlliflərin şumerlərdən "bərk yapışdıqlarına" təəccüblənirlər. Bunun belə bir izahı verildi ki, bunlar əksərən elmdən uzaq, elmin böyür-başında hərlənən adamlar, müəllimlər və sairdir. Onların heç biri qədim şumer dilini öyrənməyiblər və öyrənmək də istəmirlər, amma bu barədə "söz" demək iddiasına düşür, hətta "kitablar" yazırlar.

Mənə görə, Veronika Afanasyevanın bu iki konfransı bizim bəzi "şumerşünaslar" üçün çox yerində olan "master-klas"lar idi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Xəzər-Lənkəran" Avstriyaya getdi

Rusiya Bakıya raket gəmisi göndərir

Xəzər regionunda terror təhlükəsi daha da artıb

Cənub katerlər divizionunun analoqu şimalda

Tələbə müəlliminə dərs verdi

Bölmənin digər xəbərləri
 
Fizika və riyaziyyatda gəldiyimiz nöqtə
Azərbaycanda bu elmlərin 1996-2007-ci illərdəki inkişaf dinamikası nəyi üzə çıxarır?

Hərbi pensiya sistemində dəyişiklik zəruridir
Ekspertlər qanundakı çatışmazlıqlardan danışırlar

"Binəqədiqaz" prezidentin fərmanını icra etmir
Qaz təchizatı fərdi deyil, yenə də ümumi dayandırılır

"Donuz qripi" artıq aramızdadır...
Bu virus bir nəfərdə aşkarlandı

Bakıda gizli böyrəkköçürmə əməliyyatları?
Niyə Azərbaycan bu məsələdə ən əlverişli ölkə sayılır?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər