Hal-hazırda Ayna qəzetinin 07.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Fizika və riyaziyyatda gəldiyimiz nöqtə
Azərbaycanda bu elmlərin 1996-2007-ci illərdəki inkişaf dinamikası nəyi üzə çıxarır?
Şənbə, 07.11.2009


Fikrət ƏLİYEV, akademik Şahin AĞAYEV, Qəmər MƏMMƏDO
mətn ölçüsü  

Fizika və riyaziyyat kimi fundamental elmlərin inkişaf səviyyəsinin, bu elmlərdəki vəziyyətin dəyişmə dinamikasının təhlili hər bir ölkədə bütövlükdə elmin mövcud durumu və perspektivləri haqda fikir yürütməyə imkan verir. Şübhəsiz, bu fakt bütün təbiət və texniki elmlərin fizika və riyaziyyatın nailiyyətləri və metodlarından birbaşa bəhrələnməsi ilə izah olunmalıdır. Belə ki, texniki fənlərdə istifadə edilən hesablanma üsulları, təbiət elmlərində tətbiq olunan avadanlıq və tədqiqat metodları mahiyyət etibarilə fizika və riyaziyyatın əldə etdiyi nəticələrin praktikada tətbiqindən başqa bir şey deyil. Bu baxımdan Azərbaycanda fizika və riyaziyyat elmlərinin indiki vəziyyətinin, onların müəyyən zaman kəsiyində inkişafındakı meyillərin araşdırılması elmimizin gələcəyini proqnozlaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası prezidentinin 4 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"sı, bu sənəddə nəzərdə tutulan islahatlar proqramı belə analizin əhəmiyyətini xeyli dərəcədə artırır. Məlumdur ki, Milli Strategiyanın əsas vəzifəsi elmimizin qarşısında duran problemlərin tez və effektiv şəkildə həllinə nail olmaq, elmin idarə olunmasının, maliyyələşdirilməsinin, mütəxəssis hazırlığını beynəlxalq standartlara uyğunlaşdırmaqdır. İstənilən problemin həlli isə ilk növbədə onun hərtərəfli araşdırılmasından başlayır. Yalnız qərəzsiz, subyektiv faktorlardan maksimal dərəcədə uzaq olan təhlil gələcəkdə qəbul ediləcək qərarların səmərəliliyinə zəmanət verə bilər.

İxtiyari elm sahəsinin, elmdaxili istiqamətlərin vəziyyətini müxtəlif metodlarla araşdırmaq mümkündür. Məsələn, fizika və riyaziyyatın inkişaf dinamikasını öyrənmək məqsədilə bu sahələr üzrə elmi dərəcəli mütəxəssislərin sayını, onun dəyişmə dinamikasını araşdırmaq mümkündür. Bu məqalədə qəbul edilmiş qiymətləndirmə sistemi başqa meyarlara söykənir. Belə ki, apardığımız araşdırma fizika və riyaziyyat üzrə 1996-2007-ci illəri əhatə edən dövrdə beynəlxalq jurnallarda çap olunmuş elmi məqalələrin, bu məqalədə verilmiş istinadların təhlilinə əsaslanır. Hesab edirik ki, beynəlxalq jurnallarda çap olunmuş və deməli, beynəlxalq səviyyədə ekspert rəyindən keçmiş elmi əsərlər fizika və riyaziyyatda formalaşmış vəziyyətin daha gerçək mənzərəsini yaradır.

Araşdırmalar üçün tələb olunan informasiyanı beynəlxalq məlumat bazalarından əldə etmək olar. Beynəlxalq praktikada elmin müəyyən sahələri üzrə ixtisaslaşan məlumat mənbələri mövcuddur. Onlardan istifadə etməklə hər bir alimin məqalələri, bu məqalələrdə verilmiş istinadlar haqda məlumat əldə etmək mümkündür. Riyaziyyat sahəsində Amerika Riyaziyyat Cəmiyyətinin MathSciNet (American Mathematical Society, www.ams.org), Avropa Riyaziyyat Cəmiyyəti və Almaniya Universitetlərinin birgə saytı Zentralblatt MATN (www.zentralblatt-math.org/zmath/en), nüvə və yüksək enerjilər fizikası istiqamətində ABŞ-ın Stenford Universitetindəki "Stenford Xətti Sürətləndirici Mərkəzi"nin (SLAC) (Stanford Linear Accelerator Center, www.slac.stanford.edu) bazaları belə məlumat mənbələri rolunu oynaya bilər. Üstünlüklərinə baxmayaraq, konkret sahə və istiqamətlərə görə ixtisaslaşan məlumat bazaları müxtəlif prinsiplər əsasında tərtib olunur.

REKLAM

Məsələn, əgər MathSciNet yalnız Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən tanınan jurnallardakı məqalələri və istinadları nəzərə alsaq, SLAC hətta çap olunmamış, elektron arxivdə yerləşdirilmiş məlumatları da qeyd edir. Nəticədə, MathSciNet-dən riyaziyyatın müəyyən istiqaməti və riyaziyyatçı alim haqda əldə olunmuş məlumat SLACın fizika üzrə və fizika barədə verdiyi məlumata ekvivalent sayıla bilməz. Ona görə də, bu məlumatları müqayisə etmək düzgün olmazdı. Elm sahələrinin müqayisəli analizini aparmaq üçün informasiya eyni mənbədən götürülməlidir.

Belə məlumat mənbələrindən ən mötəbəri Tomson Röyters Agentliyinin Elmi İnformasiya İnstitutunun (ISI) hesabatlarıdır (Thomson Reuters, www.thomsonreuters.com). Tomson Röyters tərəfindən indekslənən və elmin bütün sahələrini əhatə edən təxminən 8000 elmi jurnal, burada çap olunmuş məqalələr müqayisəli təhlil aparmağa imkan verir. Lakin Tomson Röyters jurnalların keyfiyyətinə sərt tələblər qoyur. Belə yüksək səviyyəli jurnallarda çap olunmaq isə kifayət qədər çətin məsələdir. Azərbaycanda elmin indiki vəziyyətində yalnız ISI jurnallarındakı məqalələrə istinadən nəticə çıxarmaq, fikrimizcə, hələ tezdir. Məhz bu səbəbdən, biz Tomson Röytersdən daha çox jurnal və konfrans materiallarına əsaslanan SCOPUS bazasından (SCOPUS, www.info.scorus.com) istifadə edəcəyik. Qeyd etmək yerinə düşər ki, Tomson Röyters və SCOPUS məlumat bazalarından elmi jurnalların qiymətləndirilməsi zamanı (F.Ə.Əliyev, Ş.S.Ağayev, Elmi nəşrlərin qiymətləndirilməsi: mövcud vəziyyət və perspektivlər, "Elm" qəzeti, N1-2, 21 yanvar 2009) və Azərbaycanda elmin prioritet sahələrini müəyyən edərkən (F.Ə.Əliyev, Ş.S.Ağayev, Azərbaycanda elmin prioritetləri, "Elm" qəzeti, N25-26, 31 avqust 2009) istifadə edilmişdir.

SCOPUS elmin bütün sahələrinə həsr edilmiş və məqalələri hərtərəfli rəy prosesindən keçən 16500 jurnal, 350 kitab seriyası, konfrans materialları əsasında formalaşan informasiya bazasıdır. Bizdə olan məlumata görə, SCOPUS bazasında respublikamızdan "Azərbaycan Tibb Jurnalı" qeydiyyatdan keçib. 2009-cu ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, BDU-nun Tətbiqi Riyaziyyat ETİ və Milli EA tərəfindən birgə nəşr edilən beynəlxalq "Arrlied and Comrutational Mathematics" jurnalı da SCOPUSda qeydiyyata düşüb. Lakin bu jurnalın məqalələri müvafiq hesabatlarda yalnız gələn ildən nəzərə alınacaq. Başqa sözlə, fizika və riyaziyyat üzrə aparılacaq analizə ölkə daxilində çap olunmuş elmi məqalələrin heç bir təsiri ola bilməz.

İspaniya Universitetlərinin təsis etdiyi SCIMAGO tədqiqat qrupu SCOPUS məlumat bazasına əsaslanaraq maraqlı nəticələr əldə etmişdir (SCIMAGO grour, www.scimagoyr.com). Qrupun hazırladığı hesabatda 233 ölkənin, 10 regionun elmin bütün sahələri və istiqamətləri üzrə 1996-2007-ci illəri əhatə edən nəticələri toplanıb. Sənəddən istifadə etməklə ölkələrin, regionların ayrılıqda və ya müqayisəli analizini aparmaq mümkündür. Azərbaycan Şərqi Avropa regionuna daxil edilib. Bu regiona Azərbaycandan başqa Rusiya, Ukrayna, Belarus, Moldova, keçmiş SSRİ-nin Baltikyanı və Cənubi Qafqaz ölkələri də daxil olmaqla, cəmi 23 ölkə aiddir. Sənəddə 12 il ərzində Azərbaycan alimlərinin fizika üzrə toplam 711 məqaləsi, riyaziyyat üzrə isə 291 məqaləsi qeydə alınıb. Bu nəticələrə istinad etsək, fizikadakı durumun riyaziyyata nisbətən daha yaxşı olduğunu görərik. Əlbəttə, bu zaman fizika sahəsində çalışan alimlərin sayı və aparılan tədqiqatların xarakteri də nəzərə alınmalıdır.

Fizika və riyaziyyat sahələrində çap olunmuş elmi işlərin illər üzrə paylanması maraqlı nəticələr çıxarmağa imkan verir. 1-ci şəkildə sahələr üzrə çap olunmuş elmi məqalələrin dəyişmə dinamikası göstərilib. (* - fizika, + - riyaziyyat). Şəkildən görünür ki, riyaziyyat üzrə işlərin illərə görə paylanması daha sabitdir və sahə 2003-cü ildən başlayaraq yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın rəqəmsal göstəricisi isə belədir: baxılan zaman kəsiyinin son ilindəki (2007) məqalə sayı ilk ildəki (1996) saydan 1,5 dəfə çoxdur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Türk Dünyası riyaziyyatçılarının növbəti konqresi Bakıda keçiriləcək

Bölmənin digər xəbərləri
 
Veronika Afanasyeva qədim Şumerdən danışırdı
Rusiyalı alimin elmi konfransları bizim bəzi "şumerşünaslar" üçün çox yerində oldu

Hərbi pensiya sistemində dəyişiklik zəruridir
Ekspertlər qanundakı çatışmazlıqlardan danışırlar

"Binəqədiqaz" prezidentin fərmanını icra etmir
Qaz təchizatı fərdi deyil, yenə də ümumi dayandırılır

"Donuz qripi" artıq aramızdadır...
Bu virus bir nəfərdə aşkarlandı

Bakıda gizli böyrəkköçürmə əməliyyatları?
Niyə Azərbaycan bu məsələdə ən əlverişli ölkə sayılır?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər