Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Ədliyyə Nazirliyi RATİ-də yoxlamalara başlayır
Bu QHT-nin fəaliyyəti araşdırılacaq
Şənbə, 31.10.2009

İ.Abbasov mətn ölçüsü  

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Ədliyyə Nazirliyinin təşkilatda qəflətən yoxlamalara başlamasını hökumətin QHT-lərə qarşı yeni təzyiq kampaniyasının başlanğıcı kimi qiymətləndirir. Bu barədə RATİ-dən "Ayna"ya daxil olan bəyanatında deyilir.

RATİ bəyanatında beynəlxalq demokratik ictimaiyyətə müraciət edir. Hesab edir ki, bu cür hədələyici tərzdə əsassız və yersiz yoxlamalara başlamaq hökumətin müstəqil QHT-yə qarşı dözümsüzlüyünün bariz nümunəsidir. Onlar hökuməti müstəqil QHT-lərə qarşı dözümlü olmağa çağırırlar.

Srağagün ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşları saat 12.30-da RATİ-nin ofisinə zəng edərək, saat 15.00-da yoxlama üçün gələcəklərini bildiriblər. Öz növbəsində RATİ əməkdaşları ƏN əməkdaşına bildiriblər ki, təşkilatın sədri Emin Hüseynov Rumıniyada keçirilən QHT forumunda iştirak edir və yalnız noyabrın 1-də qayıdıb onların suallarını cavablandıra bilər. Buna baxmayaraq, ƏN əməkdaşları Səbinə Salmanova və Günel Həmidli elə həmin gün yoxlama məqsədi ilə gəliblər. Onlar RATİ-nin fəaliyyətinin nizamnaməyə və qanunvericiliyə uyğunluğunu öyrənmək fikrində olduqlarını demişlər.

RATİ-nin bu bəyanatına ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov biganə qalmayıb. "Mediaforum"un məlumatına görə, M.Soltanov bildirib ki, hələ RATİ-də yoxlamalara başlanmayıb. Amma yoxlamalar mütləq olacaq. M.Soltanov RATİ-ni yoxlamalar barədə mətbuata məlumat yaymasını və bəyanat verməsini qınayıb və təşkilatın ünvanına ittiham səsləndirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orduda total yoxlamalar başlanır

SMDT Ədliyyə Nazirliyini məhkəməyə verdi

Doğuş həyat yoldaşını boşayır

Orduda Ali İnspeksiya İdarəsi yaradılır

İran prezidentinin müşaviri talışlardan kitab yazıb

Bölmənin digər xəbərləri
 
Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib
İşlər yenidən apellyasiya instansiyasına qaytarılıb

Uryanoba və Xraxoba sakinləri Azərbaycan vətəndaşı oldular
Bu kəndlərdə torpaq islahatı aparılacaq

Xalq şairi Zəlimxan Yaqubun xəstə böyrəyi çıxarılıb
Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun üzərində cərrahiyyə əməliyyatı başa çatıb.

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var
Azərbaycanda 2 min 140 nəfər HİV infeksiyasına yoluxub. Onlardan 260 nəfəri dünyasını dəyişib.

Bələdiyyələr uğrunda 26 minə yaxın namizəd mübarizəyə qoşulub
Rəsmi olaraq seçkilərə 28 partiyadan namizəd var

Saxlanılan şəxsi döyən polislər cəzalandırılsın
Ombudsman Aparatı müvəqqəti saxlama yerlərində monitorinq aparıb

YAP yarım milyona çatdı
Hakim partiya öz 17 illiyinə hazırlaşır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər