![]() |
çap et |
|
|||
Ombudsman Aparatının əməkdaşları Nardaranda yerləşən 12 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən deyilib. Əməkdaşlar Bakı İstintaq Təcridxanasında, Xətai rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanılma təcridxanasında və həmin idarənin 36-cı polis bölməsində, Nizami RPİ-nin 25-ci polis bölməsində olublar.
Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyiblər, bəziləri barələrində aparılan istintaq və məhkəmə hökmündən narazı olduqlarını bildiriblər. Əməkdaşlar istintaq təcridxanasında saxlanılan Emin Milli və Adnan Hacızadə ilə də görüşüblər. Onlar barələrində aparılan məhkəmə prosesinin vaxtının uzadıldığını qeyd ediblər. Bakı İstintaq Təcridxanasında saxlanılan S.A. ilə görüş zamanı o, 24 oktyabr 2009-cu ildə Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü deyib. Məsələni araşdırmaq məqsədilə müvəkkil respublika baş prokuroruna və daxili işlər nazirinə müraciət edərək, S.A. barəsində təcili məhkəmə-tibbi ekspertiza keçirilməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edib. |