Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Saxlanılan şəxsi döyən polislər cəzalandırılsın
Ombudsman Aparatı müvəqqəti saxlama yerlərində monitorinq aparıb
Şənbə, 31.10.2009

S.Abbas mətn ölçüsü  

Ombudsman Aparatının əməkdaşları Nardaranda yerləşən 12 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən deyilib. Əməkdaşlar Bakı İstintaq Təcridxanasında, Xətai rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanılma təcridxanasında və həmin idarənin 36-cı polis bölməsində, Nizami RPİ-nin 25-ci polis bölməsində olublar.

Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyiblər, bəziləri barələrində aparılan istintaq və məhkəmə hökmündən narazı olduqlarını bildiriblər.

Əməkdaşlar istintaq təcridxanasında saxlanılan Emin Milli və Adnan Hacızadə ilə də görüşüblər. Onlar barələrində aparılan məhkəmə prosesinin vaxtının uzadıldığını qeyd ediblər.

Bakı İstintaq Təcridxanasında saxlanılan S.A. ilə görüş zamanı o, 24 oktyabr 2009-cu ildə Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü deyib. Məsələni araşdırmaq məqsədilə müvəkkil respublika baş prokuroruna və daxili işlər nazirinə müraciət edərək, S.A. barəsində təcili məhkəmə-tibbi ekspertiza keçirilməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənclər barışıq təklif ediblər

"Minsk Qrupundan başqası yoxdur"

Əksər məktəblər qışa hazır deyil

Bölmənin digər xəbərləri
 
Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib
İşlər yenidən apellyasiya instansiyasına qaytarılıb

Uryanoba və Xraxoba sakinləri Azərbaycan vətəndaşı oldular
Bu kəndlərdə torpaq islahatı aparılacaq

Xalq şairi Zəlimxan Yaqubun xəstə böyrəyi çıxarılıb
Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun üzərində cərrahiyyə əməliyyatı başa çatıb.

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var
Azərbaycanda 2 min 140 nəfər HİV infeksiyasına yoluxub. Onlardan 260 nəfəri dünyasını dəyişib.

Bələdiyyələr uğrunda 26 minə yaxın namizəd mübarizəyə qoşulub
Rəsmi olaraq seçkilərə 28 partiyadan namizəd var

Ədliyyə Nazirliyi RATİ-də yoxlamalara başlayır
Bu QHT-nin fəaliyyəti araşdırılacaq

YAP yarım milyona çatdı
Hakim partiya öz 17 illiyinə hazırlaşır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər