Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var
Şənbə, 31.10.2009

mətn ölçüsü  

Azərbaycanda 2 min 140 nəfər HİV infeksiyasına yoluxub. Onlardan 260 nəfəri dünyasını dəyişib. Ümumilikdə HİV-ə yoluxanların 85 faizini kişilər, 15 faizini qadınlar təşkil edir. Bu insanların 84 faizi əmək qabiliyyətlidir.

APA-nın xəbərinə görə, bu barədə MM Sosial siyasət komitəsinin bugünkü iclasında "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (HİV infeksiyasının) yayılmasının qarşısının alınması haqqında" qanun layihəsi müzakirə olunarkən sənədi hazırlayan işçi qrupunun rəhbəri, millət vəkili Musa Quliyev bildirib.

M.Quliyev deyib ki, Azərbaycanda HİV daşıyıcılarının 65 faizi vena daxilinə narkotika köçürmək yolu ilə, 23,4 faizi cinsi və digər yollarla yoluxublar.

Deputat MDB məkanında Azərbaycanda ilk dəfə olaraq belə bir qanunun 1996-cı ildə qəbul edildiyini xatırladaraq bildirib ki, o zaman ölkədə HİV-ə yoluxanların sayı cəmi iki nəfər olub. M.Quliyev yeni bir qanunun qəbul edilməsinin zamanın tələbi olduğunu vurğulayıb.

Komitə sədri Hadı Rəcəbli isə layihənin iki ildən bəri qurumda olduğunu açıqlayıb.

6 fəsil, 30 maddədən ibarət sənədin müzakirəsi davam etdirilir.

Müzakirələrdən sonra sənəd daha ətraflı işlənilməsi üçün komitəyə qaytarılıb.я



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İnformasiya "sipər"ləri

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb

Bölmənin digər xəbərləri
 
Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib
İşlər yenidən apellyasiya instansiyasına qaytarılıb

Uryanoba və Xraxoba sakinləri Azərbaycan vətəndaşı oldular
Bu kəndlərdə torpaq islahatı aparılacaq

Xalq şairi Zəlimxan Yaqubun xəstə böyrəyi çıxarılıb
Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun üzərində cərrahiyyə əməliyyatı başa çatıb.

Bələdiyyələr uğrunda 26 minə yaxın namizəd mübarizəyə qoşulub
Rəsmi olaraq seçkilərə 28 partiyadan namizəd var

Saxlanılan şəxsi döyən polislər cəzalandırılsın
Ombudsman Aparatı müvəqqəti saxlama yerlərində monitorinq aparıb

Ədliyyə Nazirliyi RATİ-də yoxlamalara başlayır
Bu QHT-nin fəaliyyəti araşdırılacaq

YAP yarım milyona çatdı
Hakim partiya öz 17 illiyinə hazırlaşır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər