çap et  
Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib
İşlər yenidən apellyasiya instansiyasına qaytarılıb
Şənbə, 31.10.2009


Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı üç qərar əsasında Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib, işlər yenidən baxılmaq üçün apellyasiya instansiyasına qaytarılıb.

APA-nın Hüquq Maarifçiliyi Cəmiyyətinin mətbuat xidmətinə istinadən xəbərinə görə, bu barədə srağagün Ali Məhkəmə Plenumunda qərar qəbul edilib. Məlumata görə, Plenum Azərbaycan Hüquqşünasları Forumunun (AHF) təsisçilərinin işi, "Müxalifət" qəzetinin əməkdaşları Rövşən Mahmudov və Yaşar Ağazadənin Cinayət Məcəlləsinin 147.1, 148-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Azərbaycan məhkəmələrinin qərarlarını ləğv edərək, yenidən baxılması üçün işləri apellyasiya instansiyasına qaytarıb.

Plenum həmçinin 2003-cü ilin 16 oktyabrında polis tərəfindən zorakılığa məruz qaldığı bildirilən Mahirə Muradovanın şikayəti əsasında Avropa Məhkəməsinin çıxardığı qərara da baxıb. Plenum bu işin də yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması ilə bağlı qərar verib.

Ali Məhkəmədən APA-ya məlumatı təsdiqləyiblər.