Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Quzey Qafqaz: idarəolunan vətəndaş savaşının gizlinləri
Quzey Qafqaz: idarəolunan vətəndaş savaşının gizlinləri
Vəhabi qruplaşmaları niyə öz soydaşlarını terrora məruz qoyur?
Şənbə, 31.10.2009

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi, ekspert
mətn ölçüsü  

1998-ci ildə Vladimir Putin iqtidara gəldikdən sonra sabiq prezident Boris Yeltsinin Rusiyada başlatdığı demokratiyaya da son qoyuldu. İlk addım kimi çoxpartiyalılıq, daha sonra demokratik proseslərə önəm verən siyasi, ictimai mərkəzlərə divan tutulmağa başlandı. Bunun ardınca federasiya subyektlərinin hüquqları əlindən alındı. İndi dövlət federalizminin subyektlərini təşkil edən milli respublikalarda və quberniyalarda prezident və qubernatorları Kreml təyin edir.

Rusiya boyunca hakimiyyətin bütün sahələrində istefada olan FSB (Federal Təhlükəsizlik Xidməti) və HSK-nın (Hərbi Sənaye Kompleksi) istefada olan yüksəkrütbəli zabitləri idarəetməyə cəlb olunublar. Sanki, yarımgizli hərbi xunta rejimi yaradılıb. Bu siyasətin acı nəticəsi odur ki, 83 regionu təmsil edən federasiya subyektlərində iqtisadi, sosial, mədəni, sənaye və digər sahələrin inkişafında ciddi problemlər yaranıb. Belə ki, Yakutiyada hər hansı bir qərarın verilməsi üçün 9 min km uzaq məsafədən məmurlar Moskvaya gəlib mərkəzi hökumətin razılığını aldıqdan sonra ən adi görülən sahələrdə qərar verməyə məcburdurlar.

Ən ağır həyat tərzi Quzey Qafqazda

Quzey Osetiya parlamentinin millət vəkili, yerli özünüidarəetmə komitəsinin sədri Valeri Gizoev bildirib ki, Quzey Qafqaz respublikaları və vilayətləri boyunca 18 milyon əhali yaşayır. Orta hesabla hər kv km-ə 50 nəfər düşür. Bununla yanaşı Rusiyada ən ağır həyat şəraiti də məhz Quzey Qafqazdadır. Buna görə də bölgə insanında həyata və gələcəyə optimist baxış yoxdur. Ağır sosial həyat şəraiti Moskvanın ədalətinə inamın itməsinə səbəb olub.

Analitiklərin fikrincə, bu gün Rusiyanın digər bölgələrindən fərqli olaraq, Quzey Qafqazda əhalinin orta aylıq maaşı bir neçə dəfə aşağıdır. Çünki son 30 ildə bölgədə iqtisadi infrastrukturun dəyişməsi, yeni iqtisadi şəraitin yaradılması üçün heç bir ciddi addım atılmayıb. Buna görə də Quzey Qafqaz hələ də dotasiyalı bölgə hesab olunur. Hazırda Quzey Osetiyanın 43,6, Qaraçay-Çərkəzin 46,7, Kabarda-Balkarın 50,4, Adıgeyin 53,4, Dağıstanın 76,6, İnquşetiyanın 84,1, Çeçenistanın 95,2 faiz büdcəsi Rusiya Federasiyası hesabına maliyyələşdirilir.

Uzun müddətdir burada mərkəzi hökumətin, yerli iş adamlarının, xarici investorların yatırım yapmaq siyasətləri qeyri-rəsmi şəkildə yasaq olunub. Rusiyanın müxtəlif bölgələrində orta aylıq gəlir 7-10 min rubl təşkil etdiyi halda, Quzey Qafqazda bu rəqəm 3-4 min rubl arasındadır.

REKLAM

Quzey Qafqazda yaşayan xalqların mentaliteti, milli adət-ənənələri, etnokulturoloji, etnosiyasi fərqləri Rusiyanın dövlət siyasətinə uyğun gəlmir.

1991-ci ildən başlanan revanşist "ultra-rus milliyyətçiliyi" və "qatı mühafizəkar pravoslav" baxışları digər rus olmayan xalqlara qarşı yönəldiyi üçün, psixoloji və ictimai problemlərin dərinləşməsinə səbəb olub. Faktik olaraq, Qafqaz kökənli xalqlar Rusiyameyilli baxışlarda həvəsli deyillər. Bu da öz növbəsində Rusiyanın Quzey Qafqazda 450 illik siyasətinin addım-addım çökməsilə müşayiət olunur.

Moskva bu prosesləri nəzarətdə saxlamaq üçün yerli etnomafiyaların hesabına hakimiyyətlər formalaşdırmaqla, onların əlilə hələlik öz nüfuz dairəsini saxlamaqdadır. Digər tərəfdən isə bölgədə MN (ordu), FSB, DİN (polis), FSQ (sərhəd qoşunları), FHN (fövqəladə hallar) və digər silahlı qüvvələrin sayı müntəzəm şəkildə artırılmaqdadır. Bunu belə əsaslandırırlar ki, guya Gürcüstan və Azərbaycan üzərindən Quzey Qafqaza daim təhlükə gözlənir. Əslində isə ağır və məşəqqətli həyat şəraitinə etiraz edən yerli xalqların milli mübarizəsinin qarşısını almaq üçün bu hərbi strukturlar burada üstün gücə çevrilmişlər.

Quzey Qafqazda xalqların aşıb-coşan enerjisinin ağır sosial həyat tərzinə və hərbi güclərin inzibati basqılarına qarşı nə qədər davam gətirəcəyini isə heç kim proqnozlaşdıra bilmir.

Yad ideologiya və vətəndaş savaşı

Dağıstan, Çeçenistan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgey kimi milli respublikalarda müxtəlif dillərə və hətta dinlərə məxsus olan xalqlar yaşasalar da, 50-dən artıq xalqı etnokulturoloji, etnosiyasi müstəvidə birləşdirən ümumi ortaq dəyərlərin sayı yetərincədir. Hətta bu xalqların dillərində qarşılıqlı alınma sözlər, ifadələr, folklor, ədəbi örnəklər bu prosesi tarix boyu inkişaf etdirib.

Rusiyanın sabiq prezidenti, hazırda baş nazir olan V.Putin 1998-ci ildən etibarən Quzey Qafqaz siyasətində yerli milli dillərdə tele-radio verilişlərini, qəzet və jurnalları, elmi tədqiqatları, orta və ali məktəblərdə fakültativ tədrisi yasaq edib. V.Putin əslində bu xalqları ya ruslaşdırmaq, assimilyasiya etmək, ya da onların etnik mədəniyyətinə tamam yad olan ideoloji qavramları həyat normasına çevirmək siyasətini gündəmə gətirmişdir. Təbii olaraq, sınaqdan çıxarılmış vəhabiliyə bu sırada üstün mövqe qazandırıldı.

Çeçenistanda bu yöndə hələ 1997-ci ildə doğulan infrastrukturlar sonradan bütün Quzey Qafqaz bölgələrinə ixrac olundu. Mövladi Uduqov, İsa Umarov, Maqomed Tasaqaroev, Bahautdin Kebedov, Məhəmməd Bahətdinov, Ramzan Əhmədov, Sufiyan Abdullayev və onlarca digər süni liderlər yetişdirildi. Uzun illər Şərq dövlətlərində mövcud olmuş dini radikalizm hərəkat və cərəyanları tədricən Quzey Qafqaza transformasiya olundu. İlk addım kimi Çeçenistan və Dağıstanda "islam dövləti"nin yaradıldığı elan olundu. Bu iki bölgədə kasıb ailələrdən çıxmış gəncləri cəlb etməklə, onlara din pərdəsi altında terrorizm təlimləri keçildi.

Vahabi liderlər tədricən bütün Quzey Qafqazı birləşdirən "Qafqaz İslam Xilafəti" ideologiyasının təməlini qurdular. Quzey Qafqaz bölgələrini isə xilafətin vilayətləri adlandırmaqla, hər xırda ərazidə belə hərbiləşdirilmiş "islam camaatı birlikləri" yaradılıb.

"Kafir" kim, "rafizi" kim?

1999-cu ildə 2-ci rus-çeçen savaşı başlanan kimi "xilafət liderləri" dərhal xaricə mühacirət etdilər. Bölgədə isə ailəsini dolandırmaq ümidilə, vəhabizm ideologiyası xəstəliyinə mübtəla olan kasıb gənclər "iman mücahidləri" qismində dağlıq və meşəlik ərazilərdə gizlənərək "xilafət düşmənləri"nə qarşı silahlı mübarizə aparırlar. Bu siyasət əslində Moskvadan yönləndirilən "gizli vətəndaş müharibəsi" kimi qiymətləndirilməlidir. Çünki bu dəfə Rusiyaya məxsus hərbi qüvvələr deyil, yerli millətlərdən olan vəhabi qruplaşmaları "kafir", "rafizi" adlandırdıqları öz soydaşlarını terror etməkdədirlər.

Bu siyasət faktiki olaraq bölgəni yeni savaş meydanına çevirib. Quzey Qafqaz xalqlarının 450 illik rus əsarətindən azad edilməsinin tərəfdarları isə 2001-ci ildən etibarən Avropa dövlətlərinə mühacirət etməyə məcbur olublar. Bu gün Avropa dövlətlərində, eləcə də ABŞ və Kanadada orta hesabla 150 min Çeçenistan vətəndaşı, eləcə də Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya və Adıgeyin dövlət müstəqilliyinin tərəfdarı olan mühacir statusunda yaşamaqdadırlar.

Rusiya Baş Prokurorluğu tərəfindən bu insanlar ən qatı cinayətlərdə suçlanırlar. Halbuki Quzey Qafqazda ən dəhşətli terrorçu qrupları yaradan və bu gün də onları idarə edən liderlər haqqında hər hansı bir ittiham aktı yoxdur. Halbuki Mövladi Uduqovun qardaşı İsa Umarov istənilən vaxt Quzey Qafqaza təyyarə ilə gələrək dağlarda əldə silah öz millətinə, dindaşına qarşı müharibə aparan vəhabi qrupları ilə görüşmək imkanına malikdir.

Müstəqillik hərəkatı

Bu gün dünyada baş verən maliyyə və iqtisadi böhranlar Rusiyaya sarsıdıcı zərbələr vurub. Mütəxəssislərin fikrincə, bunun fəsadlarını aradan qaldırmaq üçün azı 10 il vaxt tələb olunur. Dotasiya hesabına yaşadılan Quzey Qafqaz bölgələrində sosial-iqtisadi həyat tərzi bu prosesin gedişində daha da ağırlaşıb. Moskva prosesləri müəyyən təsir vasitələri hesabına aradan qaldırmaq üçün bir sıra addımlar atmaqla müəyyən təşəbbüslər göstərsə də, bütövlükdə durum daha da dərinləşməkdədir.

Hazırda Avropada məskunlaşmış Qafqaz mühacirləri "Qafqaz Xalqları Konfederasiyası", "Azad Qafqaz", "Dünya Qafqaz Diasporu Konqresi" və digər ictimai qurumlar yaradıblar. Bu sırada Əhməd Zakayev, Zaal Kesrelişvili, İsa Munayev, İlyas Musayev, Cəfər Sadiqi, Rusudan Giorqberidze və digər onlarca lider artıq ATƏT, AB, BMT və beynəlxalq qurumlarla bu yöndə aktiv şəkildə görüşlərə başlayıblar.

İlk addım kimi Çeçenistan, İnquşetiya və Dağıstanın dövlət müstəqilliyi problemi ortaya qoyulur. Çünki bu bölgələrdə yaşayan xalqlar Moskvanın apardığı hərbi-siyasi texnologiyalara görə daha ağır əzabları yaşamağa məhkum ediliblər. Bu ictimai qurumlar beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları ilə bir araya gələrək Quzey Qafqazda insan hüquqlarının beynəlxalq səviyyədə müdafiə olunmasına, Rusiyanın qatı mühafizəkar dairələrinin yönləndirdiyi "ölüm eskadronları"nın cinayətlərinin qarşısını almağa çalışırlar.

ABŞ Dövlət Konqresinin maliyyə dəstəyilə fəaliyyət göstərən "Azadlıq" və "Amerikanın səsi" radioları ilk dəfə olaraq, Quzey Qafqaz bölgələri üçün çərkəz, çeçen, avar və s. dillərdə xüsusi proqramlar yayınlamağa başlayıblar. Faktik olaraq, öz milli dillərində ictimai proqramları dinləməkdən məhrum olan Quzey Qafqaz xalqları üçün bu boşluğu həmin radiolar doldurur. İnformasiya texnologiyalarının inkişaf etdiyi indiki zamanda Quzey Qafqaz əhalisinin ən doğru və düzgün olanı bu KİV-lər hesabına əldə etdiyi çox güclü faktordur.

Quzey Qafqazda dini radikalizmin, ideoloji və sosial müstəvidə baş verən savaşın alovları getdikcə güclənməkdədir. Bu prosesdə hansı güc qalib gələcək? Bunu tarix göstərəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"

Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası

Bölmənin digər xəbərləri
 
Türkiyə Azərbaycan Ordusuna dəstəyini artıracaq
Silahlı Qüvvələrinin NATO standartlarına keçidini sürətləndirmək gündəmdə

Belarus Ermənistanı təcavüzkar ölkə saymır
və Ermənistana "dərin hərbi əməkdaşlıq" təklif edir

Mahmud Abbas İlham Əliyevə məktub göndərib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 30-da Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malkinin başçılıq etdiyi heyəti qəbul edib.

Qənirə Paşayeva: "Türkiyə ictimai rəyi Azərbaycanın yanındadır"
Bu isə çox önəmlidir

Ermənistan işğal etdiyi bölgələrdən "ən azı bir qismini" boşaltmalıdır...
Bu nəsə təzə sözə bənzəyir. Düşmən isə son günlər daha da həyasızlaşıb - bütün cəbhə boyu atəşkəsi pozmaqdadır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər