Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Türkiyə Azərbaycan Ordusuna dəstəyini artıracaq
Türkiyə Azərbaycan Ordusuna dəstəyini artıracaq
Silahlı Qüvvələrinin NATO standartlarına keçidini sürətləndirmək gündəmdə
Şənbə, 31.10.2009

Cəsur Sümərinli mətn ölçüsü  

Bu gün Azərbaycan DİN Daxili Qoşunlarının Baş İdarəsi ilə Türkiyə Jandarm Komandanlığı arasında imzalanan qarşılıqlı əməkdaşlığa dair Protokolun 12 ili tamam olacaq. Bu münasibətlə Daxili Qoşunların Baş İdarəsi tərəfindən bir sıra tədbirlər təşkil olunacaq.

Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə qoşunların Baş İdarəsində və hərbi hissələrdə bir sıra tədbirlər keçirilir. Tədbirlərdə Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov, Baş İdarənin şəxsi heyəti, Azərbaycanda kurs keçən Türkiyə Jandarm Komandanlığının zabitləri və digər qonaqlar iştirak edirlər.

Xatırladaq ki, 1997-ci il oktyabr ayının 31-də DİN Daxili Qoşunların Baş İdarəsi ilə Türkiyə Jandarm Komandanlığı arasında qarşılıqlı əməkdaşlığa dair Protokol imzalanıb. Protokol əsasında Azərbaycan və Türkiyə zabitləri qarşılıqlı formada təlimlərdə iştirak ediblər.

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı ordu generalı Səbahətdin İşıq Koşanərin rəhbərlik etdiyi heyət isə noyabrın 2-də Bakıya səfər edəcək. KİV-ə verilən məlumata görə, heyət Müdafiə Nazirliyində 3 günlük görüşlər keçirəcək və Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçidinin vəziyyəti ilə tanış olacaqlar.

Türk Silahlı Qüvvələrinin 2-ci heyəti isə noyabrın 4-də Bakıya gələcək. Belə ki, gələn ayın 5-7-si və ya 9-11-i tarixlərində Bakıda ikitərəfli əməkdaşlıq planına əsasən Azərbaycan - Türkiyə Hərbi Hava Qüvvələri arasında Qərargah danışıqları keçiriləcək.

Diqqəti xüsusilə Koşanərin səfərinə yönəltmək istəyirik. Xatırladaq ki, bu şəxs son dəfə 2006-cı ilin dekabrında Azərbaycanda olub. Lakin o zamanlar Koşanər Jandarm Qüvvələrinin Baş Komandanı kimi gəlmişdi. Koşanər 2008-ci ilin avqustunda Yüksək Əsgəri Şuranın qərarı ilə Quru Qoşunları komandanı, ordu generalı İlkər Başbuğ Silahlı Qüvvələr Baş Qərargahının rəisi vəzifəsinə təyin edildikdən sonra QQ komandanlığına keçdi. Jandarm Komandanlığına isə ordu generalı Avni Atilla İşık təyin edildi.

2009-cu ilin avqustunda isə Yüksək Əsgəri Şuranın qərarı ilə Koşanərin səlahiyyət müddəti bir il artırıldı.

Bu təcrübəli hərbçinin Bakıya səfərində hansı məsələlər müzakirə ediləcək? "Ayna"ya daxil olan məlumatlara görə, Koşanərin keçirəcəyi görüşlərdə diqqət Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığı daha da gücləndirməyə yönələcək.яXatırladaq ki, cari ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxslərinin Azərbaycana səfəri olmuşdu. Səfər çərçivəsində Türkiyə tərəfinin Azərbaycan Ordusunun NATO standartlarına keçidinin sürətləndirilməsi istiqamətində təkliflər paketini rəsmi Bakıya təqdim etdiyi barədə məlumatlar gəzirdi.

Düşünmək olar ki, Koşanərin bu səfərində də eyni məsələ və TSQ-nın bu işdə bizə göstərə biləcəyi növbəti yardımlar diqqət mərkəzində olacaq.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Mediaya "farağat" komandası?

Bölmənin digər xəbərləri
 
Belarus Ermənistanı təcavüzkar ölkə saymır
və Ermənistana "dərin hərbi əməkdaşlıq" təklif edir

Mahmud Abbas İlham Əliyevə məktub göndərib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 30-da Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malkinin başçılıq etdiyi heyəti qəbul edib.

Qənirə Paşayeva: "Türkiyə ictimai rəyi Azərbaycanın yanındadır"
Bu isə çox önəmlidir

Quzey Qafqaz: idarəolunan vətəndaş savaşının gizlinləri
Vəhabi qruplaşmaları niyə öz soydaşlarını terrora məruz qoyur?

Ermənistan işğal etdiyi bölgələrdən "ən azı bir qismini" boşaltmalıdır...
Bu nəsə təzə sözə bənzəyir. Düşmən isə son günlər daha da həyasızlaşıb - bütün cəbhə boyu atəşkəsi pozmaqdadır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər