Bu günlərdə yerli mətbuatda müğənnilərin toy qiymətlərini sərgiləyən siyahı dərc edilmişdi. Orada Nadir Qafarzadənin bütöv toy qiymətinin 12 min manat olduğu iddia olunurdu. Xəbərdən hali olan müğənni qəzəbini gizlədə bilməyib. Bunun şişirdilmiş və yanlış rəqəm olduğunu deyib:
"Demək olar ki, mən hər gün toydayam. Bir gündə bəlkə də 5 toyda iştirak edirəm. Amma bunların əksəriyyəti qohum-əqraba, dost toylarıdır ki, mənim heç bir gəlirim olmur. Amma sifarişli toylara mətbuatın yazdığı rəqəmdən aşağı qiymətə gedirəm. Mənim xəbərim olmadan barəmdə yanlış xəbərin yayılmasına göz yuma bilmərəm. Bu səbəbdən məsələyə aydınlıq gətirmək istədim".
|