Meyxanaçı Namiq Qaraçuxurlu indi də rep deməyə hazırlaşır. Bildirib ki, yaxın zamanların birində konsert proqramı ilə çıxış etməyi planlaşdırır. Maraqlı və qeyri-adi repertuar seçən meyxanaçı dinləyicini təəccübləndirmək istəyir. Müxtəlif janrlarda özünü yoxlayan Namiq Qaraçuxurlu repin onda uğurlu alındığını və bunu geniş tamaşaçı qarşısında sərgiləməyi düşünür:
"Ötən konsertimdə yenilik olaraq kiçik muğam parçası oxudum və bu, geniş yayıldı. Növbəti yenilik olaraq rep oxumaq qərarına gəldim. Gizlində özümü sınamış və bunun uğurlu alındığı qənaətinə gəlmişəm. Amma insanlar düşünməsinlər ki, rep mənim yaradıcılıq həyatıma yol açır. Yox, bunu, sadəcə, yenilik və maraqlı olsun deyə edirəm. Mənim əsl sənətim meyxanadır". Proqram hazırılığını sürətlə davam etdirən meyxanaçı konsertin tarixi barədə yaxın günlərdə açıqlama verəcəyini deyir.
|