Əməkdar artist Səməd Səmədov uzun fasilədən sonraklip çəkdirdi. Müğənni rejissor Fuad Əlişovla işbirliyinə başlayıb. Söz və musiqisi İsmayıl Əsədova məxsus olan "Ay can" adlı mahnısına ekran həəyatı verilən Səməd Səmədov bir gün çəkiliş qrupu ilə birlikdə işləyib.
Müğənni deyir ki, maraq doğuracaq bu klip qrafika üsulu ilə ekranlaşdırılıb. Hazırda klipin montaj işləri görülür və rejissor onu gələn həftə təhvil verməyi düşünür. Müğənni ilə işbirliyindən söz salan Fuad Əlişov isə bunları qeyd edib: "Səməd müəllim bəzi müğənnilərdən fərqli olaraq nə yorğunluğunu bildirdi, nə də kaprizlərini göstərmədi. Onunla işləmək çox maraqlıdır".
Xatırladaq ki, Səməd Səmədov ilk klip çəkilişini 20 il öncə həyata keçirib. Müğənni bildirir ki, İsmayıl Əsədovun yazdığı və Zamiqin repertuarında yer alan "Sən necə də gözəlsən" mahnısı onu o qədər ovsunlayıb ki, bəstəkardan bir mahnı almaq qərarına gəlib. Bu günlərdə sənətçini, prodüseri Rövşən Cəfərov bəstəkarla tanış edib.
Klipindən söz salan Səməd Səmədov bildirdi ki, ekranlara çıxmazdan öncə "Ay can"a təqdimat mərasimi keçirməyi düşünür. Sonda öyrəndik ki, Səməd müəllim eyni zamanda Faiq Sücəddinovun bəstəsi olan "Azərbaycan" adlı vətənpərvər mahnını lentə yazdırıb.
Eldar Mansurov, Xanım İsmayılqızı, Novruz Aslanov kimi bəstəkarlardan da yeni mahnıları repertuarına daxil etmək fikrində olan sənətçi bu il yeni mahnılarını toplu şəklində təqdim edəcək.
|